Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-435/2021 22.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçılar İddiaçı və X2 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2nun iştirakı ilə İddiaçılar İddiaçı və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul və əmlak» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul və əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 3200 manat olan mebel əşyalarının ona aid olan 1600 manat pul məbləğinin Cavabdeh2 alınaraq X3 verilməsi və 2500 manat dəyərində olan qızıl zinyət əşyalarının İddiaçı qalması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini müdafiə edərək izah etdi ki, o, xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh1 ilə ailə həyatı qurmaq məqsədi ilə toy etmişdir. O, 2020-ci ilin yanvar ayın əvvəlində yonca sahəsini suladığı vaxt güclü soyuqlamadan xəstələnərək bir müddət yataq şəraitində müalicə olurdu. Təssüf ki, həmin soyuqlamanın nəticəsində onda ailə münasibətlərinin korlanmasına səbəb olan xəstəlik yarandı. Bununla bağlı həkimə müraciət etdikdə, həkimin bu xəstəliyin sağala bilən xəstəlik olduğunu bildirdi. Cavabdeh1 nənəsi Nurəddinova Sima ailə qanunvericiliyinin tələblərini pozaraq, ailəsinin işinə müdaxilə edərək və ona valideyinlərinin yanında ağır təhqiredici ifadələr işlədərək arvadını zorla evindən aparmışdır. Halbu ki, yeni qurduqları ailəsinin dağılmaması üçün o başına gələn belə bir xəstəliyin səbirlə arvadı göstərdiyi məhəbbət və hörmət hissiləri ilə ona dəstək olaraq müalicə olunurdu və ailənin dağılmaması üçün mübarizə aparırdılar. Alınmış mebel əmlakı hazırki cavabdeh ilə ona hədiyyə edilərək ümumi mülkiyyətlərinə verilmişdir. Həmin əmlakın alınması üçün ödənilmiş pul vəsaiti valideyinləri arasında müəyyənləşdirildiyindən sözügedən cehizlik əmlak üzərində tərəflərin payları da xərclənən vəsaitə münasibətdə müəyyən edilmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. X1 iddia tələblərini müdafiə edərək izah etdi ki, İddiaçı atasıdır. Hazırki iş üzrə Cavabdeh1 Yevlax rayon Məhkəməsində əmlak tələbi barədə iddia ərizəsində qeyd etdiyi cehiz əşyaları olan mebel əşyalarının 50 % miqdarı onun vəsaiti hesabına alınmışdır. Belə ki, həmin əşyaları o və Cavabdeh1 atası yəni iş üzrə Cavabdeh2 ilə birgə pul ödəyərək almışlar. Həmin əmlakın alınmasında o Cavabdeh2 1600 manatdan artıq pul ödəmişdir. O, hazırda Cavabdeh2 nəğd şəkildə ödədiyi pul məbləğini tələb edir. X1 məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 iddianı qəbul etməyərək izah etdi ki, X4 ilə ailə qurmuşlar. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Toy zamanı ona oğlan evi tərəfindən qızıl və valideyinləri tərəfindən cehiz əmlakları hədiyyə olunmuşdur. Hazırda iddiaçılar tələb etdikləri qızılları iddiaçılar ona qaytarmaqdan imtina edirlər. Oğlan evində qalan əmlaklarının alınması barədə məhkəmədə iddia qaldırmışdır. Mebeli isə nənəsi öz vəsaiti hesabına toy zamanı ona hədiyyə almışdır. Cavabdeh1 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 iddianı qəbul etməyərək izah etdi ki, qızı Aytəkinlə Fuad ailəli olmuşlar. Fuad xəstə olduğundan ailə münasibətləri baş tutmamışdır. Toy zamanı qızına iddiaçılar tərəfindən qızıllar hədiyyə olunmuşdur. Həmçinin onlar tərəfindən cehiz əşyaları da hədiyyə olunmuşdur. Anası tərəfindən də, qızına mebel hədiyyə olunmuşdur. Ona Polad nə mebel üçün, nə də başqa məqsədlə pul verməmişdir. Cavabdeh2 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA0427387 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X4 xx xxxxx 1969-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən məlum olur ki, X4 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 evlənmişlər. Toy zamanı Cavabdeh1 qızıl və cehiz əşyları hədiyyə olunmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. İddiaçılar ailə baş tutmadığından və mebelin alınmasına cavabdehlərə 1600 manat pul verildiyini iddia edərək, pul və əmlak tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər iddianı qəbul etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı və X4 tərəfindən cavabdehə pulun verilməsinə dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən və qızıl və cehiz əşyaları Cavabdeh1 hədiyyə olunduğundan iddia təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ : İddiaçılar İddiaçı və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul və əmlak» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-435/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-435/2021
22.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver