Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2460/2024 06.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxslərin vəfat etməsi faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «şəxslərin vəfat etməsi faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum övladları X2 26 mart 1999-cu ildə və X3 30 noyabr 1998-ci ildə Yevlax rayonu, Aşağı Bucaq kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, beş övladı olmuşdur. İkisi vəfat etmişlər. Qızı iflic olmuşdur 12 yaşında vəfat etmişdir. Oğlu isə qan xəstəsi idi. Hər ikisi kənd qəbiristanlığında dəfn olunmuşlar. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, ərizəçi onun həmkəndlisidir. Onun övladları xəstə olmuşlar və vəfat etmişlər. Dəfnlərində də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Onun övladları vəfat etmişlər. Yasda iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 08 avqust 2024-cü il tarixli 1950 saylı məktubundan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsinin 18 sentyabr 2024-cü il tarixli 18-1-82/2-C-243-42- 143/2024 saylı məktubundan görünür ki, X2 və X3 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsinin səlahiyyəti xaricindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 13 avqust 2024-cü il tarixli 1950 saylı arayışından görünür ki, X4 17 dekabr 1986-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 12 sentyabr 2024-cü il tarixli 2248 saylı arayışından görünür ki, X6 31 oktyabr 1990-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax ŞİHB-nın Aşağı Bucaq kənd İƏD-si üzrə nümayəndəliyinin 13 avqust 2024-cü il tarixli aktından görünür ki, X4 26 mart 1999-cu il tarixdə və X6 30 noyabr 1998-ci il tarixdə vəfat etmişlər. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin övladları X4 26 mart 1999-cu il tarixdə və X6 30 noyabr 1998-ci il tarixdə vəfat etmişlər. Onların ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Hazırda ərizəçinin sosial hüquqlarının həyata keçirməsi üçün övladlarının ölümü barədə şəhadətnamə tələb olunur. Ölümün başqa qaydada təsdiq edilməsi mümkün deyil. Məhkəmə belə hesab edir ki, X2 26 mart 1999-cu il tarixdə və X3 30 noyabr 1998-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X2 26 mart 1999-cu il tarixdə və X3 30 noyabr 1998-ci il tarixdə vəfat etmələri barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X1 və X3 Qeydiyyat orqanlarında ölüm faktının qeydi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2460/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2460/2024
06.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver