Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-590/2021 15.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X2, Maraqlı şəxs qeyd etməklə, şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1979-cu il tarixdə anadan olmuş mərhum övladı X3 xx.xx.1979-cu il tarixdə Yevlax rayonu Malbinəsi kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, həyat yoldaşı Rasim Hacıyev ilə toy adət-ənənəsi ilə evlənib ailə həyatı qurmuşlar. Həmin bu evliliyindən xx.xx.1979-cu il tarixdə anadan olmuş mərhum övladı X8 xəstə doğulduğundan çox yaşaya bilməmiş, xx xxxxx 1979-cu il tarixdə vəfat etmişdir. Həyat yoldaşının adına torpaq sahəsi var. Həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyir. Həyat yoldaşının vərəsələri sırasında oğlu Əliyarın da adı qeyd edildiyi üçün oğlunun adına ölüm haqqında şəhadətnamə tələb olunur. Mərhum övladı Əliyar Hacıyevə ölüm haqqında şəhadətnamə əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Qeyd olunan faktı başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli, 230 №li məktubda X3 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. İş materiallarında olan xx xxxxxx 1976-ci il tarixdə verilmiş İ-ЖГ 426634 №li nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə Ərizəçi arasında bağlanmış nikah 1976-cı ilin dekabr ayının 11-ci günündə akt qeydləri kitabında 30 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada isə Hacıyeva soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx xxxxxx 2002-ci il tarixdə verilmiş AZ seriyalı, 121873 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2002-ci ildə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X14 atası X10, anası isə X1r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X6 ifadələrində ərizəçinin qohumu və oğlu olduqlarını, X5 doğulduqdan sonra çox az yaşadığını, Yevlax rayonu Malbinəsi kəndində vəfat etdiyini və Malbinəsi kənd qəbirstanlığında dəfn olunduğunu bildirdilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, xx.xx.1979-cu ildə Yevlax rayonunda doğulmuş X9 xx.xx.1979-ci il tarixdə Yevlax rayonu Malbinəsi kəndində ölmüşdür. Ərizəçi oğlunun ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu ildə Yevlax rayonunda doğulmuş X5 xx.xx.1979-ci il tarixində Yevlax rayonu Malbinəsi kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-590/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-590/2021
15.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver