Məhkəmə qərarları › İş №2(039)-26/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-26/2020

01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-26/2020 01.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəylər Bayram oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, X7, X6, X3 və X8 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh, Murad İbrahimova, Gülər Muradovaya, Murad Muradova və Elgün Əzizova qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx xxxx 2014-cü il tarixli, 115.LN.2004.160714.00001 saylı kredit müqaviləsi üzrə 13,600 manat əsas, 560.56 manat faiz borcun və 4,822.41 manat cərimə borcunun, cəmi 18,982.97 manat borcun tutulması, tutmanın cavabdeh Murad İbrahimova məxsus Yevlax şəhəri, M.P.Vaqif küçəsi, 76 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və evin açıq hərracda satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, Murad İbrahimov məxsus Yevlax şəhəri, M.P.Vaqif küçəsi, 76 saylı fərdi yaşayış evinə yönəldildikdə və onun satışından 1 ay sonra həmin cavabdehin fərdi yaşayış evindən hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və evin boşaldılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 31 manat məbləğində bildiriş DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddianın həcminin artırılması barədə ərizə təqdim edilərək Cavabdeh 13,600 manat əsas, 4,331.83 manat faiz borcunun və 3,771.27 manat cərimə borcun, cəmi 21,703.10 manat təşkil edir. Odur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 21,703.10 manat məbləğində pulun tutulması və iddia tələbinin qalan hissəsdə dəyişdirilmədən təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddia tələbi belə əsaslandırılmışdır ki, xx xxxx 2014-cü il tarixli, 115.LN.2004.160714.00001 saylı saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh illik 6 faizlə 36 ay müddətinə 15,000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq. Elgün Əzizov ilə zaminlik müqaviləsi bağlanmışdır. xx xxxx 2014-cü il tarixli, 115.LN.2004.160714.00001 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə İbrahim Muradov (ipoteka qoyan) arasında xx xxxx 2014-cü il tarixli 115.CL.160714.00001/d saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqavilələrin şərtlərinə görə iddiaçıya Yevlax şəhəri, M.P.Vaqif küçəsi, 76 saylı fərdi yaşayış evinin ipoteka hüququ verilmiş və onun qeydiyyatı RX seriyalı ******* nömrəli çıxarışla təstiqlənmişdir. Cavabdeh xx xxxx 2014-cü il tarixli, 115.LN.2004.160714.00001 saylı kredit müqaviləsi üzrə iddiaçıya xx xxxxxx 2017-ci il tarixə olan borcu 13,600 manat əsas, 560.56 manat faiz borcun və 4,822.41 manat cərimə borcunun, cəmi 18,982.97 manat təşkil edir. İddiaçı ASC-nin nümayəndəsi Nazim Məmmədov iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Elgün Əzizov bildirmişdir ki, digər cavabdehlər onun ailə üzvləridir və məhkəmə iclasının vaxtı və yeri barədə onlarında məlumatlar var. Kredit müqaviləsi üzrə zamin olaraq üzərinə öhdəlik gptürmüşdür. Müqavilə üzrə verilmiş 15,000 manat borcun bir hissəsi qaytarılmış, lakin maddi çətinliklərlə bağlı ödənişləri vaxtında həyata keçirə bilməmişlər. İpoteka predmeti olan evin ilkin satış qiymətinin ipoteka müqaviləsində qeyd edilən məbləğdə müəyyən edilməsinə etirazı yoxdur. İddianın qismən, yalnız əsas borc hissəsində təmin edilməsini xahiş etmişdir. Təqdim edilmiş İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 115.LN.2004.160714.00001 kredit müqaviləsi, eyni tarixli İddiaçı ASC ilə Elgün Əzizov arasında bağlanmış zaminlik müqaviləsi, İddiaçı ASC-nin Yevlax filialı ilə İbrahim Muradov arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 115.CL.160714.00001/d saylı ipoteka müqaviləsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla, ipoteka predmeti olan fərdi yaşayış evi, habelə maliyyə arayışı ilə təsdiq olunur ki, Cavabdeh Bank tərəfindən illik 6 faizlə 36 ay müddətinə 15,000 manat məbləğində kredit verilmiş, həmin kreditin təminatı olaraq İbrahim Muradov özünə məxsus Yevlax şəhəri, M.P.Vaqif küçəsi, 76 saylı fərdi yaşayış evini Bank qarşısında ipoteka ilə yüklü etdirmiş, Elgün Əzizov isə birgə məsuliyyət daşımaq barədə üzərinə öhdəlik götürmüşdür. Digər cavabdehlərə Gülarə Muradova və Murad Muradov evin ipotekaya qoyulmasına razılıq vermiş və evə borc yönəldiləcəyi təqdirdə evi tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Kredit müqaviləsi üzrə öhdəliklər Cavabdeh tərəfindən lazımınca icra edilməmiş və bunun nəticəsində borc yaranmışdır. Təqdim edilmiş maliyyə arayışına görə, xx xxxxxx 2017-ci il tarixə xx xxxx 2014-cü il tarixli, 115.LN.2004.160714.00001 saylı kredit müqaviləsi üzrə 13,600 manat əsas, 560.56 manat faiz borcu mövcud olmuşdur. Sonradan təqdim edilən maliyyə arayışına görə xx xxxxxx 2018-ci il tarixə xx xxxx 2014-cü il tarixli, 115.LN.2004.160714.00001 saylı kredit müqaviləsi üzrə 13,600 manat əsas, 4,331.83 manat faiz borcunun və 3,771.27 manat cərimə borcun, cəmi 21,703.10 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 319.1. Borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 34. ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması anında yarana bilər. Maddə 41. ipotekasaxlayanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti predmeti açıq bazarda satıla bilər. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdehin müqavilə üzrə öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində borcun yaranması təsdiq olunur və mülki qanunvericiliyin istinad edilən normalarının tələbləri baxımından cavabdehlər Cavabdeh və X16rşısında borca görə birgə məsuliyyət daşıyırlar. Əsas borcunun düzgün hesablanmadığına dair cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Faiz borcu tələbi hissəsi ilə bağlı qeyd olunmalıdır ki, faiz borcu yalnız təqdim edilmiş ilk maliyyə arayışında qeyd olunan məbləğdə, yəni kredit müqaviləsinin müddətinin bitdiyi tarixə olan həcmdə - 560.56 manat məbləğində tutula bilər. İddianın cərimlər tələbi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd edilən cərimənin məbləği tənasübsüz surətdə yüksəkdir və həmin cərimə pulunun məbləği azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Yaranmış borc üzrə tutma ipoteka predmeti olan evə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracdan satılmalıdır. Bu barədə hər hansı mübahisə müəyyən edilmədiyindən ipoteka predmeti olan evin ilkin satış qiyməti 30,000 manat məbləğində müəyyən edilməlidir. İpoteka predmeti olan evə borc yönəldikdə və həmin ipoteka predmetinin satışından 1 ay sonra evi tərk etmədikləri təqdirdə cavabdehlər İbrahim Muradov, Gülarə Muradova və Murad Muradov həmin mənzildən məcburi qaydada çıxarılmalıdırlar. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh və X4 müştərək qaydada xx xxxx 2014-cü il tarixli, 115.LN.2004.160714.00001 saylı kredit müqaviləsi üzrə 13,600 manat əsas, 560.56 manat faiz borcu və 100 manat cərimə, cəmi 14,260 (on dörd min iki yüz altmış) manat 56 (əlli altı) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi və 31 manat bildirişin alınmasına dair xərc, cəmi 61 (altmış bir) manat cavabdehlər Cavabdeh, X10, X11, X3 və X4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb ipoteka qoyulmuş, cavabdeh X5 mülkiyyətində olan Yevlax şəhəri, M.P.Vaqif küçəsi, 76 saylı fərdi yaşayış evinə yönəldilərək həmin fərdi yaşayış evi açıq hərracdan satılmaqla satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı ASC-yə ödənilsin. Cavabdeh X5 mülkiyyətində olan Yevlax şəhəri, M.P.Vaqif küçəsi, 76 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 30,000 (otuz min) manat müəyyən edilsin. Yevlax şəhəri, M.P.Vaqif küçəsi, 76 saylı fərdi yaşayış evini satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə cavabdehlər X10, X11 və X9 həmin fərdi yaşayış sahəsindən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar