Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-292/2020 16.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Rəşad Şahsevər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, xx xxx 1977-ci il tarixdə anadan olmuş mərhum qardaşı X1 ölüm faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, atası X6 və mərhum anası X7 xx xxxxxx 1964-cü il tarixdə rəsmi nikah qeydindən keçməklə ailə həyati qurmuşlar. Qeyd olunan nikahdan xx xxxxxx 1969-cu il təvəllüdlü X8, xx xxxxxxxx 1964-cü il təvəllüdül X2, xx.xx.1972-ci il təvəllüdlü X9, xx.xx.1975-ci il təvəllüdlü X5 və xx.xx.1977-ci il təvəllüdlü X10 adlı qardaş və bacıları dünyaya gəlmişdir. 1977-ci ildə qardaşı Vahid Əskərov 5 və ya 6 aylığında xəstəlik səbəbi ilə dünyasını dəyişmiş, ancaq qardaşı Vahid Əskərovun doğum haqqında və ölüm haqqında şəhadətnamələrini almaq üçün müəyyən olunmuş qaydada və müddətdə müvafiq orqanlara müraciət edə bilməmişdir. Sonradan müraciət etdikdə isə onlara qardaşının ölümünü təsdiq edən “Ölüm haqqında tibbi şəhadətnamə” təqdim edilmədiyindən qardaşı Vahid Əskərova ölüm haqqında şəhadətnaməni verə bilmədiklərini və yalnız məhkəməyə müraciət etməli olmalarını bildirilmişlər. Qeyd olunan faktın məhkəmə qaydasında müəyyən eilməsi ona sosial müdafiə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar lazımdır. Ölüm qeydinin başqa formada bərpası mümkün olmadığından hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, anası Qənifə Əskərova öldüyündən onların ümumi birgə mülkiyyətidə olan paylarının vərəsələrinə keçməsi üçün qeydiyyat orqanına müraciət etmişlər və müəyyən olunmuşdur ki, 1977-ci ildə doğulmuş və elə həmin ilin oktyabr ayında ölmüş qardaşı Vahid Əskərova ölüm haqqında şəhadətnamə verilməmişdir. Bu səbəbdən notariat kontoruna müraciət etmələri mümkünsüz olmuşdur. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Yevlax şəhər qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Şahid X11 bildirmişdir ki, Ərizəçi atası Abdulla Əskərovu bir həmkəndlisi kimi uzun müddətdir tanıyır. Belə ki, Abdulla Əskərovun və onun mərhum arvadı Qənifənin birgə nikahlarından 1977-ci ildə bir oğlan uşaqları doğulmuşdur. Təxminən 5-6 aydan sonra həmin uşaq ölmüşdür. Şahid X13 bildirmişdir ki, Ərizəçi onun mərhum bacısı Qənifə Əskərovanın oğludur. Bacısı Qənifənin 1977-ci ilin may ayında Vahid adlı oğlu olmuşdur. Ailəliklə heyvandarlıqla məşğul olduqlarından yay aylarında yaylağa getmişlər. Həmin ilin sentyabr ayında qışlaqdan qayıdan zaman yolda həmin uşaq ölmüşdür. Uşağı qaldıqları ərazidə dəfn etmişlər. Şahid X6 bildirmişdir ki, Sahil Əskərov onun oğludur. Onların ailəliklə ümumi birgə mülkiyyətlərində fərdi yaşayış evi və torpaq sahəsi vardır. X15 öldükdən sonra vərəsəliklə bağlı sənədləşmə aparılması zərurəti yaranmışdır. Bu zaman aydın olmuşdur ki, oğlu Vahid öləndən sonra bu barədə ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, Qənifə Əskərova ilə nikahlarından xx xxx 1977-ci il tarixdə bir oğlu doğulmuş, adını Vahid qoymuşlar. O doğulduqdan sonra ailəliklə heyvanları yaylağa aparmışlar. Təxminən sentyabr ayında geri dönən zaman oğlu Vahid xəstələnmiş və ölmüşdür. Onu elə qaldıqları yerə yaxın olan qəbirstanlıqda dəfn etmişlər. Maraqlı şəxs tərəfindən Sahil Əskərova ünvanlanmış məktubunda qeyd edilir ki, qardaşının ölüm faktı, yeri və vaxtı barədə tibbi şəhadətnamə təqdim edildikdən sonra ölüm haqqında şəhadətnamə verilə bilər. Nikah haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X6 və X3 nikahları xx xxxxxx 1964-cü il tarixdə qeydə alınmışdır. Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 4062 №-li arayışda qeyd edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində digərləri ilə yanaşı X4 xx xxxxxx 1969-cu il tarixdə, X1 xx xxx 1977-ci il tarixdə doğulması barədə məlumat aşkar edilmişdir. X25 Hakimiyyəti Başçısının Aran qəsəbə İnzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 1457 №-li arayışında qeyd olunur ki, X10 1977-ci ilin sentyabr ayında vəfat etmişdir. Hüquqların Dövlət qeyidyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən yaşayış evi, 0.10 ha torpaq sahəsi ilə birlikdə Ərizəçi, Abdulla Əskərov, Qənifə Əskərova və digərlərinin ümumi birgə mülkiyyətindədir. Ölüm haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X7 xx xxxxx 2019-cu il tarixdə ölmüşdür. Mülki Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.11 qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin qardaşı X11977-ci ilin sentyabr ayında ölməsi tam təsdiqini tapır, tibbi arayış verilmədiyindən ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz, bu faktın müəyyən edilməsi ərizəçiyə anası ilə ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlaka dair vərəsəliyin sənədləşdirilməsi üçün gərəkdir və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu faktı istisna edən hallar müəyyən edilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxx 1977-ci il tarixdə doğulmuş X1 1977-ci ilin sentyabr ayında ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-292/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-292/2020
16.01.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver