Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-471/2020 25.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, qaynı X21 xx.xx.2005-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, həyat yaldaşı X10 xx xxxx 2019-cu il tarixdə, qaynı X14 xx xxxx 2005-ci il tarixdə və qaynatası X6 xx xxxxxx 2006-ci il tarixdə Yevlax şəhərində vəfat etmişlər, məhrum X2 rayonu Yuxarı Qarxun kənd qəbristanlığında dəfn edilmişdir. Mərhum qaynı X8 ölümü qeydiyyat orqanında qeydə alınmamışdır. Mərhum əri X4 və mərhum qaynatası X1 miras qalmış əmlaka vərəsəlik işi açılması zərurəti ilə əlaqədar olaraq notariat ofisi tərəfindən qaynı X8 ölüm şəhadətnaməsi tələb olunur. Qeyd olunan faktı başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən X11 ünvanlanmış xx.xx.2019-cu il tarixli 4030 №li məktubda X8 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 3969 nömrəli arayışdan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X8 atası X5, anası X18. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 3962 nömrəli arayışdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X7 atası X5, anası X18. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx xxxxxxx 2019-cu il tarixli, 2386/1 №li arayışdan görünür ki, X10 ilə Ərizəçi arasında bağlanmış nikah 1990-ci ilin may ayının 22-ci günündə Maraqlı şəxs akt qeydləri kitabında 170 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada isə Hüseynova soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2836 nömrəli arayışdan görünür ki, X6 xx xxxxxx 2006-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 283/2 nömrəli arayışdan görünür ki, X10 xx xxxx 2019-cu il tarxdə vəfat etmişdir. İş materiallarında olan 7 saylı Evlər Komirəsi tərəfindən verilmiş arayışdan görünür ki, X14 xx.xx.2005-ci il tarixdə Yevlax şəhərində vəfat etmiş və Yevlax rayonu, Yuxarı Qarxun kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 536 nömrəli arayışdan görünür ki,xx.xx.1936-ci il tarixdə Yevlax rayonunda anadan olmuş mərhum X6 və ailə üzvləri kimi həyat yoldaşı X23, oğlu X10 və oğlu X14 “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxslər dair yoxlama xx.xx.2020-ci ilədək aparılmış və məlumatlar aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16, X3 və X15 ifadələrində ərizəçinin qonşuları olduqlarını, X8 xx xxxx 2005-ci ildə Yevlax şəhərində öldüyünü və Yuxarı Qarxun kənd qəbristanlığında dəfn olunduğunu bildirdilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ciildə Yevlax şəhərində, doğulmuş X8 xx xxxx 2005-ci il tarixdə Yevlax şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-471/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-471/2020
25.02.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver