Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-405/2025 14.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair və məhkəmə məsrəflərinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair və məhkəmə məsrəflərinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəyəri 1870 (bir min səkkiz yüz yetmiş) manat olan, 17 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan badam formalı qızıl sırğa – üzük dəstinin və ya həmin əmlak olmadıqda onun dəyərinin, dəyəri 4400 (dörd min dörd yüz) manat olan 40 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan mafioz qızıl sepin və ya həmin əmlak olmadıqda onun dəyərinin, dəyəri 660 (altı yüz altmış) manat olan 6 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan tək qaşlı üzüyün və ya həmin əmlak olmadıqda onun dəyərinin, dəyəri 990 (doqquz yüz doxsan) manat olan 6 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan gül formalı qızıl nişan üzüyünün və ya həmin əmlak olmadıqda onun dəyərinin, dəyəri 550 (beş yüz əlli) manat olan 5 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan gül formalı qızıl üzüyün və ya həmin əmlak olmadıqda onun dəyərinin, məhkəmə məsrəflərini təşkil edən 50 (əlli) manat mediasiya rüsumunun və 104 (bir yüz dörd) manat dövlət rüsumu məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilə faktik nikah münasibətinə girməklə ailə həyatı qurmuş, xx.xx.2011-ci il tarixdə isə nikahları rəsmiləşdirilmişdir. Birgə nikahdan iki övladları var: xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3. Cavabdeh ilə onun arasında olan rəsmi nikahın pozulması, uşaqların onun yanında qalmasının müəyyən edilməsi və cavabdehin aliment öhdəliklərinin yaranması ilə bağlı xx.xx.2023-cüil tarixli Yevlax Rayon Məhkəməsinin qətnaməsi artıq qanuni qüvvəsini almışdır. İddiaçının cavabdehə qarşı qızıl-zinət əşyaları tələbini irəli sürmüşdür. Belə ki, cehiz əşyalarını götürən zaman qızıllarını tələb etməyinə baxmayaraq qızılları ona qaytarılmamış(bununla bağlı şahidləri məhkəmədə izahat verəcəklər). Lakin, o, ötən müddət ərzində, yenə də cavabdehə dəfələrlə sifarişlər göndərərək qızıllarının qaytarılmasını tələb etmişdir. Tələblərinə qarşı cavabdeh tam laqeydlik göstərdiyindən o, məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Cavabdeh təlb etdiyi qızıl-zinət əşyalarının siyahısı və qiyməti aşağıdakı kimidir: badam formalı qızıl sırğa – üzük dəsti – 17 qram çəkidə. 585 əyarlı Rusiya istehsalı, qiyməti 1870 (min səkkiz yüz yetmiş) manat, mafioz qızıl sep – 40 qram çəkidə 585 əyarlı Rusiya istehsalı, qiyməti 4400 (dörd min dörd yüz) manat, tək qaşlı qızıl üzük - 6 qram çəkidə. 585 əyarlı Rusiya istehsalı, qiyməti 660 (altı yüz altmış) manat, gül formalı nişan üzüyü - 9 qram çəkidə. 585 əyarlı Rusiya istehsalı, qiyməti 990 (altı yüz altmış) manat, gül formalı üzük - 5 qram çəkidə. 585 əyarlı Rusiya istehsalı, qiyməti 550 (beş yüz əlli) manat. Qeyd edir ki, iddia tələbinin predmetini təşkil edən qızıl-zinət əşyalarının hər biri cavabdehin ailəsi tərəfindən ona toy hədiyyəsi olaraq bağışlanmışdır, o cümlədən iddiaçının ayrıca xüsusi mülkiyyətində olmuşdur. Cavabdeh iddia ərizəsinin predmeti olan 5 adda qızıl əşyalarını ondan icazəsiz girov qoyub pul götürmüş və götürdüyü pul məbləğini borclarına ödəmişdir. onu da məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdehin həmişə mənbəyi məlum olmayan borcları olurdu və onların ailəsi də bu kimi səbəblərdən dağılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, cavabdeh iddia ərizəsində göstərilə 5 adda qızıl zinət əşyalarını ondan icazəsiz girov qoyub pul götürmüş və götürdüyü pul məbləğini borclarına ödəmişdir. Cavabdeh əvvələr bir neçə dəfə qızıl-zinət əşyalarını girov qoyub pul götürən zaman onun məlumatı olsa da, sonuncu dəfə isə sonradan qızılların girov qoyub pul götürdüyündən məlumatı olmuşdur. Onun cavabdehlə ayrılma səbəbi sonuncunun rəsmi işləsə də evinə, övladlarına baxmaması olmuşdur. O, cavabdehlə birgə nikah dövründə bir fərdi yaşayış evində yaşamışlar, həmin həyətdə digər fərdi yaşayış evi də olmuşdur ki, orada da qayınatası və qayınanası yaşamışlar. Məhz qızıl-zinət əşyaları da qayınanası və qayınatasına məxsus həmin fərdi yaşayış evində saxlanmışdır. Daimi üzərində olan 2 qızıl zinət əşyalarını nikah pozulduqdan sonra özü ilə aparmışdır. Sözügedən iddia ərizəsində də həmin əşyalar göstərilməmişdir. O, 25 yanvar 2025-ci il tarixdə ər evindən çıxmış və daha sonra cehiz əşyalarını götürməyə gedən zaman ona bildirmişlər ki, qızıl-zinət əşyaları yoxdur. Daha sonra da məlumatı olmuşdur ki, keçmiş əri tərəfindən qızıllar banka girov qoyulub pul götürülmüşdür. Verilmiş suala cavab olaraq bildirdi ki, qızıllar onda olmamışdır. Uzun müddətdə bu tələblə məhkəməyə muraciət etməməsinə səbəb isə qızılları girovdan çıxarıldıqdan sonra ona geri qaytarılması gümanı olmuşdur. Qızıllar onun iştirakı ilə satılmamışdır və satılmasından da məlumatı olmamışdır. Cavabdeh onun razılığı ilə qızılın girov qoyulmasını və yaxud da satılmasını əsaslandıra bilməz. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, qızılların olduğunu inkar etmir. Sözügedən qızıllar birgə nikah dövründə iddiaçının razılığı ilə banka qoyulub pul götürülmüşdür. Belə ki, iddiaçıyla birlikdə qızıllar “AccesBank”ın Mingəçevir filialına girov qoyularaq pul götürülmüşdür. Bu səbəbdən də iddiaçı qızılların girovda olmasından məlumatlı olmuşdur. Qızıllar girov qoyulduqdan bir müddət sonra maddi vəziyyətlə bağlı kredit ödənişlərini ödəməkdə çətinlik çəkmişlər və bankın nümayəndəsi, Natiq adlı şəxslə əlaqə saxlamış və qızılların bankda daha ucuz qiymətləndirilməməsi üçün kömək etməsini xahiş etmişdir. Daha sonra Natiq adlı şəxsin köməkliyi ilə iddiaçıyla birgə qızılların saxlandığı “AccesBank”ın Gəncə ofisinə getmişlər və oradan qızılları götürüb satmışlar. Satılan qızılların məbləği ilə banka borclu olduğu məbləği bağlamışlar. Kredit borcunu bağladıqdan sonra 170-180 manat artıq qalmışdır. Həmin pula da evə bazarlıq etmişlər. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, göstərdiyi halları, yəni iddiaçının razılığını ifadə edən imzalı sənədləri məhkəməyə gətirəcəyini bildirsə də, “AccesBank”ın Mingəçevir filialına getmiş, filalın yerində lombard fəaliyyət göstərdiyini görmüşdür. Orada işləyən şəxslərdən Natiq adlı şəxsin mobil nömrəsini istəmiş, lakin orada işləyən işçi “AccesBank”la müqavilələri bitdiyi üçün əlaqə nömrələri verə bilməmişlər. Bu səbəbdən də sübutu təqdim edə bilməmiş, başqa sübut da təqdim edə bilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə mediasiyada baxılması üçün 50 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödənilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax 1 X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞY/MT034/2024-00361 nömrəli arayışdan görünür ki, İddiaçı “əmlak” tələbi ilə mediasiyaya müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 noyabr 2023-cü il tarixli AZ-İ 467171 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mingəçevir şəhəri "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 87 nömrəli rəydən görünür ki, badam formalı sırqa-üzük dəsti – 17 qr.çəkidə, 585 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 110 manat olmaqla 17 qr.çəkidə olan qızılın qiyməti – 1870 (min səkkiz yüz yetmiş) manat, mafioz sep – 40 qram qr.çəkidə, 585 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 110 manat olmaqla 40 qr.çəkidə olan qızılın qiyməti 4400 (dörd min dörd yüz) manat, tək qaşlı üzük - 6 qr.çəkidə, 585 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 110 manat olmaqla 6 qr.çəkidə olan qızılın qiyməti 660 (altı yüz altmış) manat, gül formalı nişan üzüyü 9 qr.çəkidə, 585 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 110 manat olmaqla 9 qr.çəkidə olan qızılın qiyməti 990 (doqquz yüz doxsan) manat, gül formalı üzük - 5 qr.çəkidə, 585 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 110 manat olmaqla 5 qr.çəkidə olan qızılın qiyməti 550 (beş yüz əlli) manat, ümumilikdə 8470 (səkkiz min dörd yüz yetmiş) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı işə Yevlax Rayon Məhkəməsində baxılması üçün 104.40 (bir yüz dörd manat, qırx) manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, İddiaçı toy mərasimində qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 29.3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqları və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. İddiaçı ailə qurduqdan sonra Yevlax rayonunun Aran qəsəbəsinə Cavabdeh məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçıya badam formalı qızıl sırğa-üzük, mafioz qızıl sep, tək qaşlı qızıl üzük, gül formalı qızıl nişan üzüyü, gül formalı qızıl üzükdən ibarət qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, qızılzinət əşyaları cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Qızıl–zinət əşyaları cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda həmin qızıl-zinət əşyalarının dəyəri olan 8470 manat cavabdehdən tutularaq iddiaçı verilməlidir. Məhkəmə bu qənaətə gələrkən iddia tələbində olan qızılların birgə nikah dövründə mövcudluğu barədə izahatını, həmçinin qızıl-zinət əşyalarının birgə yaşayış meyarı üçün satılmadığını nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, cavabdeh qızılların satılmasında iddiaçının razılığını ifadə edən imzalı sənədlərin olduğunu və məhkəməyə təqdim edəcəyini bildirsə də, həmin sübutları təqdim edə bilməmiş, bundan başqa məhkəmə araşdırması zamanı cavabdeh ziddiyətli izahatlar vermişdir ki, bu hallar da iddiaçının xeyrinə həll olunması üçün əsasdır. Sübutetmə yükünün bölüşdürülməsi baxımından hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh qızıl-zinət əşyalarının birgə satılmasını sübut etmək məhz cavabdehin üzərinə düşür. Hazırki halda isə, cavabdeh bu barədə sübut təqdim etməmişdir. Bu barədə sübutun yer almaması izahatının sübut edilməməsi anlamına gəlir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə mediasiyada baxılması üçün 50 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı işə Yevlax Rayon Məhkəməsində baxılması üçün 104 (bir yüz dörd) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün cavabdehdən 154 (50+104) manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 17 qram çəkidə 585 əyarlı, Rusiya istehsalı olan badam formalı qızıl sırğa-üzük dəsti – dəyəri 1870 manat, 40 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan mafioz qızıl sepin – dəyəri 4400 manat, 6 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan tək qaşlı üzük – dəyəri 660 manat, 6 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan gül formalı qızıl nişan üzük – dəyəri 990 manat, 5 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan gül formalı qızıl üzük – dəyəri 550 manatdan ibarət qızıl-zinət əşyaları alınaraq İddiaçı verilsin. (Qızıl–zinət əşyaları cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda həmin qızıl-zinət əşyalarının cəmi dəyəri olan 8470 manat cavabdehdən tutularaq iddiaçı verilməlidir. İddia tələbi təmin edildiyi üçün Cavabdeh 154 (yüz əlli dörd) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-405/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-405/2025
14.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver