Məhkəmə qərarları › İş №2(039)-256/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-256/2021

18.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-256/2021 18.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavabova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı Yevlax rayonu Hürüuşağı Bələdiyyəsinin sədri X1 iştirakı ilə, İddiaçı Yevlax rayonu Hürüuşağı Bələdiyyəsinin cavabdeh X2 qarşı çıxarışın ləğv edilməsi, cavabdehin çıxarışda nəzərdə tutulan torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Yevlax rayonu Hürüuşağı Bələdiyyəsi cavabdeh X2 qarşı, maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsini,Yevlax rayon icra və probasiya şöbəsini və 17 saylı Layihə-Tədqiqat İdarəsini qeyd etməklə çıxarışın ləğv edilməsi, cavabdehin çıxarışda nəzərdə tutulan torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və onun Hürüuşağı Bələdiyəsinin balanısında olan 0,50 hektar torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 xx xxxx 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Yevlax rayonu Hürüuşağı Bələdiyyəsinin cavabdeh X3 qarşı çıxarışın ləğv edilməsi, cavabdehin çıxarışda nəzərdə tutulan torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar