Məhkəmə qərarları › İş №2(039)-575/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-575/2025

11.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-575/2025 11.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxin müəyyən vaxtda və şəraitdə vəfat etməsi faktının müəyyən olunması” tələbinə dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxin müəyyən vaxtda və şəraitdə vəfat etməsi faktının müəyyən olunması” tələbinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1951-ci il təvəllüdlü mərhum X1nun xx.xx.2024-cü il tarixdə ünvan 2-də yerləşən fərdi yaşayış evində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, xx.xx.1951-ci il təvəllüdlü mərhum X1 xx.xx.2024cü il tarixdə vəfat etmişdir. Həmin vaxt çağırılmış Təcili və X5 Stansiyasiyası tərfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Xəbərdarlıqda bunlar qeyd edilmiş, xx.xx.2024-cü il tarixdə saat 08:15 radələrində xx.xx.1951-ci il təvəllüdlü X4 məxsus kişi cinsli meydi ünvan 2-də aşkarlanmışdır. Ərazi üzrə şəhər Poliklinikasına tibbi şəhadətnamənin alınması üçün müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnaməsini almaq mümkün olmamışdır. Səbəb kimi atasının Poliklinikada qeydiyyatda olmaması kimi göstərilir və bu səbəbdən ölüm haqqında şəhadətnamə verə bilmirik kimi cavab verilmişdir. X1 ölməsini təstiq edən sənəd hər bir halda hansısa orqan tərəfindən tələb olunacaqdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Eyni zamada atasının ölümünün qeydə alınması məqsədi ilə ərazi üzrə qeydiyyat şöbəsinin rəsmi ərizə ilə müraciət etmişdir. Lakin ona qeydiyyat şöbəsindən ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməsinin bildirmişlər. Ona görə də ölüm haqqında şəhadətnaməsinin başqa qaydada alınması qeyri-mümkün olmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 0510-78 №li məktubdan görünür ki, X1nun ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş XVİ-ЖГ № 406189 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Ərizəçi X1 anası X6r. AZE seriyalı 05234232 №li şəxsiyyət vəsiqəsindən görünür ki, X7 xx.xx.1951-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 Respublika Təcili və X5 Mərkəzinin” X12 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-88/2-C-42- 1/2025 saylı məktubdan görünür ki, xx.xx.2024-cü il tarixində saat 10:44-də “Respublikası Təcili və X5 Mərkəzi” X12n Mərkəzi Çağrı Xidmətinə (103) ünvan 2 ünvanında (74 yaş) adına “mədəsi,halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Binəqədi TTTYS bölməsinin həkimi Əlizamin Əhmədov icra edərək, xəstə X7 (74 yaş) “Dəqiqləşdirilməməş xroniki qastrik” diaqnozu qoyulmuş, ilkin tibbi yardım göstərilmişdir. xx.xx.2024-cü il tarixində saat 08:05-də həmin ünvandan Aydın Əliyev (74 yaş) adına “rəhmətə gedib” səbəbi ilə daxil olan çağırışı Binəqədi TTTYS bölməsinin həkimi Elza Yolciyeva icra edərək, ünvanında X7 (74 yaş) məxsus meyti ilə rastlaşmış “Həkimə qədər ölmü (kişi cinsli meyit)” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X12 “Bakı Baş Səhiyyə Mərkəzi” X15 10 nömrəli Şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05 saylı məktubdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmuş və ünvan 2 ünvanında xx.xx.2024-cü il tarixdə saat 08:15-də vəfat etmiş xx.xx.1951-ci il təvəllüdlü X7 bakı şəhəri Binəqədi rayonu, 10 nömrəli şəhər poliklinikasına heç bir diaqnozla müraciət etməmişdir. Ölümünə səbəbini aydınlaşdırmaq olmadığı üçün poliklinika tərəfindən “ölüm haqqında Tibbi Şəhadətnaməsinin (AZS 106) verilməsi imtina edilmişdir və Yevlax rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Təcili və X5 Stansiyasının ölüm haqqında xəbərdarlıq vəsiqəsindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X9 ifadələrində ərizəçinin dostları olduqlarını, ərizəçinin mərhum X1 xx.xx.2024-cü il tarixdə ünvan 2-də yerləşən fərdi yaşayış evində öldüyünü və hökməli adlanan qəbristanlığında dəfn olduğunu bildirmiş və müvafiq fotoşəkilləri təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, X7 xx.xx.2024cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən fərdi yaşayış evində ölmüşdür. Ərizəçi atasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə təmin edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən fərdi yaşayış evində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar