Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-388/2022 16.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yevlax rayon Qeydiyyat şöbəsinə qarşı «şəxsin vəfat etməsi faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Yevlax rayon Qeydiyyat Şöbəsinə qarşı «şəxsin vəfat etməsi faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, atası mərhum X6 02 iyul 2017-ci ildə Yevlax şəhərində vəfat etməsi faktının təstiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, mərhum atası X8 15 fevral 1925-ci ildə anadan olmuş, 02 iyul 2017-ci ildə Yevlax şəhərində vəfat etmiş və Qazax rayonu Aslanbəyli kənd qəbristanlığında dəfn edilmişdir. Lakin səhlənkarlıq ucbatından atasına ölüm şəhadətnaməsi almamışdır. Hazırda da Yevlax rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Atasının ölümü haqqında şəhadətnaməsinin olmamasına görə miras qalmış əmlaka vərəsəlik açılması mümkün olmamışdır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Yevlax rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Yevlax rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən Hüseynov Vaqif Bəxtiyar oğlu ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Ərizəçinin atası Abbas 02 iyul 2017-ci ildə vəfat etmişdir. Bir qohum kimi yasda iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Ərizəçinin atası 02 iyul 2017-ci il tarixdə vəfat etmişdir. Yas və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən 28 dekabr 2021-ci il tarixdə verilmiş, 2842 saylı məktubundan məlum olur ki, X6 ölümü haqqında şəhadətnamə mərhumun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra verilə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 21 oktyabr 1964-ci il tarixli A3 738512 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1964-cü il tarixdə anadan olmuş, atası X8, anası Abbasova Nadeжda Andrevnadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Qazax ŞİHB-nın Aslanbəyli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən 22 dekabr 2021-ci il tarixdə verilmiş 11-21/674 saylı arayışdan görünür ki, X1 qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin atası X8 02 iyul 2017-ci il tarixdə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Hazırda ərizəçinin sosial hüquqlarının həyata keçirməsi üçün atasının ölümü barədə şəhadətnamə tələb olunur. Ölümün başqa qaydada təsdiq edilməsi mümkün deyil. Məhkəmə belə hesab edir ki, X6 02 iyul 2017-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X6 02 iyul 2017-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X3 Qeydiyyat orqanlarında ölüm faktının qeydi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-388/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-388/2022
16.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver