Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2505/2023 31.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi2 qızı xx.xx.1986-ci il təvəllüdlü X1 xx.xx.1986-cı il tarixdə Yevlax şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəsində göstərmişlər ki, birinci ərizəçinin qızı və ikinci ərizəçinin bacısı xx.xx.1986-cı il təvəllüdlü X4 xx.xx.1986-cı il tarixində vəfat etmiş, qızı cəmi dörd ay yaşamış və Yevlax şəhəri Dəvəçilər qəbirsanlığında dəfn edilmişdir. Bundan başqa uşağın vəfatını və dəfnini yaxın qohum əqrabası və qonşularda da təsdiq edə bilər. Uşaq qəflətən dünyasını dəyişdiyindən onu dəfn etmiş, əhəmiyyət kəsb etmədiyi üçün həkimdən bu barədə rəsmi sənəd əldə etməmişlər. Onun mərhum həyat yoldaşının ölümdən sonra əmlaka dair vərəsəlik şəhadətnaməsi almaq istəyərkən vəfat etmiş qızının da adı ortaya çıxır. Uşağa ölüm haqqında şəhadətnamə almamağı bu işdə ona çətinlik yaradır. Qızının ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Qeyd olunan faktı başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrinə uyğun izahat verərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən X5 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2628 №li məktubda X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.1986-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X1 atası X6 anası Ərizəçi2dır. Maraqlı şəxs 05/09/İS/121256-23 №-li, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə aid olan məlumatlar - xx.xx.1958-ci il təvəllüdlü X6, arvadı xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi2, qızı xx.xx.1986-ci il təvəllüdlü X4, xx.xx.1987-ci il təvəllüdlü X9, oğlu xx.xx.1989-cü il təvəllüdlü X7 və oğlu xx.xx.1992-ci il təvəllüdlü Ərizəçi1. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və X2 ifadələrində ərizəçinin qonşuları olduqlarını, X1 xx.xx.1986-cı ildə Yevlax şəhərində öldüyünü və şəhər qəbirstanlığında dəfn olduğunu bildirmiş və müvafiq fotoşəkilləri təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçilərin izahatı, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, X4 xx.xx.1986cı il tarixdə Yevlax şəhərində ölmüşdür. Ərizəçilər Ərizəçi1 və X3 qızının və bacısının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə təmin edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 xx.xx.1986-cı il tarixdə Yevlax şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2505/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2505/2023
31.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver