Məhkəmə qərarları › İş №2(039)-265/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-265/2020

09.01.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-265/2020 09.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçişəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum övladıX1 xx xxxxxx 1994-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, X4 onun övladı olmuşdur. Övladı X4 xx xxxxxx 1993-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, xx xxxxxx 1994-cü il tarixdə Yevlax şəhərində vəfat etmiş və Dəvəçi qəbirstanlığında dəfn edilmişdir. Məhrum övladı X1 ölümü qeydiyyat orqanında qeyd edilməmişdir. Mərhum əri X6 ölümü ilə əlaqədar sığorta pulu verilməsi zərurəti iləbağlı mərhum övladıX1 ölüm şəhadətnaməsi tələb olunur. Bu barədəMaraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Qeyd olunan faktı başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişmaraqlışəxs Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlışəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X9ərizəyə uyğun izahat verərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2019-cu il tarixli 3096 №li məktubda X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2019-cu il tarixli 3057 №li doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1993-cü il tarixdə Yevlax şəhərində anadan olmuşdur. X2, anası Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.1991-c1 il tarixli XİV-ЖГ480459 №li doğum haqqında şəhadətnamədən görünür ki, X9xx.xx.1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur. X2, anası Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2019-cu il tarixli AZ-İİ 046276 №liölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Yevlax şəhəri İcra Hakimiyyətinin 57 saylı Evlər Komitəsi tərəfindən verilmiş arayışdan görünür ki, X5 xx.xx.1994-cü il tarixdə vəfat etmiş və Yevlax şəhəri Dəvəçi Qəbirstanlığında dəfin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X8 ifadələrindəərizəçinin mərhum ərinin xalası qızı və qonşusu olduqlarını, X1 xx xxxxxx 1994-cü ildə öldüyünü və Dəvəçi qəbristanlığında dəfn olduğunu bildirdilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görəölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1993-cü ildə Yevlax şəhərində doğulmuş X1 xx xxxxxx 1994-cü il tarixində Yevlax şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar