Məhkəmə qərarları › İş №2(039)-2570/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2570/2025

16.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2570/2025 16.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X1 09 iyul 2002-ci il tarixdə Yevlax rayon Aran qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında göstərmişdir ki, 08 noyabr 1963-cü il təvəllüdlü qardaşı X3 09 iyul 2002-ci il tarixdə Yevlax rayon Aran qəsəbəsində vəfat etmiş və Aran qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Mərhum qardaşı X1 ölümü qeydiyyat orqanında qeyd edilməmişdir. Müəyyən mülki hüquqlarıy həyata keçirilməsi zərurəti ilə əlaqədar olaraq mərhum qardaşı X1 ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyinə görə tələbi təmin edilməmiş və məhkəməyə müraciət etməyini bildirmişlər. Buna görə də, şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsnə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Marqlı şəxs Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun əvvəllər ata evində qonşusu olmuş, hal-hazırda həmkəndlisidir. Ərizəçinin qardaşı Fəxrəddin Bayramovla qonşu olmuşlar və bir yerdə böyümüşlər. Fəxrəddin Bayramov 2002-ci ilin iyul ayında xəstəlikdən vəfat etmişdir. Vəfat etməmişdən əvvəl xəstə olduğu üçün Fəxrəddin Bayramovu görməyə getmişdir. X10 qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin qardaşı Fəxrəddin Bayramovla qonşu olmuşlar. Qonşu kimi ünsiyyətləri olmuşdur. Ərizəçinin qardaşı Fəxrəddin Bayramov təxminən 2002-ci ildə xəstəlikdən vəfat etmişdir. X8 rayon Aran qəsəbə qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Yevlax rayon Tanrıqulular kənd soveti tərəfindən verilmiş xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1958-ci ildə doğulmuşdur, atası X7, anası X5r. İşdə olan Yevlax rayon VVAQ bürosu tərəfindən verilmiş xx.xx.1963-cü il tarixli doğum haqıqında akt qeydindən görünür ki, X3 08 noyabr 1963-cü ildə doğulmuşdur, atası X7, anası X5r. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X2 ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X17 «Yevlax rayon Mərkəzi Xəstəxanası» X17 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X1 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İşdə olan Yevlax şəhər İHB-nın Aran qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Yevlax rayon Aran qəsəbə sakini mərhum X3 xx.xx.2002-ci il tarixdə vəfat etmiş və vəfat edən günədək Yevlax rayon Aran qəsəbədində yaşamış və qeydiyyatda olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin qardaşı 08 noyabr 1963-cü il təvəllüdlü X3 09 iyul 2002-ci il tarixdə xəstəlik səbəbindən Yevlax rayon Aran qəsəbəsində vəfat etmiş və Aran qəsəbə qəbirstanlığında dəfn edilmişlər. Müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Faktın müəyyən edilməsi ərzəçiyə mərhum qardaşına ölüm haqqında şəhadətnamə almaq üçün zəruridir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 08 noyabr 1963-cü il təvəllüdlü X1 09 iyul 2002-ci il tarixdə Yevlax rayon Aran qəsəbəsində xəstəlik səbəbindən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar