Məhkəmə qərarları › İş №2(039)-247/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-247/2022

10.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-247/2022 10.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yevlax rayon Qeydiyyat şöbəsinə qarşı «şəxsin vəfat etməsi faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Yevlax rayon Qeydiyyat Şöbəsinə qarşı «şəxsin vəfat etməsi faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 01 iyul 1952-ci il təvəllüdlü mərhum qardaşı X2 01 noyabr 1971-ci ildə Almaniya şəhərində vəfat etməsi faktının təstiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, X3 onun qardaşıdır. O, 01 iyul 1952-ci ildə Yevlax rayonu Salahlı kəndində anadan olmuş və 01 noyabr 1971-ci ildə Almaniya şəhərində vəfat etmiş və Yevlax rayonu Salahlı kəndi qəbirstanlığında dəfn edilmişdir. Hazırda yaşayış mənzilinin sənədləşdirilməsi zərurəti ilə əlaqədar olaraq mərhum qardaşının ölüm şəhadətnaməsi tələb olunur. Mərhum qardaşına ölüm şəhadətnaməsi almamışdır. Hazırda da Yevlax rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Yevlax rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Yevlax rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək göstərdi ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçinin qardaşı Qəzənfər 01 noyabr 1971-ci ildə vəfat etmişdir. Yas və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçinin qardaşı 01 noyabr 1971-ci il tarixdə vəfat etmişdir. Yas mərasimində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən 07 dekabr 2021-ci il tarixdə verilmiş, 2619 saylı məktubundan məlum olur ki, X2 ölümü haqqında şəhadətnamə mərhumun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra verilə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 20 may 1964-cü il tarixli A3 ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 1966-cı il tarixdə anadan olmuş, atası X5, anası X4r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 26 oktyabr 1966-ci il tarixli A3 ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 01 iyul 1952-ci il tarixdə anadan olmuş, atası X5, anası X4r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 26 iyul 2008-ci il tarixli AZ-l 299316 saylı ölüm haqqında şəhadətnamədən məlum olur ki, X6 24 iyul 2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 28 iyul 2008-ci il tarixli AZ-l 299317 saylı ölüm haqqında şəhadətnamədən məlum olur ki, X5 27 iyul 2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 31 oktyabr 1970-ci il tarixli H3 ******* saylı hərbi biletin surətindən məlum olur ki, X3 01 iyul 1952-ci ildə anadan olmuş, hərbi xidmət keçmişdir. 01 noyabr 1971-ci il tarixdə hərbi vəzifələrinin icrası zamanı Almaniya Federativ Respublikasında vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax ŞİHB-nın Salahlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən 31 yanvar 2022-ci il tarixdə verilmiş 47 saylı arayışdan görünür ki, X3 1952-ci ildə anadan olmuş, 1971-ci ildə vəfat etmiş və Salahlı kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı tərəfindən 14 fevral 2022-ci il tarixdə verilmiş 16 saylı arayışdan görünür ki, Yevlax Rayon Qeydiyyat şöbəsinin doğum və ölüm sənədləri 1946-ci ildək X13 təhvil verilmişdir. 1952-ci il təvəllüdlü X2 hərbi xidmət zamanı vəfat etməsinə dair Yevlax Arxivində heç bir sənəd saxlanılmır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi tərəfindən 01 mart 2022-ci il tarixdə verilmiş 287 saylı arayışdan görünür ki, mərhum 1952-ci il təvəllüdlü X3 02.11.1970-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. X3 barəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsində mövcud arxiv uçot sənədlərində əlavə heç bir məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin qardaşı X3 01 noyabr 1971-ci il tarixdə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Hazırda ərizəçinin sosial hüquqlarının həyata keçirməsi üçün qardaşının ölümü barədə şəhadətnamə tələb olunur. Ölümün başqa qaydada təsdiq edilməsi mümkün deyil. Məhkəmə belə hesab edir ki, X2 01 noyabr 1971-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X2 01 noyabr 1971-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X1 Qeydiyyat orqanlarında ölüm faktının qeydi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar