Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-580/2022 17.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum övladı X4 28 noyabr 1996-ci il tarixdə Yevlax rayonu, Nəmərli kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, onun mərhum övladı X4 12 dekabr 1986ci il tarixdə anadan olmuş, 28 noyabr 1996-ci il tarixdə Yevlax rayonu Nəmərli kəndində vəfat etmiş və Yevlax rayonu Köyük kəndi qəbristanlığında dəfn edilmişdir. Lakin mərhum övladının ölümü barədə qeydiyyat orqanına məlumat vermədiyi üçün ölüm haqqında şəhadətnamə almamışdır. Həyat yoldaşı X3 pensiyasının düzəldilməsi ilə əlaqədar mərhum övladı Sakit Quliyevin ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ölüm haqqında şəhadətnaməsini almaq üçün müəyyən olunmuş qaydada müvafiq orqanlara müraciət edə bilməmişdir. Hazırda da Maraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, ərizəçi onun həyat yoldaşdır. Oğlu Sakit 28 noyabr 1996-cı ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşsudur. Ərizəçinin oğlu Sakit 28 noyabr 1996-cı ildə vəfat etmişdir. Yas və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 25 yanvar 2022-ci il tarixli 222 saylı məktubundan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayonu Qaramanlı kənd sovetliyi tərəfindən 20 yanvar 1987-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X4 12 dekabr 1986-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax ŞİHB-nın Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 25 yanvar 2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, X4 12 dekabr 1986-ci ildə Yevlax rayonu Nəmərli kəndində anadan olmuşdur. 28 noyabr 1996-ci il tarixdə Yevlax rayonu Nəmərli kəndində vəfat etmiş və Yevlax rayonu Köyük kəndi qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin övladı X4 28 noyabr 1996-cı il tarixdə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Hazırda ərizəçinin sosial hüquqlarının həyata keçirməsi üçün övladının ölümü barədə şəhadətnamə tələb olunur. Ölümün başqa qaydada təsdiq edilməsi mümkün deyil. Məhkəmə belə hesab edir ki, X2 28 noyabr 1996-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X2 28 noyabr 1996-cı il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X1 Qeydiyyat orqanlarında ölüm faktının qeydi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-580/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-580/2022
17.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver