Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2719/2025 19.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi X6, Maraqlı şəxs rəisi X1 iştirakları ilə, Ərizəçi X6 şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X14 şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X3 28 avqust 1994-cü il tarixdə Yevlax səhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X14 verdiyi izahatında göstərmişdir ki, 01 iyul 1912-ci il təvəllüdlü anası X9 28 avqust 1994-cü il tarixdə Yevlax şəhərində yaşadıqları evdə vəfat etmiş və Yevlax rayonu Cırdaxan kənd qəbristanlığında dəfn edilmişdir. Mərhum anası X3 ölümü qeydiyyat orqanında qeydə alınmamışdır. Hazırda miras qalmış əmlaka vərəsəlik işi açılması zərurəti ilə əlaqədar olaraq mərhum anası X3 ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmiş, ona məhkəməyə müraciət etməyinı bildirmişlər. Ona görə də şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsnə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs rəisi X7 izahatında bildirmişdir ki, ərizəçi X6 mərhum anası X3 ölümü ilə əlaqədar Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Ölüm haqqında akt qeydləri kitabında ölüm qeydiyyata alınmadığından ərizəçiyə imtina məktubu verilmişdir. Məhkəmə izahatları və şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi Vüsal Bağırov onun qonşusudur. Ərizəçi və onun ailəsi ilə 60 ildir ki, qonşudur. Ərizəçinin anası öləndə mərhumu o yumuşdur. Ərzəçinin anası 1994-cü ildə ölmüş və Yevlax rayon Cırdaxan kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X15 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi Vüsal Bağırov onun həmkəndlisidir. Ərizəçinin mərhum anası 1994-cü ildə vəfat etmişdir. Ərizəçinin yas mərasimində iştirak etmişdir. İşdə olan Yevlax şəhər Varvara kənd soveti tərəfindən verilmiş xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx xxxxx 1947-ci ildə doğulmuşdur, atası X10, anası X5r. İşdə olan Yevlax şəhər VVAQ bürosu tərəfindən verilmiş xx.xx.1964-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 01 iyul 1912-ci ildə doğulmuşdur, atası X12, anası X8r. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X3 ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X25 «Yevlax rayon Mərkəzi Xəstəxanası» X25 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X3 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İşdə olan Yevlax şəhər İHB-nın 33 №-li Evlər Komitəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi mərhum anası X9 28 avqust 1994-cü il tarixdə vəfat etmiş və Yevlax rayonu Cırdaxan kənd qəbiristanlığında dəfn edilmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin anası 01 iyul 1912-ci il təvəllüdlü X9 28 avqust 1994-cü il tarixdə Yevlax şəhərində yaşadığı evdə vəfat etmiş və Yevlax rayonunun Cırdaxan kənd qəbirstanlığında dəfn edilmişlər. Müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Faktın müəyyən edilməsi ərzəçiyə mərhum anasına ölüm haqqında şəhadətnamə almaq üçün zəruridir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 iyul 1912-ci il təvəllüdlü X3 28 avqust 1994-cü il tarixdə Yevlax şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2719/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2719/2025
19.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver