Məhkəmə qərarları › İş №2(039)-2635/2025

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2635/2025

05.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2635/2025 05.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, X2 məhkəmə iclas kаtibliyi, Ərizəçi və Maraqlı şəxs rəisi X1 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçinin xahişi Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 20 sentyabr 2004-cü il tarixdə Yevlax rayonu Aşağı Qarxun kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, atası X5 2004-cü ildə vəfat edib. Daha əvvəllər atasının ölüm sənədi olmuşdur, sonradan həmin sənədi itirmişdir (surətini məhkəməyə təqdim edir). Məhkəmənin izahından sonra ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Maraqlı şəxs rəisi Maraqlı şəxs rəisi X4 izahat verərək bildirdi ki, ərizəçinin özünün izahatından və təqdim etdiyi sənəddən görünür ki, mərhum atası X3 ölüm haqqında şəhadətnaməsi olmuşdur. Belə olduğu təqdirdə hazırki ərizəyə fakt təsdiqi qaydasında baxılmalı deyil. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.3-cü maddəsinə əsasən baxılmamış saxlama haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iclası zamanı ərizəçi tərəfindən təqdim edilmiş sənəd mərhum atası X3 ölüm haqqında şəhadətnamənin surətidir. Belə olduğu təqdirdə hazırki ərizəyə xüsusi icraat qaydasında baxılmasının mümkünlsüzüyü ərizəçiyə izah edilmiş, ərizəçi hazırki tələbinin baxılmamış saxlanmasını xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, ərizənin baxılmamış saxlanması ilə əlaqədar mülki prosessual qanunvericiliyin tələbinə əsasən ərizəçinin ərizə ilə məhkəməyə müraciət edilməsi üçün ödədiyi 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-170.3, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. İş üzrə xx.xx.2025-ci il tarixdə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (təyinatı: Yevlax Rayon Məhkəməsi, ödəyicinin adı: Ərizəçi, mədaxil qəbzinin nömrəsi: **********, Ödəniş Tarixi: xx.xx.2025, Büdcə təsnifat kodu: 14221301, Büdcə təsnifatı səviyyə kodu: 1, Xəzinə hesabı: AZ69CTRE********************:) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Aran Regional İdarəsi tərəfindən iddiaçı Ərizəçi geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra1*0 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar