Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2676/2023 28.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, mərhum atası X3 02 sentyabr 2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəni belə əsaslandırmışdır ki, mərhum atası X7 02 sentyabr 2023-cü il tarixində vəfat etmiş və həmin tarixdə də, dəfn edimişdir. Atasının ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubuna əsasən ölümü təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün həmin orqandan ölüm haqqında şəhadətnamə verilməmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Qeyd olunan ölüm faktını başqa formada əldə edə bilmədiyindən, bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, atası Telman Cavadov 02 sentyabr 2023-cü il tarixdə işlədiyi dükanın qarşısında ürək tutmasından vəfat etmişdir. Bu barədə ona orada olan şəxslər zəng edərək məlumat vermişlər. Orada olan şəxslər hadisə yerinə təcili yardım çağırmışlar. Lakin, həkim gəldikdə atasının artıq vəfat etdiyini bildirmişdir. Oradan atasını morqa aparmışlar və bir müddət morqda saxlamışlar. 03 sentyabr 2023-cü il tarixdə atası dəfn olunmuşdur, bu səbəbdən də onun qəbr üstü abidəsində həmin tarix yazılmışdır. Tibbi şəhadətnamə verilməsi üçün müraciət etsə də ona şəhadətnamə verməkdən imtina etmişlər. Bu faktın təsdiqi ona müvafiq şəhadətnaməni nalınması üçün lazımdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Sübutlar: X1 bildirmişdir ki, Ərizəçi onun bacısı qızıdır və Telman Cavadov onun bacısının əri olmuşdur. X11 02 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında işlədiyi dükanın qarşısında kəskin ürək çatışmamazlığı səbəbindən vəfat etmişdir. Orda olan şəxslər ona zəng edib bu barədə məlumat vermişlər və o, dərhal həmin yerə getmişdir. Təcili tibbi yardım gəlsə də, həkim Telman Cavadovun artıq öldüyünü qeyd etmişdir. Özü şəxsən onun dəfn və yas mərasimlərində iştirak etmişdir. X2 bildirmişdir ki, Ərizəçi onun qohumudur. Ülviyyənin atası Telman Cavadov 02 sentyabr 2023-cü il tarixdə vəfat etmişdir. Onun dəfn və yas mərasimlərində iştirak etmişdir. İİİ-ЖГ 354418 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxx 1974-cü il tarixdə Yevlax şəhərində doğulmuş, ata qrafasında X7, ana qrafasında X5 qeyd olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli arayışda qeyd olunur ki, mərhum atanız X3 ölüm haqqında şəhadətnamə, mərhumun ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra verilə bilər. AZE 01681189 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1951-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur. Hüquqi məsələlər: Mülki-Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə X3 02 sentyabr 2023-cü il tarixdə ölməsi tam təsdiqini tapır, tibbi arayış verilmədiyindən ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz, bu faktın müəyyən edilməsi ərizəçiyə müəyyən mülki hüquqlarının həyata keçirilməsi ilə bağlı gərəkdir və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu faktı istisna edən hallar müəyyən edilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 16 may 1951-ci il tarixdə Yevlax şəhərində doğulmuş X3 02 sentyabr 2023-cü il tarixdə Yevlax şəhərində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əli
Məhkəmə qərarları › İş №2(039)-2676/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2676/2023
28.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver