Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-538/2020 11.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 1969-cu il təvəllüdlü X1 xx xxxxxx 1970-ci il təvəllüdlü X1 ev şəraitində vəfat etməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, atası X10 xx xxxx 2015-ci il tarixdə, anası X5 xx xxxxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Onlar ailədə yeddi uşaq olmuşlar. Ailənin üçüncü övladı xx xxxxxxxx 1969- cu il təvəllüdlü bacısı X6 xx xxxxxx 1970-ci il tarixdə vəfat etmişdir. Valideynləri bacısı Pərvanənin ölümünü aidiyyəti üzrə Qeydiyyat Şöbəsində qeyd etdirməmişlər. Bacısının ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməsini bildirmişlər. X1 ölüm faktının təsdiqi ona aşağıda göstərilənlərlə bağlı lazımdır. Belə ki, onun qardaşı Qarabağ döyüşlərində şəhid olmuş və onun hər iki valideyninin şəhid ailəsi statusu olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli fərmanı ilə hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik müavinətin verilməsi ilə bağlı ödənişlər edilərkən anası X4 da 10 000 (on min ) manat pul məbləği verilmişdir. Eyni zamanda anası M.Əhmədova həmin pul məbləğini Kapital Bank ASC-nin depozit hesabına daxil etmişdir. Hazırda anası vəfat etdiyindən və qeyd edilən 10 000 manat pul məbləğinə vərəsəlik işi açılmasını arzu etdiyindən, o cümlədən bacısı X6 anasının qanun üzrə birinci növbəli vərəsələri sırasına daxil edildiyindən və onun ölüm akt qeydi olmadığından o, bacısı Pərvanə Əhmədovanın ölüm faktının təsdiq edilməsinə dair məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Ərizəçinin bacısı X6 xx xxxxxxx 1970-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur Ərizəçinin bacısı X6 xx xxxxxx 1970-ci ildə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş, 3099 saylı məktubundan məlum olur ki, Ərizəçi X3 ölümü haqqında şəhadətnamə mərhumun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra verilə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax RPŞ tərəfindən xx xxxxx 2008-ci il tarixdə verilmiş, AZE 0******* saylı, şəxsiyyət vəsiqənin surətindən məlum olur ki, Ərizəçi xx xxxxx 1972-cı ildə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri Dəmir Yolu binası ev, mənzil 3-də qeydiyyatdadır. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X6 xx xxxxxx 1970-cı il tarixdə vəfat etmişdir. Məhkəmə belə hesab edir ki, X3 xx xxxxxx 1970-cı il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X3 xx xxxxxx 1970-cı il tarixdə ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-538/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-538/2020
11.02.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver