Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2622/2025 14.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas lazında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasnı xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs Ferman qızı (bundan sonra “maraqh şəxs” adlandırılacaq) ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları xx.xx.2005-ci il tarixdə Yevlax rayon Qeydiyyat Şöbəsində qeyd edilmişdir. Sonradan aralarında olan münasibətlər pisləşmiş və Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(039)-1407/2025 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. O birgə nikah dövründə əldə etdikləri əmlakın bölünməsi tələbi ilə Yevlax 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya sessiyasında aparılmış söhbətlər zamanı Mediasiyada qarşılıqlı razılaşaraq birgə nikah dövründə alınan Ərizəçi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev-1A ünvanında yerləşən daşınmaz əmlakın dövlət reyestrində **********- qeydiyyat nömrəli, 52.10 kv.mdən ibarət olan qeyri-yaşayış sahəsinin, maraqlı şəxsin heç bir etirazı və heç bir iddiası olmadan, Ərizəçi mülkiyyətində qalması, ünvan 2 ünvanında yerləşən 43.2 kv.m-dən ibarət olan, daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli mənzilin, maraqlı şəxsin heç bir etirazı ve heç bir iddiası olmadan Ərizəçi mülkiyyətində qalması, ünvan 3 ünvanında yerləşən, daşınmaz əmlakın dövlət reysterində ********** qeydiyyat nömrəli, ümumi sahəsi 50.34 kv.m, yaşayış sahəsi 30.05 kv.m, yardımçı sahəsi 20.29 kv.m-dən ibarət olan yaşayış evini maraqlı şəxsin mülkiyyətinə keçməsinə Ərizəçi heç bir etirazının olmaması, evi notarial qaydada adına keçirtməyi maraqlı şəxəsin öz öhdəsinə götürməsi barədə razlığa gəlmişlər. Lakin Maraqlı şəxs təsdiq etdiyi sazişi icra etməmişdir. Belə ki, barışıq sazişində evi notarial qaydada adına keçirtməyi maraqlı şəxs öz öhdəsinə götürsə də o, öz öhdəliklərini icra etməkdən yayınır və notariat ofisinə getməkdən imtina edir. Ona görə də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında Yevlax 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər Ərizəçi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev- 1A ünvanında yerləşən daşınmaz əmlakın dövlət reyestrində **********- qeydiyyat nömrəli, 52.10 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin, maraqlı şəxsin heç bir etirazı və heç bir iddiası olmadan, Ərizəçi mülkiyyətində qalması, ünvan 2 ünvanında yerləşən 43.2 kv.m-dən ibarət olan, daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli mənzilin, maraqlı şəxsin heç bir etirazı ve heç bir iddiası olmadan Ərizəçi mülkiyyətində qalması, ünvan 3 ünvanında yerləşən, daşınmaz əmlakın dövlət reysterində ********** qeydiyyat nömrəli, ümumi sahəsi 50.34 kv.m, yaşayış sahəsi 30.05 kv.m, yardımçı sahəsi 20.29 kv.m-dən ibarət olan yaşayış evini maraqlı şəxsin mülkiyyətinə keçməsinə Ərizəçi heç bir etirazının olmaması, evi notarial qaydada adına keçirtməyi maraqlı şəxəsin öz öhdəsinə götürməsi barədə razlığa gəlmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir. Maraqlı şəxs barışıq sazişinin könüllü icrasından imtina etdiyinə görə həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Yevlax 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi (Ərizəçi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev-1A ünvanında yerləşən daşınmaz əmlakın dövlət reyestrində **********- qeydiyyat nömrəli, 52.10 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin, maraqlı şəxsin heç bir etirazı və heç bir iddiası olmadan, Ərizəçi mülkiyyətində qalması, ünvan 2 ünvanında yerləşən 43.2 kv.m-dən ibarət olan, daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli mənzilin, maraqlı şəxsin heç bir etirazı ve heç bir iddiası olmadan Ərizəçi mülkiyyətində qalması, ünvan 3 ünvanında yerləşən, daşınmaz əmlakın dövlət reysterində ********** qeydiyyat nömrəli, ümumi sahəsi 50.34 kv.m, yaşayış sahəsi 30.05 kv.m, yardımçı sahəsi 20.29 kv.m-dən ibarət olan yaşayış evini maraqlı şəxsin mülkiyyətinə keçməsinə Ərizəçi heç bir etirazının olmaması, evi notarial qaydada adına keçirtməyi maraqlı şəxəsin öz öhdəsinə götürməsi barədə razlığa gəlmələri barədə) təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2622/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2622/2025
14.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver