Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-46/2024 23.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə onun nikahları dövründə əldə edilmiş **-TV-*** dövlət qeydiyyat nişanlı xx.xx.2021-ci il tarixində qeydiyyata alınmış, “Opel Astra” markalı avtomobilin dəyərinin - 10000 məbləğində pulun yarısını 5000 manat məbləğində pulun alınıb ona verilməsinə, birgə nikah dövründə əldə edilmiş Yevlax rayonu Ağqıraq kəndində yerləşən cavabdehin mülkiyyətində olan xx.xx.2022-ci il tarixində ********** nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış 9,74 ha torpaq sahəsinin ½ hissədə mülkiyyət hüququnun tanınmasına və həmin hissədə payın müəyyən edilməsinə, Yevlax şəhəri M.Ə.Rəsulzadə küçəsi 36 saylı fərdi yaşayış evinin yerləşdiyi 0,05 ha torpaq sahəsinə dair JN-6824A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumbirgə mülkiyyətdə olan torpaq sahəsin ¼ hissədə payın müəyyən edilməsini, o cümlədən Yevlax şəhəri M.Ə.Rəsulzadə küçəsi 36 saylı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, hazırda cavabdeh ilə barışdığını bu səbəbdən iddia ərizəsinə əlavə olunmuş sənədləri baxılmadan geri qaytatılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sisteminə əlavə edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının ərizəsi ilə tanış olduğunu və icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamş saxlanılmalı və bu səbəbdən xx.xx.2023-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş 123 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; İddia ərizəsi baxılmamış saxlanlanıldığından ödənilmiş dövlət rüsumu olaraq iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 114.1.5, 259.0.6, 263, 264 və 267-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş 123 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-46/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-46/2024
23.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver