Məhkəmə qərarları › İş №2(039)-2598/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2598/2022

27.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2598/2022 27.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, mərhum qardaşı X7 14 avqust 2014-cü il tarixdə Yevlax rayonu Salahlı kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəni belə əsaslandırmışdır ki, X10 onun dogma qardaşı olmuşdur. X14 14 avqust 2014-cü il tarixdə Yevlax rayonu, Salahlı kəndində vəfat etmiş və Salahlı kənd qəbirstanlığında dəfn edilmişdir. Mərhum X14un ölüm faktını qeydiyyat orqanında qeyd edilməmişdir. Hazırda miras qalmış daşınmaz əmlaka vərəsəlik işi açılması zərurəti ilə əlaqədar mərhum X14un ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməsini bildirmişlər. Mərhum X14un 14 avqust 2014-cü il tarixdə Yevlax rayonu Salahlı kəndində vəfat etməsini Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Salahlı kənd izibati ərazi dairəsi üzrə nümayəndəliyinin 598 №-li, 28 oktyabr 2022-ci il tarixli arayışı, qəbirüstü fotoşəkil və şahidlər də təsdiq edə bilər. Ona görə də şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edir. Ərizəçinin izahatı: Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Sübutlar: X6 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçi qardaşı Fidail 14 avqust 2014-cü il tarixdə Yevlax rayonu Salahlı kəndində yerləşən evlərində vəfat etmişdir. Onun da iştirakı ilə Yevlax rayonu Salahlı kənd qəbirstanlığında dəfn edilmişdir. X4 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Onun Fidail adlı qardaşı həqiqətən 14 avqust 2014-cü il tarixdə Yevlax rayonu Salahlı kəndində yerləşən evlərində vəfat etmişdir. Özü şəxsən yas mərasimində iştirak etmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubda qeyd edilir ki, qardaşının ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra ölüm haqqında şəhadətnamə verilə bilər. İЖ 405157 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1973-cü il tarixdə Yevlax rayonu, Salahlı kəndində doğulmuş, atası X12, anası X5r. Maraqlı şəxs 29 oktyabr 2022-ci il tarixli çıxarışdan görünür ki, X10 01 aprel 1964-cü ildə anadan olmuş atası X12, anası X5r. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Salahlı kənd izibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən, 28 oktyabr 2022-ci tarixdə verilmiş, 598 №-li arayışda qeyd edilir ki, X1 yaşadığı evdə vəfat etmişdir. Salahlı kənd qəbirstalığında dəfn olunmuşdur. Hüquqi məsələlər: Mülki-Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.11 qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin X14un 14 avqust 2014-cü il tarixdə ölməsi tam təsdiqini tapır, tibbi arayış verilmədiyindən ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz, bu faktın müəyyən edilməsi ərizəçiyə vərəsəlik məsələləri ilə əlaqədar gərəkdir və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu faktı istisna edən hallar müəyyən edilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 01 aprel 1964-cü il təvəllüdlü X7 14 avqust 2014-cü il tarixdə Yevlax rayonu, Salahlı kəndində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar