Məhkəmə qərarları › İş №2(039)-544/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-544/2025

17.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-544/2025 17.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin ölüm faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə 17 fevral 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «şəxsin ölüm faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X3 24 aprel 2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, qardaşı X5 24 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Yevlax rayonunun Köyük kənd qəbiristanlığında dəfn olunmuşdur. Onun ölümü barədə şəhadətnamə alınmamışdır. Hazırda miras qalmış əmlaka vərəsəlik işi açılması zərurəti ilə əlaqədar olaraq mərhum qardaşı X3 ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusu olmuşdur. Ərizəçinin qardaşı 24 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Dəfində və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, ərizəçi onun həmkəndlisidir. Onun qardaşı 24 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Yas mərasimində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 08 yanvar 2025-ci il tarixli 0510-44 saylı məktubundan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, A3 ******* №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 18 may 1966-cı il tarixdə Yevlax rayonunun Köyük kəndində anadan olmuş, atası X6, anası isə X2r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, A3 189784 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1962-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, atası X6, anası isə X2r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Təcili və X4 Stansiyasının xəbərdarlıq vərəqəsindən görünür ki, 24 aprel 2023-cü il tarixdə, saat 09:26da xəstə, xx.xx.1966-cı il təvəllüdlü X3 həkiməqədər ölüm faktı təcili tibbi yardım tərəfindən aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Qaramanlıkənd İƏD üzrə nümayəndəliyinin 08 yanvar 2025-ci il tarixli, 5-9-2/203/2025 saylı arayışından görünür ki, mərhum X5 24 aprel 2023-cü il tarixdə vəfat etmiş və Köyük kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, fotoşəkildən olan qəbir daşında X3 ölüm günü xx.xx.2023-cü il tarixdə qeyd edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin atası X5 24 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Hazırda ərizəçinin sosial hüquqlarının həyata keçirməsi üçün ölüm barədə şəhadətnamə tələb olunur. Ölümün başqa qaydada təsdiq edilməsi mümkün deyil. Məhkəmə belə hesab edir ki, X3 24 aprel 2023-cü il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X3 24 aprel 2023-cü il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X1 Qeydiyyat orqanlarında ölüm faktının qeydi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar