Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-389/2022 11.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Abşeron rayon Mərkəzi Xəstəxanasına və Maraqlı şəxs1nə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxslər Abşeron rayon Mərkəzi Xəstəxanasına və Maraqlı şəxs1nə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 11.06.1986-ci il tarixdə Yevlax şəhərində anadan olmuş X4 19 sentyabr 2021-ci il tarixdə Abşeron rayon Mərkəzi Xəstəxanasına aparılan zaman ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, 11.06.1986-ci il təvəllüdlü həyat yoldaşı X3 şəhəri C.Cabbarlı küçəsi ev 3, mənzil 14 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayon, Quşçuluq massivi H.Z,Tağıyev küçəsi fərdi ev ünvanında yaşamışdır. Həyat yoldaşı X1 xoşagəlməz hər hansı bir xəstəlik müşahidə olunmamışdır. Lakin 19.09.2021-ci il tarixdə həyat yoldaşı Xırdalan şəhəri ərazisində H.Əliyev prospektində avtomabildə olan vaxt özünü pis hiss edərək avtomobilindən yerə düşmək, ətrafda olan şəxslər köməklik etməyə çalışsalar da daha da vəziyyəti pisləşmişdir. Dəfələrlə təcilli tibbi yardıma zəng olunsa da gəlib vaxtında çatmamışlar. Oraya gələn qardaşı Şahid1 onu Abşeron rayon Mərkəzi Xəstəxanasına çatdırmış, ancaq Xəstaxanada həkimlər onun həyatını xilas edə bilməmiş və onun vəfat etməsi barədə xəbər almışdır. Abşeron rayon Mərkəzi Xəstəxanasına müraciət etsə, də həyat yoldaşının ölüm haqqında tibbi şəhadətnaməsini ala bilməmişdir. Həyat yoldaşı X4 ölüm haqqında şəhadətnaməsini almaq üçün müəyyən olunmuş qaydada müvafiq orqanlara müraciət edə bilməmişdir. Hazırda da Maraqlı şəxs1nə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxslər Abşeron rayon Mərkəzi Xəstəxanasına və Maraqlı şəxs1nə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxslər Abşeron rayon Mərkəzi Xəstəxanasının və Maraqlı şəxs1 nümayəndələrinin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs1 20 oktyabr 2021-ci il tarixli 05/Q-1497/15 saylı məktubundan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Abşeron rayon Mərkəzi Xəstəxanasının 08 oktyabr 2021-ci il tarixli 1363 saylı məktubundan görünür ki, E.Məmmədovun ölümünün baş vermə səbəbi məlum olmadığından onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəfindən verilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Bərdə regional “ASANxidmət mərkəzi tərəfindən 31 avqust 2017-ci il tarixdə verilmiş AZE seriyalı, 16989029 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 11 iyun 1986-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 25 avqust 2017-ci il tarixli AZ-İİ 208927 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 ilə Ərizəçi arasında 25 avqust 2017-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Abşeron rayon Mərkəzi Xəstəxanasının 11 aprel 2022-ci il tarixli 624 saylı məktubundan görünür ki, 1986-ci il təvəllüdlü X5 19 sentyabr 2021-ci il tarixdə saat 21:20 radələrində xəstəxanaya öldükdən sonra gətirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Abşeron Rayonu Masazır Bələdiyyəsi tərəfindən 12 noyabr 2021-ci il tarixli 202A saylı arayışdan görünür ki, Ərizəçi mərhum həyat yoldaşı X5 20.09.2021-ci il tarixində Mazazır kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin həyat yoldaşı X5 19 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Hazırda ərizəçinin sosial hüquqlarının həyata keçirməsi üçün həyat yoldaşının ölümü barədə şəhadətnamə tələb olunur. Ölümün başqa qaydada təsdiq edilməsi mümkün deyil. Məhkəmə belə hesab edir ki, X4 19 sentyabr 2021-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X4 19 sentyabr 2021-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X2 Qeydiyyat orqanlarında ölüm faktının qeydi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-389/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-389/2022
11.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver