Məhkəmə qərarları › İş №2(039)-582/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-582/2020

25.02.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-582/2020 25.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1994-cü il tarixdə anadan olmuş mərhum qardaşı X6 ölüm faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə yazaraq, mərhum qardaşı X6 xx xxxxxx 2003-cü il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, atası X9 və anası Muxtarova (Misirova) Təranə Rəsul qızı xx xxxxxxx 1991-ci il tarixdə nikah qeydindən keçməklə ailə həyatı qurmuşlar. Qeyd olunan nikahdan xx xxxxxx 1992-ci il təvəlllüdlü Ərizəçi, xx xxx 2002-ci il təvəllüdlü X2 və xx xxxxxx 1994-cü il təvəllüdlü mərhum qardaşı X12 dünyaya gəlmişdir. xx xxxxxx 2003-cü il tarixdə qardaşı X12 ürək çatışmamazılığı səbəbi ilə dünyasını dəyişmiş, ancaq qardaşı X6 ölüm haqqında şəhadətnamələrini almaq üçün müəyyən olunmuş qaydada və müddətdə müvafiq orqanlara müraciət edə bilməmişlər. Sonradan müraciıt etdikdə isə onlara qardaşının ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamə təqdim edilmədiyindən qardaşı X7 ölüm haqqında şəhadətnaməni verə bilmədiklərini və yalnız məhkəməyə müraciət etməli olmalarınıl bildirmişlər. Qeyd olunan faktın məhkəmə qaydasında müəyyən edilməsi ona sosial müdafiə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar lazımdır. Ölüm qeydinin başqa formada bərpası mümkün olmadığından hazır ki, ərizə ilə məhkəməyə müraciət etmək məcbiriyyətində qalmışdır. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, ərizəçi onun qızıdır. X4 xx xxxxxx 1994-cü il tarixdə anadan olmuş, xx xxxxxx 2003-cü il tarixdə ürək çatışmamazılığından vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Ərizəçinin qardaşı X12 xx xxxxxx 2003-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş, 227 saylı məktubundan məlum olur ki, Ərizəçi X6 ölümü haqqında şəhadətnamə mərhumun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra verilə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, AA ******* saylı, şəxsiyyət vəsiqənin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxx 1992-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, xx xxxx 2002-ci il tarixli, AZ-İ 127459 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X2 xx xxx 2002-ci il tarixdə anadan olmuş, atası X9, anası X1r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, xx xxxxxxx 1991-ci il tarixli, 449743 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 ilə X5 xx xxxxxxx 1991-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, X19 Hakimiyyəti Başçısının Qoyunbinəsi kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixli, 146 saylı arayışından məlum olur ki, Yevlax rayonu Kövər kəndində yaşamış hazırda mərhum X6 xx xxxxxx 2003-cü il tarixdə vəfat etmiş və Yevlax Rayon Malbinəsi kənd qəbirstalığında dəfn edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X12 xx xxxxxx 2003-cü il tarixdə vəfat etmişdir. Məhkəmə belə hesab edir ki, X12 xx xxxxxx 2003-cü il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X6 xx xxxxxx 2003-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar