Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-3157/2023 08.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 , Maraqlı şəxs iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mediasiya prosessində xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin ödənilməsi ilə əlaqədar onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəsini belə əsaslandırmışdır ki, o, həyat yoldaşı Maraqlı şəxs ilə mediasiya xidmətlərindən istifadə edərək, qarşılıqlı qaydada razılaşaraq azyaşlı uşaqları xx.xx.2012ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X9 onun himayəsində saxlanılmasını üçün hər ay hər uşağa 160 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı qarşılıqlı razılığa gəlmişdir. Bu barədə mediasiya şurasında barışıq sazişini imzalamışlar. Hər tərəf qarşılıqlı qaydada bu sazişi tərtib edərək razılaşdıq ki, hər ay hər uşağa 160 manat alimet məbləğini maraqlı şəxs uşaqlarına ödəyəcəkdir. Qeyd etdiyi hal imzalanmış barışıq sazişində öz həqiqi təstiqini tapmış, maraqlı şəxs sentyabr ayından etibarən uşağın alimentini ödəmir. Artıq sentyabr, oktyabr və noyabr ayının aliment məbləği ödəmədiyindən o, hazırki ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Bu gün uşaqları ilə bağlı ciddi çətinliklər çəkir. maraqlı şəxs işləyir, işi və qazancı var, Hər ay 800 manat əmək haqqı alır. Təstiq etdiyi sazişi icra etmir. Tərəflərin izahatları: Əvvəlki məhkəmə iclasında ərizəçinın nümayəndəsi və vəkili Fərhad Məmmədov məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə baxışı zamanı ərizəni qəbul edərək hər ay hər uşağa 160 manat olmaqla cəmi 480 manat aliment ödənilməsinə etirazı olmadığını bildirdi. Sübutlar: Mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1. İkinci tərəf Maraqlı şəxs öz üzərində öhdəlik götürür ki, birinci tərəf X2 yanında qalan övladları xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X9 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi hər ay hər uşağa 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində aliment ödənişi ödəməyə razıdır. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Maddə 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Maddə 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmənin hüquqi mövqeyi: Tərəflərin arasında Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğundur, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmur və bu səbəbdən barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 355-25.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs oğlu arasında bağlanmış barışıq sazişi təsdiq edilsin.
1. Maraqlı şəxs xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat (dörd yüz səksən) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Kamil Əliyev: