Məhkəmə qərarları › İş №2(039)-535/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-535/2025

04.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-535/2025 04.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının təstiq edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının təstiq edilməsinə” dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum qardaşı X4 xx.xx.1966-cı il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, məhrum qardaşı X7 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Yevlax rayonu, Qoyunbinəsi kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin qardaşının ölüm şəhadətnaməsini başqa formada əldə etmək mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2936 №li məktubda görünür ki, qardaşı X4 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. Yevlax rayon X2 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, məhrum qardaşı X7 barəsində ölmü haqqında tibbi şəhadətnamənin verilməsi “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin sələhiyətləri xaricindədir. Odur ki, məsələ ilə bağlı yaşadıqları rayon üzrə məhkəməyə müraciət etməyini tövsiyə olunur. Yevlax rayonu, Qoyunbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X7 həqiqətəndə Qoyunbinəsi kəndində yaşamış xx.xx.1966-cı ildə vəfat etmişdir. Hazırda qəbri Qoyunbinəsi kənd ərazisində olan Ramazan Baba qəbrstanlığında yerləşir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X5 ifadələrində bildirmişdirmişlər ki, ərizəçi bibisi və həmkəndlisidir. Ərizəçinin qardaşı X1 olarkən beş altı aylıq olduğunu xx.xx.1966-cı ildə öldüyünü və Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən qəbristanlığında dəfn olduğunu bildirmiş və müvafiq fotoşəkilləri təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, X7 xx.xx.1966cı il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində ölmüşdür. Ərizəçi qardaşının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə təmin edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 xx.xx.1966-cı il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar