Məhkəmə qərarları › İş №2(039)-2774/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2774/2025

12.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2774/2025 12.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, İddiaçı və cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “cehiz əmlakın çıxarılması” tələbi haqqında iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçının tələbi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 onun mülkiyyətində olan Yevlax şəhəri, H.Əliyev pr, ev 51, mənzil 18-də yerləşən fərdi yaşayış evindən qonaq otağı üçün mebel və güzgü, jurnal masası, yataq otağı üçün yataq dəsti-iki nəfərlik kravat, termo, şifoner, tumba, yorğan və döşək dəstləri, qab-qacaq, pianino, paltaryuyan maşın, künc divanı, çilçıraq və s. cehiz əşyalarının onun öz vəsaiti hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax şəhəri, H.Əliyev pr, ev 51, mənzil 18-da yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Lakin hazırda cavabdeh X4 onun öz mülkiyyətində olan əmlakdan sərbəst istifadə etməsinə mane olur. Belə ki, cavabdeh onun oğlu X1 arvadı, onun isə keçmiş gəlinidir. Yevlax Rayon Məhkəməsinin 8 yanvar 2018-ci il tarixli 2(039)-97/2018 saylı qətnaməsi ilə oğlu Samir Vəliyev ilə keçmiş gəlini, hazırkı iş üzrə Cavabdeh arasında olan nikah pozulmuşdur. X9 artıq onun gəlini olmamasına baxmayaraq, həmçinin artıq neçə illərdir ki, onun evindən çıxıb getsə də, ona məxsus olan bir çox əşyalar (toy zamanı gətirdiyi cehiz əşyaları) hələ də onun evindədir. O, dəfələrlə cavabdehdən əşyalarının çıxarılmasını tələb etsə də, o, buna əməl etməmişdir. Məhkəmə prosesi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 izahatında bildirmişdir ki, hazırda qeyd olunan cehiz əşyaları ona məxsusdur, iddiaçı və oğlu Samit tərəfindən ona məxsus olan qızıl-zinət əşyaları və ya onların dəyəri ödənilmədiyi müddətcə, həmin cehiz əşyalarını çıxartmayacaqdır. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; X5 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, MŞY/MT034/2025-00466 nömrəli arayışdan müəyyən olunur ki, iddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş cehiz əşyalarının evdən çıxarılması tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir), onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya xərci (50 manat) iddiaçı tərəfindən ödənilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmza Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Yevlax şəhəri Heydər Əliyev prospekti ev 51, mənzil 18-da yerləşən fərdi 93 kv.m yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-97/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X8 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yevlax şəhəri, H.Əliyev pr, ev 51 mənzil 18-da yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Cavabdeh ilə iddiaçının oğlu Samit Vəliyev 2013-cü ildə rəsmi nikah münasibətlərinə girərək ailə qurmuş, həmin ildə cavabdeh cehiz əşyaları ilə birlikdə mülkiyyətçinin razılığı ilə mübahisəli evə köçmüş və bir müddət həmin evdə yaşamışdır. Qeyd olunanları müəyyən edən məhkəmə hesab edir ki, iddiaçı, onun öz mülkiyyətindən sərbəst istifadə etməsinə maneçilik törədən cavabdehə məxsus əşyaların mübahisəli evdən çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, müzakirə edilən mübahisənin həlli ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülki Prosessual Məcəllə: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, cavabdehə məxsus cehiz əşyaları iddiaçıya məxsus fərdi yaşayış evindən cavabdehin hesabına çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus cehiz əşyaları (qonaq otağı üçün mebel və güzgü, jurnal masası, yataq otağı üçün yataq dəsti-iki nəfərlik kravat, termo, şifoner, tumba, yorğan və döşək dəstləri, qab-qacaq, pianino, paltaryuyan maşın, künc divanı, çilçıraq və s.) İddiaçı məxsus Yevlax şəhəri Heydər Əliyev prospekti ev 51, mənzil 18-da yerləşən fərdi yaşayış evindən cavabdehin hesabına çıxarılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar