Məhkəmə qərarları › İş №2(039)-2987/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2987/2023

06.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2987/2023 06.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 , Ərizəçi iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Səhman Yusifovu qeyd etməklə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, X6 ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini və barışıq sazişində göstərilənlərə əsasən xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Səhman Yusifovdan hər ay hər uşaq görə 100 manat olmaqla, cəmi 200 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəsini belə əsaslandırmışdır ki, o, X6 ilə aralarında olan nikahlarını xx.xx.2014-cü ildə Bakı şəhəri 3 saylı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 adlı iki uşaqları anadan olmuşdur. Bir müddət sonra cavabdeh ilə münasibətləri pozulmuşdur. Buna səbəb cavabdeh ilə xasiyyətinin uyğun olmamasıdır. Hal-hazırda cavabdeh ilə münasibətləri pozulmuş və nəticədə Mingəçevir şəhər Məhkəməsində nikahının pozulması barədə qətnamə qəbul edilmişdir. Aralarında olan xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 adlı uşaqları onun yanında qalmış və hər ay hər uşaq üçün yetkinlik yaşına çatana kimi saxlanılması üçün 100 manat olmaqla, cəmi 200 manat alimentin tutularaq ona verilməsi barədə razılığı gəlmişdir. Səhman Yusifov barışıq sazişinin könüllü icra etmək niyyəti olmamışdır. Halhazırda alimenti ödəməkdən imtina edir. Tərəflərin izahatları: Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Sübutlar: Mediasiya prosesi nəticəsində Ərizəçi və X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin “ikinci tərəf” birinci tərəfin qəyyumluğunda olan övladlarına hər uşaq üçün 100 manat olmaqla hər ay 200 manat məbləğində aliment ödəyəcəkdir. Aliment pulunu hər ay birinci tərəfə şəxsən ödəyəcəkdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1276/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, X2 ilə cavabdeh X6 arasında Bakı şəhəri 3 saylı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixdə bağlanmış nikah pozulmuş, nikah pozularkən tərəflərin birgə nikahlarından olmuş xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 adlı uşaqları onun himayəsində saxlanılmaları qət edilmişdir AZ-İİİ seriyalı 558312 nömrəli və AZ-İİİ seriyalı 373062 nömrəli doğum haqqında şəhadətnamələrinin sürətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 atası X6 anası Ərizəçidır. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Maddə 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Maddə 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmənin hüquqi mövqeyi: Tərəflərin arasında Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğundur, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmur və bu səbəbdən barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 355-25.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə X6 arasında bağlanmış barışıq sazişi təsdiq edilsin. X1 xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar