Məhkəmə qərarları › İş №2(039)-2960/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2960/2024

12.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2960/2024 12.12.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 , Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2017-ci təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuşdur. Münasibətləri pozulduğu üçün nikahın ləğvi ilə bağlı mediasiya şurasına müraciət etmişdir. Maraqlı şəxs ilə aralarında uşaqların yaşayış yeri və aliment ilə bağlı mediatorun iştirakı ilə barışıq sazişi imzalanmışdır. Aralarında mediatorun iştirakı ilə bağlamış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, hər iki tərəf aralarında bağlanmış, xx.xx.2013-cü il tarixli AZ-İ №-li 850195 saylı nikah vaxt vermədən pozulmasına razıdırlar. Birnci tərəf Ərizəçi öz üzərinə öhdəlik götürür ki, 2022-ci ilin noyabr ayından yığılan aliment borcunu hər ay davamlı şəkildə 100 manat ikinci tərəf Maraqlı şəxs əsas borcdan ödəcəyəkdir. İkinci tərəf X6 öz üzərinə öhdəlik götürür ki, azyaşlı uşaqları xx.xx.2017-ci təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 atası birinci tərəf olan Ərizəçi ilə bayram günləri, yay-qış tətil günlərində, ad günlərində qabaqcadan razılaşdırlmış qaydada həftədə iki gün qalmaq şərti ilə bərabər şəkildə olmaqla görüşünə icazə verdi. Hər iki tərəf qarşlıqlı razılığa gələrək barışıq sazişini imzalamışlar. Tərəflərin izahatları: Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat və ərizə verərək, hazırda həmin barışıq sazişinin aliment və uşaqlarla görüş hissəsinin təstiq edilməsini xahiş etmişdir.(bu barədə müvafiq ərizə təqdim etmişdir). Maraqlı şəxs məhkəmə baxışı zamanı ərizəni qəbul edərək, barışıq sazişinində göstərildiyi kimi uşaqların ərizəçi ilə görüşməyinə etiraz etmir. Uşaqları ataları ilə görüşməyi isdəmədiyi üçün görüş baş tutmamışdır. O, barışıq sazişində uşaqla ünsiyyət tələbinə dair barışıq sazişinin tələblərinə əməl etməyə və aliment borcunun azaldılması tələbində də barışıq sazişinin şərtləri ilə razıdır.(bu barədə müvafiq ərizə təqdim etmişdir). Sübutlar: Mediasiya prosesi nəticəsində Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə təflər arasında -

1. Birinci tərəf Ərizəçi öz üzərinə öhdəlik götürür ki, 2022-ci ilin noyabr ayından yığılan aliment borcunu hər ay davamlı şəkildə 100 (bir yüz) manat ikici tərəf Maraqlı şəxs əsas borcudan ödəcəyəkdir.

2. İkinci tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, azyaşlı uşaqları xx.xx.2017ci təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 atası birinci tərəf olan Ərizəçi ilə bayram günləri, yay-qış tətil günlərində ad günlərində, qabaqcadan razılaşdırılmış qaydada həfdədə iki gün qalmaq şərti ilə bərabər şəkildə olmaqla, görüşünə icazə verdi. Hüquqi məsələlər: Mülki Prosessua Məcəllə: Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Maddə 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Maddə 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Ailə Məcəlləsi: Maddə 21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmənin hüquqi mövqeyi: Tərəflərin arasında Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə qismən uyğundur, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar qismən müəyyən olunur. Beləki, barışıq sazişi ilə nikahın pozulmasına Ailə qanunvericiliyi yol vermir, habelə yaşayış hüququnun verilməsi isə 3-cü şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozur və bu səbəbdən barışıq sazişi tərəflərin birgə nikahdan olan övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödənilməsi və həmin uşaqların ataları ilə ünsiyyətdə olmaları hissəsində təsdiq edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 355-25.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin.

1. Ərizəçi xx.xx.2017-ci təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2022-ci ilin noyabr ayından yığılan aliment borcunu hər ay davamlı şəkildə 100 (bir yüz) manat Maraqlı şəxs əsas borcundan ödəsin.

2. xx.xx.2017-ci təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 atası birinci tərəf olan Ərizəçi ilə bayram günləri, yay-qış tətil günlərində ad günlərində, qabaqcadan razılaşdırılmış qaydada həfdədə iki gün qalmaq şərti ilə bərabər şəkildə olmaqla, görüşünə icazə verilməsi müəyyən edilsin. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar