Məhkəmə qərarları › İş №2(039)-246/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-246/2023

06.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-246/2023 06.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 qızının iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərzi İdarəsi tərəfindən Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Yevlax rayonu, Kövər kəndində yerləşən 2.67 ha torpaq sahəsi iddiaçılar və cavabdehlər arasında hər bir mülkiyyətçiyə bərabər ¼ hissədə olmaqla ümumi birgə mülkiyyətdə olan payların müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir İddiaçılar tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərzi İdarəsi tərəfindən Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Yevlax rayonu, Kövər kəndində yerləşən 2.676 ha torpaq sahəsi hazırki iddiaçıların və cavabdehlərin ümumi birgə mülkiyyətindədir. Qeyd edildiyi kimi ümumibirgə mülkiyyətndə olan əmlak dörd nəfər şəxsin daşınmaz əmlaklakıdır. Ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsi üzrə paylar müəyyən olunmadığından və naturada böyünmədiyindən onlar paylarını nə sata bilir, nədə həmin torpaq üzərində sərəncam vermə hüquqlarını hüquqlarını həyata keçirə bilmirlər. Cavabdehlərlə qarşılıqlı razılıq əldə olunmadığı üçün məhkəməyə müraciət edərək ümumi birgə mülkiyyətdə olan 2.67 ha torpaq sahəsinin mülkiyyətçilərə münasibətdə payların müəyyən olunmasını istəyirlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarını müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 qızı iddia tələbini qəbul etdiyini iddiaçıların torpaqlarının ayrılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Yevlax rayonu Kövər kəndində 2.67 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı1, İddiaçı2, Cavabdeh1 qızının və Cavabdeh2 birgə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vətəndaşların ümumibirgə mülkiyyətində olan torpaqları Azərbaycan Respublikası mülki və torpaq qanunvericiliyi ilə tənzimlənən tələblərinə əməl edilməkləı birgə mülkiyyət iştirakçıların razılaşması ilə könüllü olaraq notarial qaydada təsdiq edilmiş bölgüsxemi tərtib edilməklə saziş müqavilərləri əsasında həyata keçirilir. Razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin payıl mülkiyyətinə müəyyənləşdirilə bilər. Yevlax rayonu, Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2006-ci il tarixdə verilmiş AZ-İ seriyalı 191262 №-li ölüm haqqında şəhatdətnamədən görünür ki, Cavabdeh2 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir; Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsi tələbi üzrə mülki iş üzrə icraata Cavabdeh2 aid hissədə xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçılar özlərinə məxsus olan hissədə paylarının ayrılmasını tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərzi İdarəsi tərəfindən Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat №-li çıxarışı ilə İddiaçı1 və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus Yevlax rayonu Kövər kəndində yerləşən 2,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinə iddiaçıların hər birinin payı müəyyən edilməlidir. Cavabdeh2 aid hissədə isə hazırki mülki iş üzrə icraata xitam verilməsi nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərzi İdarəsi tərəfindən Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat №-li çıxarışı ilə İddiaçı1 və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan Yevlax rayonu Kövər kəndində yerləşən 2,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinə İddiaçı1, 1/4 hissəsinə İddiaçı2 və 1/4 hissəsinə Cavabdeh1 qızının payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar