Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-247/2024 17.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, Ərizəçi X9 iştirakı ilə, Ərizəçi X9 “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X19 şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum qardaşı X3 xx.xx.1998-ci il tarixdə Yevlax rayonu, Yəldili kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, ərizəçinin mərhum qardaşı xx.xx.1966-cı il təvəllüdlü X12, onunla və digər ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyət hüququ üzrə Yevlax rayonu Yəldili kəndində 3.4293 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi olmuşdur. Ümumi birgə mülkiyyətçilər olan onun, X1, X4, X10 və X3 mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən təsbit edilmişdir. Qardaşı xx.xx.1998-ci il tarixdə Yevlax rayonu Yəldili kəndində vəfat etmiş və Yəldili kənd qəbristanlığında dəfn edilmişdir. Qardaşı vəfat edənədək subay olmuş, ailə həyatı qurmamışdır. Qardaşının ölümünə dair aidiyyəti üzrə ölüm aktı tərtib edilməmişdir, o cümlədən ölüm haqqında şəhadətnamə əldə edə bilməmişdir. Hazırda o, mərhum qardaşından miras qalmış Yevlax rayonu Yəldili kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair vərəsəlik işi açdırmaq istəyir, lakin qardaşının ölüm haqqında şəhadətnaməsi olmadığından məsələnin həlli çətinlik törədir. Qardaşının ölüm faktının təstiq edilməsini istəyir və qardaşından miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair vərəsəlik işi açılması mümkün olsun. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən qardaşı X13 31 yanvar 1998-ci il tarixdə Yevlax rayonu Yəldili kəndində vəfat etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında iştirak edən ərizəçi X19 ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən X14 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3418 №li məktubda X3 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum akt şəhadətnamənin surətindən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X2 atası X15 anası X5r. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm akt şəhadətnaməsindən görünür ki, X11 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Yevlax şəhəri Nemətabad kənd sovetliyi tərəfindən xx.xx.1971-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1971-ci il X9 atası X16 anası X5r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********22 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Yəldilli kəndində yerləşən 3,4293 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X19 oğlunun adına ümumi birgə mülkiyyət (digərləri X6, X7, X17 və X8 ərizəçinin ailə üzvləri) kimi qeydə alınmışdır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-9-13/2-1027/2023 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Yevlax rayonu Yəldili kənd sakini X9 mərhum qardaşı X13 xx.xx.1998-ci ildə vəfat etmiş və Yəldili kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ifadələrində ərizəçinin X18 və X23 əmisi oğlu və qohumu olduqlarını, X13 xx.xx.1998-ci ildə Yevlax rayonu Yəldili kəndində öldüyünü və kənd qəbristanlığında dəfn olduğunu bildirmiş və müvafiq fotoşəkilləri təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, X3 xx.xx.1998ci il tarixdə Yevlax rayonu, Yəldili kəndində ölmüşdür. Ərizəçi X9 qardaşının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə təmin edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 xx.xx.1998-ci il tarixdə Yevlax rayonu, Yəldili kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-247/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-247/2024
17.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver