Məhkəmə qərarları › İş №2(039)-407/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-407/2020

06.02.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-407/2020 06.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum qızı x1 20.09.1999-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, x4 onun övladı olmuşdur. x4 04 sentyabr 1986-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, 20 sentyabr 1999-cu il tarixdə Yevlax şəhərində vəfat etmiş və Yevlax rayonu Dəlləklər kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Mərhum qızı x1 ölümü qeydiyyat orqanında qeyd edilməmişdir. Həyat yoldaşı Xəlilova Solmaz Göyüş qızına əmək pensiyası təyin olunması zərurəti ilə əlaqədar olaraq məhrum övladı x1 ölüm şəhadətnaməsi tələb olunur. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Qeyd olunan faktı başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 26.12.2019-cu il tarixli 4362 №li məktubda x2 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 04.11.1986-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, 04.09.1986-cı il təvəllüdlü x1 atası Xəlilov Ərizəçi Solmaz Göyüş qızıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məmmədov Murad Göyüş oğlu və x3 ifadələrində ərizəçinin qonşusu və dostu olduqlarını, x1 1999-cu ildə öldüyünü və Yevlax rayonu, Dəlləklər kənd qəbristanlığında dəfn olduğunu bildirdilər. İş materiallarında olan Yevlax şəhər İcra Hakimiyyəti 19 nömrəli Evlər Komitəsinin 25.12.2019-cu il tarixli arayışından görünür ki, 04.09.1986-cı il təvəllüdlü x4 20.09.1999-cu il tarixdə vəfat etmişdir. Beləliklə də, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçinin 04.09.1986-cı il təvəllüdlü qızı 20 sentyabr 1999-cu ildə Yevlax şəhərində vəfat etmişdir. Bununla bağlı tibbi sənəd mövcud olmadığından ərizəçi övladının adına “ölüm haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin övladının yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04 sentyabr 1986-cıildə Yevlax şəhərində doğulmuş x1 20 sentyabr 1999-cu il tarixində Yevlax şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar