Məhkəmə qərarları › İş №2(039)-291/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-291/2020

05.05.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-291/2020 05.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı“cavabdehin zəbt olunmuş gediş-gəliş yolundan çıxarılması və maddi ziyan tələbi” barədə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qonşusu Cavabdeh zəbt etdiyi məhlə torpağının ona qaytarılması və ona məxsus məhlə torpağının müəyyən hissəsini zəbt edərək uzun illər əkib-becərərək əldə etdiyi 1000 manat qazancın 600 manat hissəsinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yevlax Rayon Tanrıqulular kəndində yerləşən keçmiş “hamamın” həyəti deyilən yeri-0,12 ha torpaq sahəsini bələdiyyədən almış və bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsində saxlanılan Dövlət kadastr kitabında xx xxxxxx 2007-ci ildə qeydiyyat aparılmışdır. Məhlədə hamamın işləməsi üçün tikilmiş transformatora əsas küçədən 4 metr enində, 67 metr uzununda yol olmuş və o da sənəddə qeyd olunmuşdur. Həmin transformatora gedən yoldan indi sahibkarlıq məqsədilə ona verilmiş 0,78 ha qonşunun torpaq sahəsinə gedişgəliş yolu kimi istifadə olunur. Cavabdeh küçə tərəfindən eni 5 metr və uzunu 67 metr məhlə torpağını zəbt etmiş və və oraya “setkadan” hasar çəkmişdir. Cavabdeh tərəfindən zəbt edilmiş həyətyanı torpaq sahəsinin ona qaytarılması və torpaq sahəsini zəbt edərək əldə etdiyi 600 manat qazancın ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Əhmədov iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Həmin məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsinə etiraz edərək, məhkəmə ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №li, xx.xx.2011-ci il tarixli çıxarışından görünür ki, İddiaçı Yevlax rayonu, Tanrıqulular kəndi yerləşdiyi 0.12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. Məhkəmənin xx xxxxxx 2020-ci il tarxili qərardadı ilə işüzrə mütəxəssis rəyinin alınması qərara alınmış və mütəxəssis qarşısında “iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub-olunmaması” sualı qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı vəÜnvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, cavabdeh X2 faktiki istifadə etdiyi və iddiaçının göstərdiyi Yevlax rayonu Tanrıqulular kəndində yerləşən torpaq sahəsi dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmış 0,12 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Bundan sonra iddiaçı iddia predmetinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan 0,78 ha torpaq sahəsinə gediş-gəliş yolunun cavabdeh tərəfindən zəbt edilmiş kimi qəbul edilməsini xahiş etmiş və xx xxx 2020-ci il tarixdə keçirilən məhkəmə prosesində nümayəndə A.Əhmədov ərizəni müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdeh tərəfindən zəbt olunan torpaq sahəsi 11 il iddiaçının həyətyanı torpaq sahəsi olmuş, sonradan iddiaçı həmin torpaq sahəsinəçıxarış alan zaman DƏDRX-in əməkdaşları torpaq sahəsinin ölçüsünün 0,12 ha-ya çatdırılması üçün 4 metr yolu ona torpaq sahəsi kimi çıxarışa salmış, iddiaçı buna etiraz edəndə isə ona bildirmişlər ki, cavabdeh gəlib ora çəkilmiş “setkanı” götürsə həmin yerin sənədini düzəldə bilərlər. Nəticədə DƏDRX-in əməkdaşlarının səhvi ucbatından məhləyə küçədən gələn yol iddiaçının həyətyanı torpaq sahəsi iləəvəz olunmuşdur. Reyestr xidməti isə kadastr üzrə planı yox, çıxarışüzrə planıəsas götürür ki, çıxarışüzrə plan da düzgün tərtib edilməmişdir. İddiaçı dəfələrlə bu barədə müxtəlif orqanlara müraciətə etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı ilkin olaraq xx.xx.2011ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan cavabdehin zəbt etdiyi məhlə torpağının ona qaytarılmasını xahiş etmiş, məhkəmə tərəfindən Daşınmaz Əmlakın Kadastrı vəÜnvan Reyestri Xidmətindən alınmış xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi ilə cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşməsi müəyyən olunmuş, məhz mütəxəssis rəyinin alınmasından sonra iddiaçı iddia predmetinin dəyişdirilməsi barədəərizə verərək, mülkiyyətində olan 0,78 ha torpaq sahəsinə gediş-gəliş yolunun cavabdeh tərəfindən zəbt edilmiş kimi qəbul edilməsini xahiş etsə də, bu tələbininin dəəsaslı olmasına dair məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Res-pub-li--ka-sı Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ümumiyyətlə, iddiaçı tərəf izahatlarında da qeyri-müəyyənliyə yol verərək, gah cavabdehin zəbt etdiyi sahənin ona məxsus çıxarışda göstərilmiş0,12 ha torpaq sahəsinə aid olduğunu, əslində DƏDRX-in əməkdaşlarından narazı olduğunu, onların planı düzgün tərtib etmədiklərini, gah da cavabdehin 0,78 ha torpaq sahəsinə gediş-gəliş yolunu zəbt etdiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan və mötəbər sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və AzərbaycanRespublikası MülkiProsessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı cavabdehin zəbt olunmuş həyətyanı torpaq sahəsindən çıxarılma və maddi ziyan tələbi barədə iddiası təmin edilməsin. Mütəxəssis rəyinin verilməsinə dair çəkilmiş xərc-67 (altmış yeddi) manat, 20 (iyirmi) qəpik pul İddiaçı tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriləbilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar