Məhkəmə qərarları › İş №2(039)-309/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-309/2024

06.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-309/2024 06.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, qardaşı X5 06 sentyabr 1972-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəni belə əsaslandırmışdır ki, 13 fevral 1972-ci il tarixdə qardaşı X2 şəhərində anadan olmuş və məlum olmayan xəstəlik səbəbindən 06 sentyabr 1972-ci il tarixdə yaşadıqları evdə vəfat etmiş və Yevlax şəhəri Dəvəçi qəbristanlığında dəfn edimişdir. Valideyinlərinin hüquqi savadsızlıq ucbatından mərhum qardaşı X5 ölümünü qeydiyyat orqanlarında qeyd etdirməmişdilər. Hazırda yaşayış mənzilinin ənədləşdirilməsi zərurəti ilə əlaqədar olaraq mərhum qardaşının ölüm şəhadətnaməsi tələb olunur. Mərhum qardaşı X5 ölümünü qeydiyyat orqanlarında qeydə alınmadığına görə hazırdamüəyyən hüquqlarını həyata keçirilməsində problemlər yaranmışdır. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmiş və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Sübutlar: X3 bildirmişdir ki, Ərizəçi onun əmisi Həbibin oğludur. Əmisinin 1972-ci ildə Həbib əmisinin bir Yalçın adlı oğlu doğulmuş, lakin çox yaşamamış, təxminən iki ya üç aydan sonra məlum olmayan xəstəlikdən yaşadıqları evdə ölmüş və Yevlax şəhəri Dəvəçi qəbristanlığında dəfn edimişdir. X4 bildirmişdir ki, Ərizəçi ailəsi 1970-ci illərdən onların qonşusudur. Təxminən 1972-ci ildə Ərizəçi Yalçın adlı qardaşı doğulmuş və bir neçə aydan sonra, ola bilsin ki, 06 sentyabr 1972-ci il tarixdə vəfat etmiş və Yevlax şəhəri Dəvəçi qəbristanlığında dəfn edimişdir. AZ ******* saylı doğum şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1969-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, atası X11, anası X6 olmuşdur. Maraqlı şəxs tərəfindən 13 iyul 2023-cü il tarixdə təqdim edilmiş arayışda qeyd olunur ki, X9 13 fevral 1972-ci il tarixdə Yevlax rayonunda doğulmuş, bu barədə 24-021972 saylı 110-№ li kitabında qeydiyyat aparılmış, atası X11, anası X1 qeyd edilmişdir Hüquqi məsələlər: Mülki-Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, 13 fevral 1972-ci il tarixdə Yevlax rayonunda doğulmuş X5 06 sentyabr 1972-ci il tarixdə ölməsi tam təsdiqini tapır, tibbi arayış verilmədiyindən ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz, bu faktın müəyyən edilməsi ərizəçiyə müəyyən mülki hüquqlarının həyata keçirilməsi ilə bağlı gərəkdir və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu faktı istisna edən hallar müəyyən edilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 13 fevral 1972-ci il tarixdə Yevlax rayonunda doğulmuş X5 06 sentyabr 1972-ci il tarixdə Yevlax şəhərində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar