Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-275/2023 24.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 3250 manat dəyərində qızıl-zinət əşyalarının, 5925 manat dəyərində cehiz əşyalarının natura və ya pul formasında və ödənilmiş 112 manat dövlət rüsumunun əvəzini cavabdehdən alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdeh X8 ilə xx.xx.2014-cü ildə ailə həyatı qurmuş, nikahları rəsmi qeydiyyata alınmış, birgə yaşadıqları dövrdə iki övladları anadan olmuşdur. Bir neçə aydır ki, ailə münasibətləri pozulmuş və ayrılmışlar. Həyat yoldaşı Cavabdeh ilə olan nikahları pozulmuşdur. Ümumi dəyəri 9175 manat olan qızıl-zinət əşyaları və cehiz əşyaları cavabdehdə qalmışdır. 2022-ci ilin may ayında həyat yoldaşı Cavabdeh onu döymüş və evdən çölə çıxarmış, o da valideyinlərinə zəng edərək yaşadığı Yevlax rayonu, Rüstəmli kəndinə çağırmış, valideynləri gəldikdən sonra o ev paltarı ilə atası evinə aparmışlar. Bundan sonra Yevlax Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə olan nikahları pozulmuşdur. Cavabdeh onun bütün əmlaklarını könülü verəcəyinə söz vermiş, lakin o sözünə yalan çıxmış, məhkəmə qətnaməsi olmadan qızıl-zinət və cehiz əşyalarını verməkdən imtina etmişdir. Dəfələrlə əşyalarını tələb etsə də heç bir nəticəsi olmamışdır. Qızıl-zinət əşyaları 2000 manat dəyərində 1 ədəd 583 əyarlı komplekt (sırqa ağ qaşlı, boyunbağı, ağ qaşlı üzük), 550 manat dəyərində 583 əyarlı 4 qram nişan üzüyü, brilyant qaşlı, 350 manat dəyərində 583 əyarlı 3 qram enli barmaqçılı 7-di ağ qaşlı, 350 manat dəyərində 583 əyarlı 4 qram üzük (italya qızıl) cəmisi 3250 manat təşkil etmiş, Yataq dəsti 2500 manat dəyərində (ağ qara rəngli) şfaner, qoşa kravat, termo, 2 ədəd tumbuçka, 1200 manat dəyərində qonaq dəsti (ağ qara rəngli) servanr 2 ədəd, 1 ədəd kamot, 220 manat dəyərində 1 stol, 6 ədəd stul, 300 manat dəyərində 1 dəst divan kreslo, 135 manat dəyərində televizor altlığı olmaqla, cəmisi 1855 manat təşkil etmiş, Cehiz əşyaları 350 manat dəyərində abedni serviz 12 nəfərlik (2-ədəd qazan, 12 ədəd 12 ədəd bulud, 12 ədəd souz boşqabı, 12 aş boşqablı, 12 ədəd dolma boşqabı, 12 ədəd şoraba boşqabı, 12 ədəd kasa, 12 ədəd qaşıq), 75 manat dəyərində çaynı serviz 12 nəfərlik (12 çaşka, 12 nəlbəki, 1 ədəd pesoq qabı, 1 ədəd qənd qabı), 35 manat dəyərində kofe serviz 12 nəfərlik (12 çaşka, 12 nəlbəki), 35 manat dəyərində 1 ədəd su üçün krafinka, 6 ədəd bakal, 40 manat dəyərində 12 ədəd su üçün bakal, 30 manat dəyərində 12 ədəd rumka, 60 manat dəyərində çay dəsti 1ədəd çaynik, 12 ədəd kuruşka, 12 ədəd nəlvəki (avrora), 60 manat dəyərində 12 ədəd mürəbbə qabı, 50 manat dəyərində 4 ədəd ləpə qabı, 40 manat dəyərində 12 çaşqa dəsti, 60 manat dəyərində 4 ədəd qəntqabı, 30 manat dəyərində 2 ədəd vaz, 30 manat dəyərində 1 ədəd xurustal güldan, 35 manat dəyərində 1 ədəd böyük güldan qara rəngli, 20 manat dəyərində 12 ədəd sadə stəkan, 12 ədəd nəlbəki, 35 manat dəyərində 48 ədəd sadə boşqab, 75 manat dəyərində 12 nəfərlik qaşıq dəsti (diplomantda), 55 manat dəyərində 6 ədəd şirəli qazan dəsti, 35 manat dəyərində 6 ədədlik nikelli qazan dəsti, 30 manat dəyərində 2 ədəd nikelli ləyən, 30 manat dəyərində 2 ədəd alminum qazan, 20 manat dəyərində 1 ədəd çaydan şirəli, 10 manat dəyərində 1 ədəd çaynik, 50 manat dəyərində 1 ədəd ütü, 50 manat dəyərində 1 ədəd ütü stolu, 60 manat dəyərində 1 ədəd ət çəkən maşın, 90 manat dəyərində 1 ədəd toz soran, 200 manat dəyərində 1 ədəd paltar yuyan 9 kq (kapron), 75 manat dəyərində 3 ədəd nikelli padnus, 70 manat dəyərində 1 ədəd çörək bişirən peç cəmisi 1835 manat təşkil etmiş, Yataq dəsti 160 manat dəyərində 1 dəst yorğan döşək (qoşa kravat üçün), 300 manat dəyərində 3 dəst tək yorğan, döşək, 300 manat dəyərində olan 6 ədəd yastıq, 40 manat dəyərində olan 2 ədəd paduşaq, 60 manat dəyərində 6 ədəd döşəkçə, 190 manat dəyərində 1 dəst gəlincik (kravat üstü), 50 manat dəyərində 1 ədəd qalın qoşa ədyal, 30 manat dəyərində 1 ədəd qalın tək ədyal, 400 manat dəyərində 4 ədəd pərdə dəsti, 30 manat dəyərində 1 ədəd tül pərdə, 45 manat dəyərində 1 ədəd sandıq, 100 manat dəyərində 4 ədəd qətibə, 60 manat dəyərində 6 ədəd əlüz məhrəbası, 30 manat dəyərində 6 ədəd stəkan məhrəbası, 120 manat dəyərində 4 ədəd çxol prastina dəsti, 260 manat dəyərində 1 ədəd 3,4 sadə gəvə, 60 manat dəyərində 1 ədəd 2,3 sadə gəvə cəmisi 2235 manat, cəmi 9175 manat, 3250 manat dəyərində qızıl-zinət əşyalarının, 5925 manat dəyərində cehiz əşyalarının naturada və ya pul formasında və 112 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq onun xeyrinə verilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacı vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-anası X10 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat vermiş, sözügedən qızıl-zinət əşyalarının həqiqətəndə qızı ilə cavabdeh birgə nikahda olduqları zaman satıldığını əvəzində isə mülkiyyət sənədləri olmayan ev alındığını bildirmiş, habelə məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 iddia tələbini qismən qəbul etdiyini, məhkəməyə ərizə təqdim edərək iddiaçıya məxsus olan qızıl-zinət əşyalarını birgə nikah dövründə iddiaçı ilə birgə satıb pulunu xərclədiklərini bildirmiş, digər cehiz, yataq əşyaları isə ona məxsus olan evdə olduğunu və iddiaçıya qaytaracağını qeyd etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb və tərəflərin izahatlarını, dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında çıxarışdan görünür ki, Cavabdeh ilə X6 arasında bağlanmış nikah 2014-cü ilin yanvar ayının 22-ci günündə akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada isə Ağayeva soyadı verilmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü Maral adlı uşaqları var. xx.xx.2022-ci il tarixli, saylı 05216 arayışdan məlum olur ki, İddiaçı əmlak tələbi ilə bağlı mediatora müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-1774/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli nikah qeydi pozulmuşdur. Bərdə rayonu, Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəli tərəfindən verilmiş 27 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Yevlax rayonu, Rüstəmli kəndində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Bərdə rayonu Şatırlı kənd İƏD-nin Qazaxlar kəndində bir övladı ilə ailə birgə münaqişəsi zəminində ailəsindən ayrı olduğuna görə atası X11 himayəsində yaşayır. “X7” MMC-nin tabeliyində Əşyaların, Daşınar və Daşınmaz Əmlaklarının Qiymətləndirilməsi şöbəsinin mütəxəssis rəyindən görünür ki, 1 ədəd 583 əyarlı komplekt (sırqa ağ qaşlı, boyunbağı, ağ qaşlı üzük) dəyəri 2000 manat, 583 əyarlı 4 qram nişan üzüyü, brilyant qaşlı dəyəri 550 manat, 583 əyarlı 3 qram enli barmaqçılı 7-di ağ qaşlı dəyəri 350 manat, 583 əyarlı 4 qram üzük (italya qızıl) dəyəri 350 manat cəmisi 3250 manat təşkil etmiş, Yataq dəsti (ağ qara rəngli) şfaner, qoşa kravat, termo, 2 ədəd tumbuçka, dəyəri 2500 manat, Qonaq dəsti (ağ qara rəngli) servanr 2 ədəd, 1 ədəd kamot dəyəri 1200 manat, 1 stol, 6 ədəd stulun dəyəri 220 manat, 1 dəst divan kreslo dəyəri 300 manat, televizor altlığı dəyəri 135 manat olmaqla cəmisi 1855 manat təşkil etmiş, Cehiz əşyaları abedni serviz 12 nəfərlik (2-ədəd qazan, 12 ədəd 12 ədəd bulud, 12 ədəd souz boşqabı, 12 aş boşqablı, 12 ədəd dolma boşqabı, 12 ədəd şoraba boşqabı, 12 ədəd kasa, 12 ədəd qaşıq) dəyəri 350 manat, çaynı serviz 12 nəfərlik (12 çaşka, 12 nəlbəki, 1 ədəd pesoq qabı, 1 ədəd qənd qabı) dəyəri 75 manat, kofe serviz 12 nəfərlik (12 çaşka, 12 nəlbəki) dəyəri 35 manat, 1 ədəd su üçün krafinka, 6 ədəd bakalı dəyəri 35 manat, 12 ədəd su üçün bakal dəyəri 40 manat, 12 ədəd rumka dəyəri 30 manat, çay dəsti 1 ədəd çaynik, 12 ədəd kuruşka, 12 ədəd nəlvəki (avrora) dəyəri 60 manat, 12 ədəd mürəbbə qabı dəyəri 60 manat, 4 ədəd ləpə qabı dəyəri 50 manat, 12 çaşqa dəsti dəyəri 40 manat, 4 ədəd qəntqabı dəyəri 60 manat, 2 ədəd vaz dəyəri 30 manat, 1 ədəd xurustal güldan dəyəri 30 manat, 1 ədəd böyük güldan qara rəngli dəyəri 30 manat, 12 ədəd sadə stəkan, 12 ədəd nəlbəki dəyəri 20 manat, 48 ədəd sadə boşqab dəyəri 35 manat, 12 nəfərlik qaşıq dəsti (diplomantda) dəyəri 75 manat, 6 ədəd şirəli qazan dəsti dəyəri 55 manat, 6 ədədlik nikelli qazan dəsti dəyəri 35 manat, 2 ədəd nikelli ləyən dəyəri 30 manat, 2 ədəd alminum qazan dəyəri 30 manat, 1 ədəd çaydan şirəli dəyəri 20 manat, 1 ədəd çaynik dəyəri 10 manat, 1 ədəd ütü dəyəri 50 manat, 1 ədəd ütü stolu dəyəri 50 manat, 1 ədəd ət çəkən maşın dəyəri 60 manat, 1 ədəd toz soran dəyəri 90 manat, 1 ədəd paltar yuyan 9 kq (kapron) dəyəri 200 manat, 3 ədəd nikelli padnus dəyəri 75 manat, 1 ədəd çörək bişirən peç dəyəri 70 manat cəmisi 1835 manat təşkil etmiş, Yataq dəsti 1 dəst yorğan döşək (qoşa kravat üçün) dəyəri 160 manat, 3 dəst tək yorğan, döşək dəyəri 300 manat, ədəd yastıq dəyəri 300 manat, 2 ədəd paduşaq dəyəri 40 manat, 6 ədəd döşəkçə dəyəri 60 manat, 1 dəst gəlincik (kravat üstü) dəyəri 190 manat, 1 ədəd qalın qoşa ədyal dəyəri 50 manat, 1 ədəd qalın tək ədyal dəyəri 30 manat, 4 ədəd pərdə dəsti dəyəri 400 manat, 1 ədəd tül pərdə dəyəri 30 manat, 1 ədəd sandıq dəyəri 45 manat, 4 ədəd qətibə dəyəri 100 manat, 6 ədəd əlüz məhrəbası dəyəri 60 manat, 6 ədəd stəkan məhrəbası dəyəri 30 manat, 4 ədəd çxol prastina dəsti dəyəri 120 manat, 1 ədəd 3,4 sadə gəvə dəyəri 260 manat, 1 ədəd 2,3 sadə gəvə dəyəri 60 manat olmaqla, cəmi 2235 manat ümumi hamsı bir yerdə cəmisi 9175 manat müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci və 76.2-ci maddələrin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 106.1-ci maddəyə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cu maddəyə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddiaçının cavabdehdən tələb etdiyi qızıl-zinət əşyalarının toy mərasimində ona hədiyyə olunması iddiaçı tərəfin izahatı ilə yanaşı, iş materialları ilə cavabdehin etirafı ilə də işin mübahisəsiz halı kimi təsdiq olunmuş, həmçinin məhkəmə iclasında tərəflərin izahatları ilə həmin qızıl-zinət əşyalarının birgə nikah dövründə ailənin ehtiyacları üçün qarşılıqlı razılıq əsasında satıldığı müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, tələb olunan və dəyəri 2700 manat olan, yataq dəsti (ağ qara rəngli) şfaner, qoşa kravat, termo, 2 ədəd tumbuçka, dəyəri 1200 manat olan, qonaq dəsti (ağ qara rəngli) servanr 2 ədəd, 1 ədəd kamot, dəyəri 220 manat olan,1 stol, 6 ədəd stulun, dəyəri 300 manat olan, 1 dəst divan kreslo, dəyəri 135 manat olan, televizor altlığı olmaqla, cəmisi 1855 manat təşkil etmiş, dəyəri 350 manat olan cehiz əşyaları abedni serviz 12 nəfərlik (2-ədəd qazan, 12 ədəd 12 ədəd bulud, 12 ədəd souz boşqabı, 12 aş boşqablı, 12 ədəd dolma boşqabı, 12 ədəd şoraba boşqabı, 12 ədəd kasa, 12 ədəd qaşıq), dəyəri 75 manat olan, çaynı serviz 12 nəfərlik (12 çaşka, 12 nəlbəki, 1 ədəd pesoq qabı, 1 ədəd qənd qabı), dəyəri 35 manat olan, kofe serviz 12 nəfərlik (12 çaşka, 12 nəlbəki), dəyəri 40 manat olan 1 ədəd su üçün krafinka, 6 ədəd bakalı dəyəri 35 manat, 12 ədəd su üçün bakal, dəyəri 60 manat olan 12 ədəd rumka dəyəri 30 manat, çay dəsti 1 ədəd çaynik, 12 ədəd kuruşka, 12 ədəd nəlvəki (avrora) dəyəri 60 manat, 12 ədəd mürəbbə qabı, dəyəri 60 manat olan, 12 ədəd mürəbbə qabı, dəyəri 50 manat olan 4 ədəd ləpə qabı, dəyəri 40 manat olan 12 çaşqa dəsti, dəyəri 60 manat olan 4 ədəd qəntqabı, dəyəri 30 manat olan 2 ədəd vaz, dəyəri 30 manat olan 1 ədəd xurustal güldan, dəyəri 30 manat olan ədəd böyük güldan qara rəngli, dəyəri 20 manat olan 12 ədəd sadə stəkan, 12 ədəd nəlbəki, dəyəri 35 manat olan48 ədəd sadə boşqab, dəyəri 75 manat olan 12 nəfərlik qaşıq dəsti (diplomantda), dəyəri 55 manat olan 6 ədəd şirəli qazan dəsti, dəyəri 35 manat olan 6 ədədlik nikelli qazan dəsti, dəyəri 30 manat olan 2 ədəd nikelli ləyən, dəyəri 30 manat olan 2 ədəd alminum qazan dəyəri, dəyəri 20 manat olan1 ədəd çaydan şirəli, dəyəri 10 manat olan 1 ədəd çaynik, dəyəri 50 manat 1 ədəd ütü, dəyəri 50 manat olan 1 ədəd ütü stolu, dəyəri 60 manat olan 1 ədəd ət çəkən maşın dəyəri 90 manat olan 1 ədəd toz soran, dəyəri 200 manat olan 1 ədəd paltar yuyan 9 kq (kapron), dəyəri 75 manat olan 3 ədəd nikelli padnus, dəyəri 70 manat olan 1 ədəd çörək bişirən peç cəmisi 1835 manat təşkil etmiş, Yataq dəsti dəyəri 160 manat olan1 dəst yorğan döşək (qoşa kravat üçün), dəyəri 300 manat olan3 dəst tək yorğan, döşək, dəyəri 300 manat 6 ədəd yastıq, dəyəri 40 manat olan 2 ədəd paduşaq, dəyəri 60 manat olan 6 ədəd döşəkçə, dəyəri 190 manat olan 1 dəst gəlincik (kravat üstü), dəyəri 50 manat olan, 1 ədəd qalın qoşa ədyal, dəyəri 30 manat olan, 1 ədəd qalın tək ədyal, dəyəri 400 manat olan 4 ədəd pərdə dəsti, 30 manat olan 1 ədəd tül pərdə, dəyəri 45 manat olan1 ədəd sandıq, dəyəri 100 manat olan 4 ədəd qətibə, dəyəri 60 manat olan 6 ədəd əlüz məhrəbası, dəyəri 30 manat olan 6 ədəd stəkan məhrəbası, dəyəri 120 manat olan 4 ədəd çxol prastina dəsti, dəyəri 260 manat olan 1 ədəd 3,4 sadə gəvə, dəyəri 60 manat olan 1 ədəd 2,3 sadə gəvə olmaqla və ya qeyd olunan əşyaları olmadıqda onların dəyəri, cavabdeh X1 alınıb iddiaçı X3 xeyrinə verilməli, iddia tələbi digər hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Dəyəri 2700 manat olan, yataq dəsti (ağ qara rəngli) şfaner, qoşa kravat, termo, 2 ədəd tumbuçka, dəyəri 1200 manat olan, qonaq dəsti (ağ qara rəngli) servanr 2 ədəd, 1 ədəd kamot, dəyəri 220 manat olan,1 stol, 6 ədəd stulun, dəyəri 300 manat olan, 1 dəst divan kreslo, dəyəri 135 manat olan, televizor altlığı olmaqla, cəmisi 1855 manat təşkil etmiş, dəyəri 350 manat olan cehiz əşyaları abedni serviz 12 nəfərlik (2-ədəd qazan, 12 ədəd 12 ədəd bulud, 12 ədəd souz boşqabı, 12 aş boşqablı, 12 ədəd dolma boşqabı, 12 ədəd şoraba boşqabı, 12 ədəd kasa, 12 ədəd qaşıq), dəyəri 75 manat olan, çaynı serviz 12 nəfərlik (12 çaşka, 12 nəlbəki, 1 ədəd pesoq qabı, 1 ədəd qənd qabı), dəyəri 35 manat olan, kofe serviz 12 nəfərlik (12 çaşka, 12 nəlbəki), dəyəri 40 manat olan 1 ədəd su üçün krafinka, 6 ədəd bakalı dəyəri 35 manat, 12 ədəd su üçün bakal, dəyəri 60 manat olan 12 ədəd rumka dəyəri 30 manat, çay dəsti 1 ədəd çaynik, 12 ədəd kuruşka, 12 ədəd nəlvəki (avrora) dəyəri 60 manat, 12 ədəd mürəbbə qabı, dəyəri 60 manat olan, 12 ədəd mürəbbə qabı, dəyəri 50 manat olan 4 ədəd ləpə qabı, dəyəri 40 manat olan 12 çaşqa dəsti, dəyəri 60 manat olan 4 ədəd qəntqabı, dəyəri 30 manat olan 2 ədəd vaz, dəyəri 30 manat olan 1 ədəd xurustal güldan, dəyəri 30 manat olan ədəd böyük güldan qara rəngli, dəyəri 20 manat olan 12 ədəd sadə stəkan, 12 ədəd nəlbəki, dəyəri 35 manat olan 48 ədəd sadə boşqab, dəyəri 75 manat olan 12 nəfərlik qaşıq dəsti (diplomantda), dəyəri 55 manat olan 6 ədəd şirəli qazan dəsti, dəyəri 35 manat olan 6 ədədlik nikelli qazan dəsti, dəyəri 30 manat olan 2 ədəd nikelli ləyən, dəyəri 30 manat olan 2 ədəd alminum qazan dəyəri, dəyəri 20 manat olan1 ədəd çaydan şirəli, dəyəri 10 manat olan 1 ədəd çaynik, dəyəri 50 manat olan 1 ədəd ütü, dəyəri 50 manat olan 1 ədəd ütü stolu, dəyəri 60 manat olan 1 ədəd ət çəkən maşın dəyəri 90 manat olan 1 ədəd toz soran, dəyəri 200 manat olan 1 ədəd paltar yuyan 9 kq (kapron), dəyəri 75 manat olan 3 ədəd nikelli padnus, dəyəri 70 manat olan 1 ədəd çörək bişirən peç cəmisi 1835 manat təşkil etmiş, Yataq dəsti dəyəri 160 manat olan 1 dəst yorğan döşək (qoşa kravat üçün), dəyəri 300 manat olan 3 dəst tək yorğan, döşək, dəyəri 300 manat olan 6 ədəd yastıq, dəyəri 40 manat olan 2 ədəd paduşaq, dəyəri 60 manat olan 6 ədəd döşəkçə, dəyəri 190 manat olan 1 dəst gəlincik (kravat üstü), dəyəri 50 manat olan, 1 ədəd qalın qoşa ədyal, dəyəri 30 manat olan, 1 ədəd qalın tək ədyal, dəyəri 400 manat olan 4 ədəd pərdə dəsti, 30 manat olan 1 ədəd tül pərdə, dəyəri 45 manat olan 1 ədəd sandıq, dəyəri 100 manat olan 4 ədəd qətibə, dəyəri 60 manat olan 6 ədəd əlüz məhrəbası, dəyəri 30 manat olan 6 ədəd stəkan məhrəbası, dəyəri 120 manat olan 4 ədəd çxol prastina dəsti, dəyəri 260 manat olan 1 ədəd 3,4 sadə gəvə, dəyəri 60 manat olan 1 ədəd 2,3 sadə gəvə olmaqla, cəmi 5925 manat pulun və ya qeyd olunan əşyaları olmadıqda onların dəyəri və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 manatın cavabdeh X1 alınıb İddiaçı xeyrinə verilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-275/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-275/2023
24.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver