Məhkəmə qərarları › İş №2(039)-2455/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2455/2021

30.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2455/2021 30.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qeyd etməklə, şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum əri X4 12 dekabr 2014-cü il tarixdə Rusiya Federasiyasının Rostov vilayətinin Novoçerkask şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, X6 onun əri olmuşdur. X1 ilə 05 iyun 1984-ci il tarixdə Maraqlı şəxsndə nikah bağlayıb ailə həyatı qurmuş, xəstəliyi ilə əlaqədar olaraq Bəşir Əhmədov 12 dekabr 2014-cü il tarixdə Rusiya Federasiyasının Rostov vilayətinin Novoçerkask şəhərində vəfat etmiş və Yevlax şəhərində Dəvəçi qəbirstanlığında dəfn edilmişdir. Mərhum ərinin ölüm faktı qeydiyyat orqanında qeyd edilməmişdir. Hazırda yaşayış mənzilinin sənədləşdirilməsi zərurəti ilə əlaqədar olaraq mərhum ərinin ölüm şəhadətnaməsi tələb olunur. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Qeyd olunan faktı başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 21.10.2021-ci il tarixli, 05/Q-2239 №li məktubda X4 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. İş materiallarında olan AZE seriyalı 07871030 №li şəxsiyyət vəsiqəsindən görünür ki, X6 19.10.1957-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur. İş materiallarında olan 05 iyun 1984-cü il tarixdə verilmiş İİİ-ЖГ 384808 №li nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X2 arasında bağlanmış nikah 1984-cü ilin iyun ayının 05-ci günündə akt qeydləri kitabında 185 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada isə Əhmədova soyadı verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X3 ifadələrində ərizəçinin qardaşı və qızı olduqlarını, X4 12.12.2014-cü ildə Rusiya Federasiyasının Rostov vilayətinin Novoçerkask şəhərində öldüyünü və Yevlax şəhər Dəvəçi qəbirstanlığında dəfn olunduğunu bildirmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, 19.10.1957-ci ildə Yevlax şəhərində doğulmuş X6 12.12.2014-cü il tarixdə Rusiya Federasiyasının Rostov vilayətinin Novoçerkask şəhərində ölmüşdür. Ərizəçi ərinin ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19.10.1957-ci ildə Yevlax şəhərində doğulmuş X4 12.12.2014-cü il tarixində Rusiya Federasiyasının Rostov vilayətinin Novoçerkask şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar