Məhkəmə qərarları › İş №2(039)-402/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-402/2020

05.02.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-402/2020 05.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X2 xx xxxxxx 1986-cı il tarixdə Yevlax şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, mərhum qardaşı X3 xx xxxxxx 1986-cı il tarixdə Yevlax şəhərində vəfat etmişdir. Hüquqi savadsızlıq ucbatından mərhum qardaşı X1 ölümünü qeydiyyat orqanında qeyd etdirməmişdir. Qardaşının ölüm haqqında şəhadətnaməsinin olmaması ona atasından miras qalan əmlak ilə bağlı hüquqlarını həyata keçirilməsinə mane olur. Qardaşının ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməsini bildirmişlər. Həmin əmlakın sənədlərini öz adına sənədləşdirmək üçün notariusa müraciət etmiş, lakin notariat kontorunda ona bildirdirmişlər ki, mərhum qardaşı X1 həmin sənədlərdə qeydiyyatdadır və bu səbəbdəndə onun tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşıdır. Onun qardaşı X2 xx xxxxxx 1986-cı ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşıdır. Onun qardaşı X2 xx xxxxxx 1986-cı ildə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş, 4297 saylı məktubundan məlum olur ki, Ərizəçi X1 ölümü haqqında şəhadətnamə mərhumun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra verilə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax RPŞ tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş, AZE ******* saylı, şəxsiyyət vəsiqənin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxxx 1966-cı ildə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri F.İsayev küçəsi ev 54-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 3 saylı sahə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki, Ərizəçi Yevlax şəhəri F.İsayev küçəsi ev 54-də yaşayır. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X2 xx xxxxxx 1986-cı il tarixdə vəfat etmişdir. Məhkəmə belə hesab edir ki, X1 xx xxxxxx 1986-cı il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X1 xx xxxxxx 1986-cı il tarixdə ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar