Məhkəmə qərarları › İş №2(039)-2946/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2946/2024

12.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2946/2024 12.12.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 , Ərizəçi iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mediasiya prosesi nəticəsində uşaqları Araz Məmmədovun və Ariz Məmmədovun saxlanılması üçün hər ay hər uşağa görə 235 manat alimentin ödənilməsinə dair Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təstiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəsini belə əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2005-ci ildə faktiki ailə qurmuş, xx.xx.2008-ci ildə Yevlax rayon qeydiyyat şöbəsində nikah bağlamışlar. Birgə yaşadıqları müddətdə xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğuna görə Maraqlı şəxs Qafar oğlu ilə 3 aydan çoxdur ki, faktiki ayrı yaşayırlar. Mediasiya prosesi nəticəsində Maraqlı şəxs Qafar oğlu ilə aralarında xx.xx.2024-cü ildə bağlanmış barışıq sazışinə əsasən o, yetkinlik yaşına çatmayan uşaqları Araz Məmmədovun və Ariz Məmmədovun saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat aliment hər ay 20-dən 30-a qədər ona ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs Qafar oğlu aralarında bağlanmış barışıq sazişini könüllü icra etməli olduğu halda alimenti tam şəkildə ona ödəmir. Ona görə də o, barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edir. Tərəflərin izahatları: Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Sübutlar: Mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin ikinci tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürərək ki, birgə nikahdan olan azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 yatkinlik yaşına çatanadək hər ay hər uşağa 235 manat olmaqla, ümumi 470 manat aliment birinci tərəf olan Ərizəçi kart vasitəsi ilə ödəyəcəkdir. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 409047 №li nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X1 arasında bağlanmış nikah 2008-ci ilin iyun ayının 14-cü günündə akt qeydləri kitabında 223 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada isə Məmmədova soyadı verilmişdir. AZ-İİ seriyalı 120065 nömrəli və AZ-İİİ seriyalı 071943 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü Araz və xx.xx.2013-cü il təvəllüdlü Ariz adlı uşaqları var. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Maddə 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Maddə 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmənin hüquqi mövqeyi: Tərəflərin arasında Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğundur, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmur və bu səbəbdən barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 355-25.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar