Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2687/2024 04.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesində onunla Maraqlı şəxs aralarında bağlanmış 26 sentyabr 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və eyni zamanda mediasiya xidmətinin göstərilməsi üçün Mediasiya Təşkilatına ödədiyi cəmi 160 manat məbləğin Maraqlı şəxs alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o Maraqlı şəxs ilə mediasiya xidmətlərindən istifadə edərək, qarşılıqlı qaydada razlaşaraq, azyaşlı uşaqları 17 iyun 2013-cü il təvəllüdlü X1 və 23 avqust 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin ödənilməsi ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. Lakin Maraqlı şəxs təsdiq etdiyi sazişi icra etmir. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmaını xahiş etmişdir. Eyni zamanda mediasiya xərci olaraq ödədiyi 160 manat pulu və dövlət rüsumu olaraq ödədiyi 100 manat pulu maraqlı şəxsdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, o, məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnun iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı MPM-nin 185.5-ci mаddəsinə əsаsən, işə maraqlı şəxsin iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 26 sentyabr 2024-cü il tarixli barışıq sazişindən məlum olur ki, ikinci tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, övladları 17 iyun 2013-cü il təvəllüdlü X3 və 23 avqust 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək hər ay hər uşağa 235 manat məbləğində alimenti birinci tərəf olan Ərizəçi ödəməyi; ikinci tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, aliment ödənişi hər ayın 1-dən ən geci 10-a kimi birinci tərəf Ərizəçi kart hesabına ödəməyi; ikinci tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, aliment ödənişini 01 oktyabr 2024-cü il tarixdən başlayaraq birinci tərəf Ərizəçi kart hesabına ödəyəcəyi ilə könüllü olaraq razılaşmış və barışıq sazişinin bağlanması barədə razılığa gəlmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 03 noyabr 2012-ci il tarixli AZ-l 807537 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Maraqlı şəxs ilə X4 03 noyabr 2012-ci il tarixdə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 sentyabr 2018-ci il tarixli AZE seriyalı 18834435 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X6 17 iyun 2013-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 sentyabr 2018-ci il tarixli AZE seriyalı 18834434 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X7 23 avqust 2016-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzlərdən məlum olur ki, Ərizəçi 160 manat mediasiya xərci ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən məlum olur ki, Ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.4-cü maddəsinə əsasən Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355.26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.2-ci maddəsinə əsasən Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər evlənmişlər. Birgə nikahlarından 17 iyun 2013-cü il təvəllüdlü X6 və 23 avqust 2016-cı il təvəllüdlü X7 adlı iki uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılıb ayrı yaşayırlar. Tərəflər mediasiya prosesində barışıq sazişi bağlamışlar. Maraqlı şəxs barışıq sazişinin şərtlərini pozmuşdur. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında 26 sentyabr 2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 26 sentyabr 2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 01 oktyabr 2024-cü il tarixdən başlayaraq, 17 iyun 2013-cü il təvəllüdlü X1 və 23 avqust 2016-cı il təvəllüdlü X2 18 yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat aliment Ərizəçi xeyrinə tutulsun. Maraqlı şəxs 160 manat mediasiya xərci və 100 manat ödənilmiş dövlət rüsumu tutularaq Ərizəçi xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2687/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2687/2024
04.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver