Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-373/2021 16.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək onun xx.xx.1994-ci tarixdə anadan olmuş mərhum övladı X2 xx.xx.2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarımasını xahiş etmişlər. Ərizə belə əsaslandırılmışdır ki, xx.xx.1991-ci il tarixdə anadan olmuş mərhum övladı X4 xəstəlik səbəbi ilə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ancaq, mərhum övladı X2 ölüm haqqında şəhadətnaməsini almaq üçün müəyyən olunmuş qaydada və müddətdə müvafiq orqanlara müraciət edə bilməmişlər. Sonradan müraciət etdikdə isə övladının ölümünü təsdiq edən “Ölüm haqqında tibbi şəhadətnamə” təqdim edilmədiyindən mərhum övladı X7ma ölüm haqqında şəhadətnamə verə bilmədiklərini və yalnız məhkəməyə müraciət etməli olduqlarını bildirmişdirlər. Ölüm qeydinin başqa formada bərpası mümkün olmadığından hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilən ölüm faktını şahidlər, ərizəyə əlavə etdiyi digər sənədlər də təsdiq edə bilər. Ərizəçi iclas zamanı ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. X1 bildirmişdir ki, ərizəçi X4 onun bacısı qızıdır. X10 uşaqlıqdan ruhi-əsəb xəstəsi olmuş, tez-tez epileptik tutmaları olmuşdur. Ruhi-əsəb xəstəliyi ilə bağlı dəfələrlə xəstəxanalarda müalicə almışdır. xx.xx.2020-ci il tarixdə günorta saatlarında yaşadığı evdə epileptik tutma səbəbindən dili qatlanaraq ölmüşdür. AZE 18754241 №-li Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 xx.xx.1991-ci il tarixdə doğulmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, X5 epileptik tutma səbəbindən yaşadığı evdə yıxılmış və xəstəxanaya aqonal vəziyyətdə gətirildikdən sonra ölmüşdür. Cinayət işinin başlanması cinayət hadisəsi müəyyən edilmədiyindən rədd edilmişdir. XİV-ЖГ 479652 №-li, Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 1991-ci il tarixdə Yevlax şəhərində doğulmuş, atası X9, anası Ərizəçidır. Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubunda qeyd edilir ki, atanızın ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra ölüm haqqında şəhadətnamə verilə bilər. Yevlax Rayon Mərkəzi X6 Şəxsi tərəfindən verilmiş arayışdan görünür ki, Yevlax şəhəri Sabir küçəsi 52 ünvanda qeydiyyatda olan xx xxxxxx 1991-ci il təvəllüdlü X4 xx xxxx 2020-ci i tarixdə saat 19:15-də ölü olaraq Yevlax RMX acil şöbəsinə gətirilmişdir. Mülki Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.11 qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin qızı X2 xx xxxx 2020-ci il tarixdə ölməsi tam təsdiqini tapır, tibbi arayış verilmədiyindən ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz, bu faktın müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamənin alınması üçün gərəkdir və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu faktı istisna edən hallar müəyyən edilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 1991-ci il tarixdə Yevlax şəhərində doğulmuş X2 xx xxxx 2020-ci il tarixdə Yevlax şəhərində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-373/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-373/2021
16.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver