Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-60/2023 04.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1, onların vəkili X12, Cavabdehlərin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X31, Cavabdeh2 və X25 qarşı mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlərin çıxarılması və əmlak tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X31, Cavabdeh2 və X25 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz istifadəsində olan - 1).Yevlax rayonu Ağqıraq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 10.4069 ha torpaq sahəsinin ½ hissəsi İddiaçı2 və ½ hissəsi İddiaçı1 mülkiyyətində olan torpaq sahəsindən, 2). Balçılı kəndində yerləşən xx.xx.2022-ci il tarixli ********** saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın dövlət Reyestrindən verilmiş çıxarışla İddiaçı2 ½ hissə, İddiaçı1 ½ hissədə mülkiyyət hüququ ilə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsindən, 3). Yevlax rayonu Ağqıraq kəndində yerləşən İddiaçı2 ½ (0,33125) hissədə, İddiaçı1 ½ hissədə (0,33125) ********** nömrəli xx.xx.2021-ci il qediyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət Reyestrindən verilmiş çıxarışla onlara mənsub olan kənd təsərrüfatı təyinatlı 0,6625 ha torpaq sahəsindən, 4). Yevlax rayonu Ağqırar kəndində yerləşən ½ hissədə İddiaçı2, ½ hissədə isə İddiaçı1 mülkiyyəti olmaqla ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın dövlət Reyestrinin xx.xx.2019-cu il tarixli çıxarışlı kənd təsərrüfatı təyinatlı 0,9949 ha torpaq sahəsindən, 5). Yevlax rayonu Ağqıraq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4.5479 ha torpaq sahəsi üzrə ********** nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın dövlət Reyestrindən verilmiş çıxarışla həmin torpağın 1,27395 ha hissəsi İddiaçı2, 1,27395 ha hissəsi isə İddiaçı1 mülkiyyəti olmaqla bu torpaq sahəsindən, 6). Yevlax rayonu Ağqıraq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4,625 ha torpaq sahəsinin 1,3125 ha torpaq sahəsi İddiaçı2, 1,3125 ha torpaq sahəsi İddiaçı1 mülkiyyəti olmaqla bu torpaq sahəsindən dərhal çıxarılmalarını, həmçinin mülkiyyətində olmuş 24 baş inək, 24 baş buzov, 7 baş erkək dananın və ya onların ümumi dəyərinin 55000 manat pulun O, cümlədən 1 ədəd qiyməti 7000 manat olan “Belarus” markalı Traktorun və ya onun dəyərinin, habelə ödənmiş dövlət rüsumunun və ödənilmiş 500 manat hüquqi yardıma görə vəkil xidməti üçün ödənilən pulun cavabdehlərdən alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan iddianın həcminin azaldılmasına dair ərizəsində iddia tələbinin birinci hissəsində göstərilən 10 ha torpaq sahəsi özgəninkiləşdirildiyindən həmin hissədə, 6-cı hissəsində qeyd edilən torpaq sahəsinin müəyyən edilmədiyini nəzərə alaraq həmin hissədə, həmçinin 24 baş inək, 24 baş buzov, 7 baş erkək dana və onların dəyərinin 55000 manatın, Belarus traktorun və ya onun dəyərinin 7000 manatın və dövlət rüsumunun qaytarılması hissəsində iddia tələbinin azadılmasını qeyd edərək bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yevlax rayonu Balçılı kəndində yaşamış 1967-ci il təvəllüdlü X34 ilə ailə qurmuş, onların birgə nikahlarından 2001-ci il təvəllüdlü Cavabdeh1 və 2002-ci il təvəllüdlü İddiaçı1 adında övladları dünyaya gəlmişdir. Həyat yoldaşı X34 xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Həyat yoldaşı vəfat etdiyi anadək ümumi ailənin hər bir şeyi normal idi. Onların istifadəsində və mülkiyyətində çox saylı mal qara, avtomobil, traktor və digər texniki avadanlıq, həmçinin torpaq sahəsi, Daşınmaz əmlaklar mövcud idi. Sonradan cavabdehlər tərəfindən şantaj edilərək yaşadığı özü və qızı Zərifə evdən qovulmuş, bütün əmlakları hazırki cavabdehlər tərəfindən mənimsənilmiş, istifadə alətinə çevrilmiş, hüquqları və qanuni mənafeləri pozulmuşdur. Cavabdehlər əmlakını və yuxarıda adları qeyd olunan əyşalarını tamamilə ələ keçirmişlər. Bu səbəbdən də mülkiyyətinə aid olan daşınar və daşınmaz əmlakların hər birini onlardan tələb edirlər. Ən öncə əllərindən alınmış hazırda cavabdehlərin istifadələrində olmaqla mənimsənilən əşyaları, yəni daşınar və daşınmaz əşyaları Yevlax rayonu Ağqıraq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 10.4069 ha torpaq sahəsinin ½ hissəsi İddiaçı2 və ½ hissəsi İddiaçı1 mülkiyyətindədir. Qeyd olunan torpaq sahəsi cavabdehlərin qanusuz istifadəsindədir. Balçılı kəndində həyətyani 0.12 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixli 2V- 849 reyestr nömrəli qanun və vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ½ hissədə İddiaçı2, ½ hissədə İddiaçı1 vərəsəlik edilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli ********** saylı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət Reyestrindən İddiaçı2 ½ hissə, İddiaçı1 ½ hissə adlarına mülkiyyət hüququ ilə verilmişdir. Qeyd olunan torpaq sahəsidə hazırki cavabdehlər tərəfindən istifadə edilməkdədir. Yevlax rayonu Ağqıraq kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı 0,6625 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli 2V-1288 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ½ (0,33125 ha) hissədə İddiaçı2, ½ (0,33125 ha) hissədə isə İddiaçı1 vərəsəlik edilməklə mülkiyyətinə verilmişdir. Bu barədə ********** nömrəli xx.xx.2021-ci il qediyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət Reyestrindən çıxarış verilmişdir. Həmin torpaq sahəsi cavabdehlər tərəfindən istismar edilməkdədir. Yevlax rayonu Ağqıraq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,9949 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli 2V-1290 reysetr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ½ hissədə İddiaçı2, ½ hissədə isə İddiaçı1 vərəsəlik edilmişdir. Bu barədə ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət Reyestrindən xx.xx.2019-cu il tarixində çıxarış tərtib edilmişdir. Bu torpaqlar cavabdehlərin qanunsuz istifadəsindədir. Yevlax rayonu Ağqıraq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4.5479 ha torpaq sahəsi ********** nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət Reyestrindən verilmiş çıxarışla həmin torpağın 1,27395 ha hissəsi İddiaçı2, 1,27395 ha hissəsi isə İddiaçı1 mülkiyyətindədir. Bu barədə mövcud çıxarışla onların mülkiyyətindədir. Həmin torpaq sahəsi də cavabdehlərin istifadəsində olmaqla istismar edilir. Yevlax rayonu Ağqıraq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4,625 ha torpaq sahəsinin 2 ha 2015-ci il tarixində X4, yerdə qalan 2,1625 ha torpaq sahəsi onların əmlaklarıdır. Qeyd etdiyi bütün torpaq sahələri hazırki cavabdehlərin istifadəsində olmaqla mülkiyyət üzərində hüquqları onların tərəfindən ələrindən alınmışdır. Bundan başqa biz ərarvad olaraq ev tikmişdir. 23 il həmin evdə yaşamışlar. Yaşadığı ərəfədə 24 baş inək və 24 baş onun balası, 7 baş erkək ətli danamız olmuşdur ki, həyat yoldaşı vəfat edəndən sonra qaynım hazırki Cavabdeh2 və baldızı hazırki Cavabdeh3 Mirzə qızı iribuynuzlu heyvanlarını aparıb satmış, pulunu mənimsəmişdir. Həmin mal-qaranın ümumi dəyəri 55000 manat dəyərindədir. Ondan və ailəsindən alınmış, gizlədilmiş hal-hazırda cavabdehlərin həyətində olan mal qaralarını və yaxud da onun dəyəri olan 55000 manatı onlardan tələb edir. Bundan başqa cavabdehlərdə bir ədəd ümumi dəyəri 7000 manat olan Belarus markalı traktor vardır ki, onlar bu traktoru istismar edir. Hazırda həmin traktor cavabdehlərdədir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində bütün əmlakları əldən gedib və mal qaralarını talan ediblər və torpaqları şəxsi əmlakları kimi istifadə edilər. Bu kimi qanunsuzluqlar davam etdirilir. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Fərhad Məmmədov iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi- vəkili Vəkil məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddianın təmin edilməməsini xahiş etmiş, iddiaya etirazda və məhkəmə iclasındakı izahatında Vəkil bildirmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X25 qaşı “mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlərin çıxarılması və əmlak tələbinə dair” iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdirlər. Aralarında bağlanmış müqavilələrə əsasən cavabdehlərin hüquqlarını məhkəmədə o, müdafiə edir. İddia ərizəsində göstərilənlərlə bağlı ilk öncə bildirmək istəyir ki, iddia ərizəsində X5, ata adı və ünvanı səhv göstərilmişdir. Belə ki, onun soyadı səhvən nikahdan əvvəlki “Hüseynova” kimi, ata adı isə “Mirzə” əvəzinə “Mirzəli” kimi qeyd edilmiş, yaşayış və qeydiyyat yeri isə “Balçılı” kimi göstərilmişdir. Əslində isə X8 rayonunun Balçılı kəndində deyil, həmin rayonunun Salahlı kəndində qeydiyyatdadır və orada yaşayır. Ümumiyyətlə, X32 bildirir ki, onun hazırki iddiaya heç bir aidiyyəti yoxdur. Belə ki, iddia ərizəsində göstərilən daşınmaz və daşınar əmlaklarlar heç bir zaman onun istifadəsində olmamış, o həmin əmlaklar barədə heç nə bilmir, Onları kiməsə verməmiş, bağışlamamış və ya satmamışdır. İddiaçıların yaşadıqları evdən şantaj edilərək qovulması ilə əlaqədar bildirmək istəyir ki, heç bir “şantaj” olmayıb, İddiaçı2 2022-ci ilin iyul ayında, İddiaçı1 isə 2019-cu ilin sonlarında könüllü olaraq kəntdən çıxıb getmişdirlər. İddia ərizəsində göstərilən əmlaklarla bağlı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aşağıdakıları bildirirlər. İddia ərizəsində birinci sırada göstərilmiş Yevlax rayonunun Ağqıraq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 10,4069 ha torpaq sahəsi iddiaçılar tərəfindən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 bağışlanmış və bu etiraza təsdiqlənmiş surəti əlavə edilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən” çıxarışdan göründüyü kimi həmin əmlak həmin tarixdən onun mülkiyyətindədir. İddia ərizəsində ikinci sırada göstərilmiş Balçılı kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirməsinə görə onlarda deyil. Həmçinin həmin cavabdehlər bildirirlər ki, X14 həmin torpaq sahəsini öz sağlığında qeyri-rəsmi formada öz xalası oğlu X3 və hal-hazırda qeyd olunan torpaq sahəsi sonuncunun istifadəsindədir. İddia ərizəsində üçüncü, dördüncü və beşinci sırada göstərilmiş torpaq sahələri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirmələrinə görə onlar tərəfindən istifadə edilmir və iddia ərizəsində göstərildiyi kimi “istismar” edilmir. İddia ərizəsində altıncı sırada göstərilmiş torpaq sahəsinin hansı torpaq sahəsi olması cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirmələrinə görə ümumiyyətlə onlara məlum deyildir. Bundan başqa iş materiallarına əlavə edilmiş Yevlax şəhər İcra hakimiyyəti başçısının Balçılı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli cavabından da göründüyü kimi hal- hazırda (yəni xx.xx.2022-ci il tarixinə) ailənin təsərrüfatında heç bir iri və xırda buynuzlu mal-qara yoxdur. Həmin mal-qaranın nə vaxdan olmadığını müəyyən etmək üçün tərəfindən Yevlax şəhər İcra hakimiyyəti başçısının Balçılı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə sorğu verilmiş və həmin mal-qaranın xx.xx.2019-cu il tarixdən sonra xx.xx.2020-ci il tarixədək “yoxa çıxdığı” müəyyən olunmuşdur. X6 xx.xx.2019-cu il tarixdə vəfat etməsi, İddiaçı2 2022-ci ilin iyul ayınadək, İddiaçı1 isə 2019-cu ilin sonlarınadək həmin təsərrüfatda yaşaması isə onu göstərir ki, həmin mal-qara ya xx.xx.2019-cu il tarixdək X34 tərəfindən (və ya onun razılığı ilə), ya da xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçılar tərəfindən (və ya onların razılığı ilə) özgəninkiləşdirilmiş və ya istehlak edilmişdir. Əks halda, ilk öncə X14, daha sonra isə iddiaçılar (onların vərəsəliyi qəbul etməsi və bununla da X23 miras qalan mal-qaranın mülkiyyətçiləri olmaları nəzərə alınarsa) mal-qaralarının oğurlanması, qaçırılması, itməsi və ya əllərindən zorla alınması barədə ötən 3-4 il müddətində harasa (hüquq mühafizə orqanlarına və ya məhkəməyə) müraciət etməli idilər. Bundan başqa qeyd edilməlidir ki, Yevlax şəhər İcra hakimiyyəti başçısının Balçılı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli cavabından aydın olur ki, həmin mal-qara tək mərhuma deyil, həm də onun anasına və bacı-qardaşlarına da məxsus olmuşdur. Bu etiraza əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən isə görünür ki, mərhumun anası X9 təsərrüfatında onun özü, 2 qızı və 4 oğlu olmuş, mərhum oğlu və onun ailə üzvüləri isə həmin təsərrüfada qeydə alınmamışdırlar, (məlumat üçün bildirmək istəyirəm ki, həmin təsərrüfata məxsus torpaq sahəsi xx.xx.2021-ci il tarixdə şəhadətnamədə adı göstərilən şəxslər tərəfindən hazırki cavabdehlərdən biri, iddiaçılarının birinin oğlu, digərinin isə qardaşı olan Cavabdeh1 bağışlanmışdır). Həmçinin Yevlax şəhər İcra hakimiyyəti başçısının Balçılı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin mənim sorğuna verdiyi xx.xx.2022-ci il tarixli cavabından da göründüyü kimi mərhumun təsərrüfatı anasının təsərrüfatından ayrı olmuş və xx.xx.2019-cu ildə mal-qaranın sayı mərhumun deməsinə görə göstərilmiş, xx.xx.2020-ci il tarixdə isə mal-qaranın uçotu aparılmış və heç bir malqara aşkar edilməmişdir. İdiaçı sübut etməlidir ki, həqiqətən mərhum xx.xx.2019-cu ildə ümumi mal-qaranın sayını düzgün bəyan etmişdir. Bunu sübut etdikdən sonra isə həm də aydınlaşdırılmalıdır ki, həmin mal-qaranın neçəsi mərhumun təsərrüfatına, neçəsi isə X9 təsərrüfatına məxsus olmuşdur. Cavabdehlər həmçinin “Belarus” markalı traktordan da xəbərlərinin olmamasını bildirirlər. İddiaçılar isə iddia ərizəsində göstərilmiş torpaq sahələrinin cavabdehlər tərəfindən “istismar” olunduğunu, mal-qaranın və traktorun cavabdehlərdə olduğunu sübut edə bilmirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X47 Şəxin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Yevlax rayonu Ağqıraq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 10.4069 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli 2V-1289 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən ½ hissədə İddiaçı2 və ½ hissədə İddiaçı1 mülkiyyətində olmuş, hazırda həmin torpaq sahəsi digər şəxsin mülkiyyətindədir. Mingəçevir regional “ASAN xidmət” mərkəzində xx.xx.2021-ci il tarixdə reyestrdə 4Ə- 90№ ilə eydə alınmış Daşınmaz əmlakın bağışlanması barədə notarial təsdiq olunmuş müqavilədən görünür ki, ½ hissədə İddiaçı2 və ½ hissədə İddiaçı1 mülkiyyətində olan Yevlax rayonu Ağqıraq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 10.4069 ha torpaq sahəsi Cavabdeh2 bağışlanmışdır; Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li xx.xx.2021-ci il tarixli çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu Ağqıraq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 10.4069 ha torpaq sahəsi Cavabdeh2 tam mülkiyyətindədir; Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarışın surəti ilə müəyyən olunur ki,Yevlax rayonu, Balçılı kəndində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları sahəsi İddiaçı2 yaşayış məntəqələrinin torpaq sahəsinin 1/2 hissəsinə və İddiaçı1 yaşayış məntəqələrinin torpaq sahəsinin 1/2 hissəsinə adlarına tam mülkiyyət kimi qeydə alınmışdır; Mingəçevir regional “ASAN xidmət” mərkəzində xx.xx.2023-cü il tarixdə reyestrdə 4Ə-352№ ilə eydə alınmış Daşınmaz əmlakın alqı-satqısı barədə notarial təsdiq olunmuş müqavilədən görünür ki, Yevlax rayonu, Balçılı kəndində yerləşən 0.12 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaq sahəsi) X2; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Ağqıraq kəndində yerləşən 2,1625 ha kənd təsərrüfatı təyinatlı torpaqları sahəsinin 1.50 ha hissəsi X18, 0.33125 ha hissəsi İddiaçı2 və 0.33125 ha hissəsi İddiaçı1 adlarına tam mülkiyyət kimi qeydə alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Balçılı kəndində yerləşən 0,9949 ha kənd təsərrüfatı təyinatlı torpaqları sahəsinin 1/2 hissəsi İddiaçı2 və 1/2 hissəsi İddiaçı1 adlarına tam mülkiyyət kimi qeydə alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Ağqıraq kəndində yerləşən 4,5479 ha kənd təsərrüfatı təyinatlı torpaqları sahəsinin 2 ha hissəsi X19, 1.27395 ha hissəsi İddiaçı2 və 1.27395 ha hissəsi İddiaçı1 adlarına tam mülkiyyət kimi qeydə alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Ağqıraq kəndində yerləşən 2,5479 ha kənd təsərrüfatı təyinatlı torpaqları sahəsinin 1.27395 ha hissəsi İddiaçı2 və 1.27395 ha hissəsi İddiaçı1 adlarına tam mülkiyyət kimi qeydə alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Ağqıraq kəndində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X19 adına tam mülkiyyət kimi qeydə alınmışdır; X20, X35, X36, X24, Cavabdeh2, X37 və X42 ilə (hədiyə verən) Cavabdeh1 (hədiyə alan) daşınmaz əmlakın bağışlanması xx.xx.2021-ci il tarixli müqaviləsindən görünür ki, hədiyyə verən Yevlax rayonu Balçılı kəndində yerləşən ümumi sahəsi 0.1997 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəsi hədiyyə alanın mülkiyyətinə verirlər; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X47 Şəxin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Balçılı kəndində yerləşən 0.1997 ha yaşayış məntəqələrinin torpaqları Cavabdeh1 adına tam mülkiyyət kimi qeydə alınmışdır; Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Balçılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Balçılı kənd sakini X14 xx.xx.1967-ci il tarixdə Yevlax rayonu Balçılı kəndində anadan olmuş, 2000-ci il tarixdə İddiaçı2 ilə ailə həyatı qurmuş, hal-hazırda iki övladı var. Oğlu xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh1, qızı xx.xx.2002-ci il təvəllüdlü İddiaçı1dır. X14 2019cu ilin iyun ayında vəfa etmişdir. Mərhumun sağlığında ona və ailəsinə məxsus 0.99 ha pay torpağı, 0.12 ha həyətyanı torpaq sahəsi və bələdiyyədən alıq-satqı vasitəsilə aldığı 0.10 ha həyatyanı torpaq sahəsi olmuşdur. Arvadı İddiaçı2 məxsus 2.54 ha alqı-satıq müqaviləsi ilə alınmış pay torpağı və 1.97 ha bələdiyyədən alınmış icarə torpağı var. X14 anadan olduğu dövrdən ölən günədək ailəsi ilə birgə anası X13 məxsus evdə bacı və qardaşı ilə birgə yaşamışdır. X14 vəfat etdiyi dövrdə yəni 2019-cu ildə ona, ailəsinə, anasına, bacısı və qardaşlarına məxsus 20 baş inək, 7 baş dana, 8 baş buzov naxırı olmuşdur. Hal-hazırda ailənin təsərrüfatında heç bir iri və xırda buyunuzlu mal qara yoxdur. X7 məxsus avtomobil, traktor və digər texniki avadanlıq barədə onlarda dəqiq məlumatları yoxdur. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Balçılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X14 ilə onun anası X9 təsərrüfatları ayrı olmuşdur. Nümayəndəlik 2019-cu ilin yanvar ayının 1 vəziyyətinə iri və xırda buynuzlu mal-qaranın uçotunu apararkən X6 deməsinə görə hər iki təsərrüfatın mal-qarasına birgə baxılır və X29 anası bacısı və qardaşlarına məxsus 20 baş inək, 7 baş dana, 8 baş buzov naxırı qeyd edilmişdir. 2020-ci il yanvar ayının 1 vəziyyətinə mal-qara uçotu apararkən hər iki təsərrüfatında heç bir iri və xirda buyunuzlu mal-qarası aşkar olunmamışdır; Azərbaycan Beynəlxalq Bankın xx.xx.2022-ci il tarixli 268CHDP222060020 nömrəli bank sənədindən görünür ki, İddiaçı2 hüquqi yardıma görə vəkil xidməti üçün Yevlax Şəhər Vəkil Bürosunun AZ87İBAZ******************** saylı hesabına 500 AZN məbləğində pul ödəmişdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-105/2023 saylı məktubdan görünür ki, torpaq sahəsinə naturada baxışın keçirilməsi məqsədi ilə 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisləri xx.xx.20223-cü il tarixində Yevlax rayonu, Ağqıraq kəndi ərazisində olmuşdur. İş üzrə iddiaçı tərəflərin iştirakı təmin edilmədiyindən çöl-ölçü işlərinin aparılması və torpaq sahəsinə baxışın keçirilməsi mümkün olmamışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-124/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı2 və İddiaçı1 12467.67 manat və 127.40 manat dövlət rüsumu alınaraq iddiaçı X30 ödənilməsi qət edilmişdir. Sözügedən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X38 ilə X34 qardaş olmuşlar. X11 Federasiyasında yaşayaraq orada işləyir. X38 2014-2019-cu illər ərzində Rusiya Federasiyasından X29 torpaq sahələrinin alınması üçün pul göndərmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən həmin torpaqlar X27 adına rəsmiləşdirilmişdir. X38 Azərbaycan Respublikasına qayıdan vaxta kimi torpaq sahəsindən X34 istifadə edəcəkdir. X15 Azərbaycan Respublikasına qayıtdıqdan sonra torpaqları ona təhvil verəcəkdir. X34 03 iyun 2019-cu il tarixdə vəfat etmişdir. Torpaq sahələrini miras kimi cavabdehlər İddiaçı2 və İddiaçı1 qəbul etmişlər. X10 cavabdehlərdən torpaq sahələrinin geri qaytarılmasını tələb etsə də, cavabdehlər torpaq sahələrini qaytarmaqdan imtina etmişlər. Həminin torpaq sahəsinin alınması üçün iddiaçı tərəfindən X29 göndərilmiş pulları qaytarmamışlar. İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mirzalı qızına qarşı mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlərin çıxarılması və əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mülki iş hazırda Yevlax Rayon Məhkəməsinin icraatındadır. İddiaçı X38 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18000 manat məbləğində pulun və iddia ərizəsinin vermək üçün dövlət büdcəsinə ödənilmiş 144 manat məbləğində dövlət rüsumunun cavabdehlər İddiaçı2 və İddiaçı1 alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Torpaq Məcəlləsi: Maddə 5. (3-cü bənd) Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 121.1.Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlarla müəyyən olunur ki, 1). Yevlax rayonu Ağqıraq kəndində yerləşən xx.xx.2019-cu il tarixli 2V-1289 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən ½ hissədə İddiaçı2 və ½ hissədə İddiaçı1 mülkiyyətində olmuş kənd təsərrüfatı təyinatlı 10.4069 ha torpaq sahəsi hazırda sahəsi Cavabdeh2 tam mülkiyyətindədir, 2). Yevlax rayonu, Balçılı kəndində yerləşən ********** №-li çıxarış əsasında 1/2 hissədə İddiaçı2, 1/2 hissədə isə İddiaçı1 adlarına tam mülkiyyət kimi qeydə alınmış 0.12 ha yaşayış məntəqələrinin torpaqları sahəsi xx.xx.2023-cü il tarixdə (hazırki məhkəmə araşdırması dövründə) reyestrdə 4Ə-352№ ilə qeydə alınmış Daşınmaz əmlakın alqı-satqısı barədə notarial təsdiq olunmuş müqavilə əsasında X2, 3). Yevlax rayonu, Ağqıraq kəndində yerləşən 2,1625 ha kənd təsərrüfatı təyinatlı torpaqları sahəsinin 1.50 ha hissəsi X18, 0.33125 ha hissəsi İddiaçı2 və 0.33125 ha hissəsi isə İddiaçı1 adlarına ********** №-li çıxarış əsasında tam mülkiyyət kimi qeydə alınmışdır, 4). Yevlax rayonu, Balçılı kəndində yerləşən 0,9949 ha kənd təsərrüfatı təyinatlı torpaqları sahəsinin 1/2 hissəsi İddiaçı2 və 1/2 hissəsi İddiaçı1 adlarına ********** №-li çıxarış əsasında tam mülkiyyət kimi qeydə alınmışdır, 5.) Yevlax rayonu, Ağqıraq kəndində yerləşən 2,5479 ha kənd təsərrüfatı təyinatlı torpaqları sahəsinin 1.27395 ha hissəsi İddiaçı2 və 1.27395 ha hissəsi İddiaçı1 adlarına ********** №-li çıxarış əsasında tam mülkiyyət kimi qeydə alınmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehlər iddia ərizəsində üçüncü, dördüncü və beşinci sırada göstərilmiş torpaq sahələrinin onlar tərəfindən istifadə edilmədiyini və iddia ərizəsində göstərildiyi kimi “istismar” olunmadığını bildirsələr də, bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddianın Yevlax rayonu, Balçılı kəndində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları sahəsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əmlak xx.xx.2023-cü il tarixdə (hazırki məhkəmə araşdırması dövründə) notarial təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında X1 və belə olan halda iddiaçıların həmin əmlaka münasibətdə tələb etmə hüququ – subyektiv iddia bu hissədə təmin olunmamalıdır. İddianın digər hissəsi olan Yevlax rayonu, Ağqıraq kəndində yerləşən ********** №-li çıxarış əsasında 2,1625 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı2 məxsus olan 0.33125 ha hissəsindən və İddiaçı1 məxsus olan 0.33125 ha hissəsindən, Yevlax rayonu, Balçılı kəndində yerləşən ********** №-li çıxarış əsasında 1/2 hissəsi İddiaçı2, 1/2 hissəsi isə İddiaçı1 məxsus olan 0,9949 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, həmçinin Yevlax rayonu, Ağqıraq kəndində yerləşən ********** №-li çıxarış əsasında 1.27395 ha hissəsi İddiaçı2 və 1.27395 ha hissəsi isə İddiaçı1 mülkiyyətində olan 2,5479 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər X43, Cavabdeh2 və X32 tam olaraq çıxarılmalıdır. İddia qismən təmin olunduğundan cavabdehlər X28, Cavabdeh2 və X21 hüquqi yardım üçün ödənilmiş 500 manat pul müştərək qaydada tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə ödənilməlidir. Məhkəmə xərclərinin əvəzi iddiaçının müraciəti əsasında onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X43, Cavabdeh2 və X32 iddiaçılar İddiaçı2 və İddiaçı1 məxsus olan Yevlax rayonu, Ağqıraq kəndində yerləşən 2,1625 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,6625 ha hissəsindən (********** №-li çıxarış), Yevlax rayonu, Balçılı kəndində yerləşən 0,9949 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (********** №-li çıxarış) və Yevlax rayonu, Ağqıraq kəndində yerləşən 2,5479 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (********** №-li çıxarış) çıxarılsınlar. Cavabdehlər X28, Cavabdeh2 və X21 hüquqi yardım üçün ödənilmiş 500 manat pul müştərək qaydada tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-60/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-60/2023
04.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver