Məhkəmə qərarları › İş №2(039)-2597/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2597/2022

19.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2597/2022 19.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum övladı Fatma İsmayılovanın xx.xx.1974-cü il tarixdə Yevlax şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, ərizəçinin xx.xx.1973-cü il təvəllüdlü X8 onun doğma övladı olmuş, Fatma İsmayılova xx.xx.1974-ci ildə Yevlax şəhərində vəfat etmiş və Yevlax rayonu, Aşağı Qarxun kənd qəbirstanlığında dəfn edilmişdir. Hazırda mərhum həyat yoldaşı X1 miras qalmış əmlakın sənədləşdirilməsi ilə əlaqədar mərhum övladı Fatmanın ölüm şəhadətnaməsi tələb olunur. Mərhum qızı Fatma İsmayılovanın adına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Qeyd olunan faktı başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 2537 №li məktubda X2 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. Doğum akt qeydindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X2 atası X4, anası isə Ərizəçidır. Ağdam rayonu Şıxlı kənd sovetliyi tərəfindən xx.xx.1969-cu il tarixdə verilmiş AЗ seriyalı 135734 №li nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə X10 arasında bağlanmış nikah 1969-cu ilin noyabr ayının 01-ci günündə akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada isə İsmayılova soyadı verilmişdir. Maraqlı şəxs tərəfindən 01 mart 2013-cü il tarixdə verilmiş AZ-İ 601287 №-li, ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2013-ci il tarixdə vəfat etmişdir. Yevlax rayon X16 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 96 №-li arayışdan görünür ki, xx.xx.1973-cü ildə anadan olmuş X8 1974-cü ildə vəfat etmiş və Aşağı Qarxun kənd qəbristanlığında dəfn edilmişdir. Qəbri hal-hazırda mövcuddur. Maraqlı şəxs 05/09İS\031092-22 №-li, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2013-cü ilədək daxil edilmiş bütün X5və ailə üzvləri barədə məlumatlar belə qeyd olunmuşdur; həyat yoldaşı xx.xx.1948-ci təvəllüdlü Ərizəçi, qızı- xx.xx.1973-cü il təvəllüdlü X8, qızı xx.xx.1976-cı il təvəllüdlü X3, oğlu xx.xx.1977-ci il təvəllüdlü X11, oğlu xx.xx.1979cu il təvəllüdlü X12 və oğlu xx.xx.1982-ci il təvəllüdlü X9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X6 ifadələrində ərizəçinin qardaşı və qohumu olduğunu, onun qızı X2 xx.xx.1974-cü ildə öldüyünü və Yevlax rayonu Aşağı Qarxun kəndində qəbirsanlığında dəfn olduğunu bildirmiş və müvafiq fotoşəkilləri təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, X8 xx.xx.1974cü il tarixdə Yevlax şəhərində ölmüşdür. Ərizəçi qızının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə təmin edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.1974-cü il tarixdə Yevlax şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar