Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-563/2021 01.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və nümayəndəsi X3 Cavabdeh və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qiyməti 550 manat olan, 5 qram çəkidə, Rusiya istehsallı, 585 əyyarlı, səkkiz güşə formasında 6 ədəd iri, 12 ədəd xırda brilyant qaşlarla bəzədilmiş, qızıl nişan üzüyünün; qiyməti 2300 manat olan, 27 qram çəkidə, Türkiyə istehsallı, 585 əyarlı, buta formasında fianit qaşlarla bəzədilmiş, qızıl komplekt (komplektin daxilində 1 ədəd qolbağ, 1 ədəd kolye, 1 ədəd üzük və 1 ədəd sırğa) və qiyməti 300 manat olan, 3.35 qram çəkidə, 583 əyyarlı Türkiyə istehsallı, qadın üçün tək qaş üzüyün naturada, yaxud onların dəyəri olan 3150 manat pulun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini müdafiə edərək izah etdi ki, xx xxxxxx 2020-ci il tarixdə onun Cavabdeh ilə nişanı olmuşdur. Nişan zamanı Eldəniz ona nişan üzüyü hədiyyə etmişdir. Həmçinin o da Elənizə bir ədəd nişan üzüyü hədiyyə etmişdir. Toyları olmamışdır. Belə ki, Cavabdeh və qaynanası onu Bərdə şəhərinə paltar almaq adı ilə aparıb oradan qaçırmışlar. Bərdədə olan zaman qaynanası Toğrul adlı şəxsin işlətdiyi mağazadan qızıl komplekt alıb ona hədiyyə etdi. Üçgünlük günü də baldızı ona 1 ədəd qızıl üzük hədiyyə etmişdir. Lakin sabahısı günü qaynanası qızılları ondan alıb saxlamışdır. Onda tək nişan üzüyü qalmışdır. Cəmi 45 gün ailəli olmuşlar. Ailə münasibətləri baş tutmadığından anası gəlib onu öz evlərinə aparmışdır. Bütün qızıllar evdə qalmışdır. Evdən çıxan zaman qaynanası Eldənizə hədiyyə olunmuş nişan üzüyünü ona qaytarmışdır. İddiaçı məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi X6 iddia tələblərini müdafiə edərək izah etdi ki, nişan zamanı qızına bir ədəd nişan üzüyü hədiyyə olunmuşdur. Sonradan qızını Bərdə şəhərinə paltar almaq adı ilə aparıb oradan qaçırmışlar. Qızını onunla belə ünsiyyət etməyə qoymurdular. Qızının ailə vəziyyətinin pis olduğunu eşidib gedib qızını evlərinə gətirmişdir. Evdən çıxan zaman X12 Eldənizə hədiyyə etdiyi üzüyü qaytardı və baldızı hədiyyə etdiyi üzüyü götürdü. Başqa qızıl qızına verilmədi. Daha sonra eltiləri ilə gedib qızının cehizlərini gətirdilər. Hazırda qızına hədiyyə olunmuş qızılları tələb edirlər. İddiaçı nümayəndəsi X6 məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izah etdi ki, İddiaçı ilə nişanlı olmuşdur. Nişan zamanı bir birlərinə nişan üzüyü hədiyyə etmişlər. İddiaçı ona zəng edərək, onu qaçırtmağını bildirmişdir. O da, qızı Bərdə şəhərinə apararaq oradan qaçırtmışdır. Pandemiya olduğundan toy etməmişlər. Bu səbəbdən də qıza başqa qızıl alınmamışdır. Həmçinin bacısı da Gülnaza üzük hədiyyə etmişdir. Ailə qurduqlarında təxminən 45 gün sonra işdən evə gələrkən görmüşdür ki, Gülnazı anası gəlib aparıb. Sonradan da qızın anası gəlib cehizləri aparmışdır. Nizan üzüyünü Gülnaza qaytarmaqan imtina etmir. Lakin komplekt hədiyyə olunmadığından və bacısı hədiyyə etdiyi üzüyün əvəzinə Gülnaz onun üzüyünü apardığından iddianın həmin hissəsini qəbul etmir. Məhkəmə iclasında cavabdehin vəkili X5 iddianı qismən qəbul edərək izah etdi ki, tərəflər nişan zamanı bir-birinə nişan üzüyü hədiyyə etmişlər. Toy pandemiya ilə əlaqədar olmamışdır. Toy olmadığından qıza qızıl alınmamışdır. Həmçinin cavabdehin bacısı tərəfindən də gəlinə bir ədəd üzük hədiyyə olunmuşdur. Qız evdən çıxan zaman oğlana hədiyyə olunmuş üzüklə oğlanın bacısı hədiyyə etdiyi üzük əvəzləşərək, bir-birlərinə vermişlər. Cavabdeh iddianı nişan üzüyü hissəsində qəbul etsə də, qalan hissədə qəbul etmir. Cavabdehin vəkili X5 məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək göstərdi ki, Eldəniz onun oğludur. Oğluna xx xxxxxx 2020-ci il tarixdə Gülnazla nişan etmişlər. Nişan zamanı oğlan qıza, qız isə oğlana nişan üzüyü hədiyyə etmişlər. Maddi imkan və toy olmadığından qıza başqa qızıl alınmamışdır. Üçgünlük günü qızı qonaq gələn zaman gəlinə üzük hədiyyə etdi. 45 gün sonra qızın anası gəlib qızı apardı. O buna razı olmasa da, Aynur Gülnazı evlərinə apardı. Evdən çıxan zaman o Gülnaza oğluna hədiyyə olunmuş üzüyü verdi və əvəzində qızı tərəfindən hədiyyə olunmuş üzüyü geri aldı. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Əmlakın Qiymətləndirilməsi MMC-nin xx xxxxxx 2020-ci il tarixli ƏQ-159/2020 saylı rəyindən məlum olur ki, iddiaçının iddia ərizəsində göstərdiyi qadın üçün qızıl komplekt (buta formasında, fianit qaşlarla bəzədilmiş, daxilində 1 ədəd qolbağ, 1 ədəd kolye, 1 ədəd üzük və bir cüt sırğa) Türkiyə istahsallı, 585 əyarlı, 27 qram çəkidə - 2700 manat, qadın üçün qızıl nişan üzüyü (səkkiz guşə formasında, 6 ədəd iri, 12 ədəd xırda brilyant qaşlarla bəzədilmiş) Türkiyə istahsallı, 585 əyarlı 6 qram çəkidə – 600 manat, qadın üçün tək qaş brilyant üzük Türkiyə istahsallı, 585 əyarlı 3.35 qram çəkidə - 335 manat dəyərində qiymətləndirlilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhəkəmsinin xx xxxxxxx 2020-ci il tarixli 2(039)-1972/2020 saylı qətnaməsinin surətindən məlum olur ki, iddiaçı Cavabdeh ilə cavabdeh X7 arasında bağlanmış xx xxxx 2020-ci il tarixli AZ-İİ 391192 saylı nikah qeydi pozulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-nin TB-nin xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, X1 Eldəniz Əlyar oğlunun ona məxsus qızıl-zinət əşyalarının qaytarmaması, oğurlanması və onu hədələməsi barədə Yevlax RPŞ-nə müraciət etmişdir. X4 müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh nikah qeydindən keçməklə evlənmişlər. Nişan zamanı iddiaçı cavabdehə, cavabdeh isə iddiaçıya nüşan üzüyü hədiyyə etmişlər. Həmçinin cavabdehin bacısı iddiaçıya üzük hədiyyə etmişdir. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. İddiaçı evdən çıxan zaman cavabdehə hədiyyə olunmuş nişan üzüyünü götürmüş və baldızı tərəfindən hədiyyə olunmuş üzüyü qaynanasına qaytarmışdır. İddiaçı nişan üzüyünün, qızıl komplektin və tək qaş üzüyünün cavabedə qalmasını iddia edərək, əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək, komplektin hədiyyə olunmadığını, tək qaş üzük onun nişan üzüyü ilə əvəzləşdirildiyini və nişan üzüyünün geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh 550 manat dəyərində, 5 qram çəkidə, Rusiya istehsallı, 585 əyyarlı, səkkiz güşə formasında 6 ədəd iri, 12 ədəd xırda brilyant qaşlarla bəzədilmiş, qızıl nişan üzüyü həmin əmlak olmadıqda isə onun dəyəri alınaraq, İddiaçı xeyrinə verilməlidir. İddianın tək qaş üzük hissəsi cavabdehə hədiyyə olunmuş üzüklə əvəzləşdirildiyindən, komplekt hissəsi isə komplektin mövcud olmasına və iddiaçıya hədiyyə olunmasına dair məhkəməyə sübut təqdim edilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, işə obyektiv, qərəzsiz, hərtərəfli, tam baxdıqdan sonra, əldə edilən sübutlara hüquqi qiymət verərək iddiaçının iddia etdiyi tələblər üzrə nəticəyə gələrkən, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş, bilavasitəlik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 550 manat dəyərində, 5 qram çəkidə, Rusiya istehsallı, 585 əyyarlı, səkkiz güşə formasında 6 ədəd iri, 12 ədəd xırda brilyant qaşlarla bəzədilmiş, qızıl nişan üzüyü, həmin əmlak olmadıqda isə onun dəyəri alınaraq, İddiaçı xeyrinə verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-563/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-563/2021
01.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver