Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-481/2025 07.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlu, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “ölümün səbəbinin müəyyən edilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, mərhum oğlu X2 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli 146 saylı ölüm haqqında akt qeydində ölümün səbəbinin “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən” vəfat etməsi səbəbinə düzəlişin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində tələbini onunla əsaslandırmışdır ki, mərhum oğlu X1 Qarabağ müharibəsi zamanı Yevlax özünümüdafiə batalyonuna könüllü olaraq yazılmış və Fizuli rayonunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.1993-cü il tarixində erməni işğalının qarşısını alarkən düşmən gülləsindən hələk olmuşdur. Ancaq onun ölüm haqqında şəhadətnaməsində oğlunun ölmü qeydi ümumi səbəbdən qeyd edilmişdir. Bu barədə qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Maraqlı şəxs oğlu Ramiz Şahmalızadənin ölüm haqqında akt qeydində ölümün səbəbinin “məhkəmə qətnaməsindən” “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən” vəfat etməsi barədə düzəliş edilməsindən imtina etmişdir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-1928/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm haqqında şəhadətnaməyə düzəliş edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1012/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(039)-1928/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə hazırki ərizənin qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ərizənin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçıya izah olunur ki, hazırkı tələbi ilə bağlı ilk növbədə səlahiyyətli inzibati orqana, tələbi təmin edilmədikdə isə inzibati orqanın olduğu yer üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün səbəbinin müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. İddiaçı Ərizəçi izah olunur ki, hazırkı tələbi ilə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-481/2025
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-481/2025
07.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver