Məhkəmə qərarları › İş №e-2(012)-311/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-311/2025

16.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-311/2025 16.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın boşaldılaraq təhvil verilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,02 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin Cavabdeh2 qanunsuz sahibliyindən geri alınması, cavabdehlərin torpaq sahəsinə və fərdi yaşayış evinə girişinə qadağan qoyulması, onun uşaqları xx.xx.2009-cu il tarixdə X6 və xx.xx.2018-ci il tarixdə X9 ilə birlikdə torpaq sahəsi və fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia bununla əsaslandırılmışdır ki, hal-hazırda özgənin qanunsuz sahibliyində olan və köçmək istədiyi Abşeron rayonu, Məmmədli kəndinə yerləşən 0,12 ha (200 kv.metr) torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini xx.xx.2022-ci il tarixdə Cavabdeh1 ilə aralarında bağlanmış və Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş AN-İ№1040602 nömrəli alqı-satqı müqaviləsi əsasında müqavilənin 5-ci bəndində nəzərdə tutulmuş qaydada, yəni əmlakın ümumi qiymətinin 29000 manatını notariusun depozit hesabı vasitəsi ilə, 1000 manatını əl-bə-əl, qalan 30000 manatı isə xx.xx.2022-ci il tarixədək ödəmək şərti ilə almışdır və 2022-ci ilin oktyabr ayına kimi ailəsilə birlikdə həmin evdə yaşamışdır. Evdə yaşadığı müddətdə evə 3000 manat xərc çəkmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik şəxsinin tərəfindın xx.xx.2023-cü il tarixdə verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsi mülkiyyətindədir. Maddi imkanı olmadığı üçün evin qalıq dəyəri kimi 30000 manatı ödəyə bilmədiyinə görə Cavabdeh1 Rüben oğlu onu və uşaqları, xx.xx.2009-cu il tarixdə X6 və xx.xx.2018-ci il tarixdə X7 2022-ci ilin oktyabr ayına kimi zorla fərdi yaşayış evi və torpaq sahəsində çıxardıb, 1 ay müdətində evi satıb ilkin ödəniş kimi ödədiyi 30000 min manatı, evin təmiri və yenidən bərpası üçün çəkdiyi 3000 manat xərci qaytaracağını vəd versə də onu aldadıb evini ondan xəbərsiz tanımadığı və hal-hazırda orada yaşayan Cavabdeh2 68000 manata satmışdır. Bu faktı 2024-cü ilin aprel ayında ona məlum olandan sonra Cavabdeh1 və onun bacısı oğlu, onunla birlikdə bu evi ona satmış X3 əməlləri barədə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nə müraciət etmişdir. Araşdırma zamanı yuxarıda qeyd etdikləri öz təsdqini tapdı. Cavabdeh2 da mülkiyyətində olan əmlaka qanunsuz sahiblik edərək ordan çıxmaq istəmir. O isə 2022ci ilin dekabr ayından bu günə kimi kirayədə qalıb hər ay 450 manat ödəməklə 9000 manat ziyana düşmüşdür, ödədiyi 9000 manat kirayə haqqını, 30000 manat ilkin ödənişi və 3000 manat təmir üçün çəkdiyi xərci cavabdehdən Cavabdeh1 Rüben oğlundan ala bilməməklə yanaşı mülkiyyətində olan torpaq sahəsində və fərdi yaşayış evində yaşaya bilmir. Bu səbəbdən də mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evinin Cavabdeh2 qanunsuz sahibliyindən geri alınması, o və uşaqlarının həmin evə və torpaq sahəsinə köçürülməsi, cavabdehlərin torpaq sahəsi və fərdi yaşayış evinə girişinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsi üçün aidiyyətı məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlərin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik şəxsinin tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,02 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən fərdi yaşayış evinə girişinə qadağa qoyulması, torpaq sahəsi və fərdi yaşayış evinin Cavabdeh2 və ailə üzvlərinin qanunsuz sahibliyindən alınması, onların əşyaları ilə birlikdə torpaq sahəsi və fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, iddiaçı və uşaqları xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 torpaq sahəsi və fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədi və onun təmin edilməməsini xahiş etdi. O, bildirdi ki, iddiaçı ilə aralarında müqavilə bağlanmasına baxmayaraq, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Onlar arasındakı şifahı razılığa əsasən o, mübahisəli torpaq sahəsini və üzərindəki fərdi yaşayış evini Cavabdeh2 satmışdır. Lakin həmin alqı-satqı müqaviləsini mübahisələndirilməmişdir. İddiaçı ilə razılıq əldə edilməsi üçün 30000 manat pulu fevral ayında iddiaçıya verə bilər. Lakin iddiaçının tələb etdiyi əlavə xərclərə görə 5000 manat pulla razı deyil. İştirak etdiyi məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçı həmin fərdi yaşayış evinə görə 35000 manat pulun veriləcəyi təqdirdə iddiasından imtina edəcəyini bildirdi. O, cavabdehlərin təklif etdiyi 30000 manat pul ilə razılaşmadı. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi və bildirdi ki, o ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşayır. Onların Cavabdeh1 həmin fərdi yaşayış evinə görə 29000 manat borcu qalmışdır. Həmin pulu fevral ayında iddiaçıya verməyə razıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDKR PHŞ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində 0,02 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2023-cü il tarixli B 158227 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İşdə olan Bakı şəhəri 50 saylı Notariat Ofisində təsdiq edilmiş daşınmaz əmlakın AN- İ ******* saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.02 ha torpaq sahəsini İddiaçı 59000 manata satmışdır. Razılaşmaya əsasən alıcı 29000 (iyirmi doqquz min) manat məbləğində pul vəsaitini satıcıya notariusun depozit hesabı vasitəsi ilə, satış qiymətinin qalan 30000 (otuz min) manat təşkil edən hissəsini isə xx.xx.2022-ci il tarixədək satıcıya tam ödəməyi öhdəsinə göturmüşdür. İşdə olan Sabunçu rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 aprel 2024-cü il tarixli qəraraından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh1 öz mülkiyyətində olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini 59000 manata İddiaçı satmış, həmin məbləğin 29000 manatı İddiaçı tərəfindən ödənilsə də, 30000 manat borc ödənilmədiyi üçün İddiaçı mübahisəli evdən çıxmışdır. Bundan sonra Cavabdeh1 mülkiyyət hüququ İddiaçı məxsus mübahisəli torpaq sahəsini digər Cavabdeh2 satmışdır. Hazırda cavabdehlər iddiaçıya məxsus torpaq sahəsində və orada inşa edilmiş fərdi yaşayış evində heç bir hüquqi əsas olmadan yaşayırlar. İşdəki hüquq müəyyənedici sənədlərdən görünür ki, mübahisəli daşınmaz əmlakın (torpaq sahəsinin) mülkiyyətçisi İddiaçıdır. Fərdi yaşayış sahəsi onun adına qeydiyyatdan keçməsə də, ona məxsus 0,02 ha torpaq sahəsinin hüdudları daxilindədir. Bu hal gələcəkdə bu evin də iddiaçının adına qeydə alınmasını istisna etmir, yəni yaşayış evinin mülkiyyətinə dair onun “gözlənti hüququ” mövcuddur. Həmçinin mübahisəli torpaq sahəsi ilə bağlı müqavilə və onun əsasında verilmiş çıxarış mübahisələndirilməmiş və hazırda qüvvədədir. İddiaçı cavabdehlərdən mülkiyyətçisi olduğu əmlakdan çıxmalarını tələb etsə də, nəticəsi olmamışdır. Hazırda İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlərin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik şəxsinin tərəfindın xx.xx.2023-cü il tarixdə verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu. Məmmədli kəndində yerləşən 0,02 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən fərdi yaşayış evinə girişinə qadağan qoyulması, torpaq sahəsi və fərdi yaşayış evinin Cavabdeh2 və ailə üzvlərinin qanunsuz sahibliyindən alınması, onların əşyaları ilə birlikdə torpaq sahəsi və fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, iddiaçı və uşaqları xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 torpaq sahəsi və fərdi yaşayış evinə köçürülməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103). Mülki qanunvericiliyə əsasən, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 2010-cu il 15 yanvar tarixli Qərarı). İşin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə daşınmaz əmlak üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Cavabdehlərin bu cür qanunsuz müdaxiləsi iş materialları, habelə özlərinin izahatları ilə tamamilə təsdiq olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Məhkəmənin xx.xx.2024-cü il tarixli yerli baxış iclasında mübahisəli torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, fərdi yaşayış evinin kürsülü, 3 otaqdan ibarət olması və həmin fərdi yaşayış evində Cavabdeh2 yaşaması müəyyən edilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin qismən təmin edilməli, Cavabdeh2 əşyaları ilə birlikdə mülkiyyət hüququ ilə iddiaçıya məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,2 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmalı, həmin torpaq sahəsi və fərdi yaşayış evi cavabdehlər tərəfindən iddiaçı və uşaqları xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2018ci il təvəllüdlü X9 həmin torpaq sahəsi və fərdi yaşayış evinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində Cavabdeh2 ailə üzvlərinin kimlərdən ibarət olması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,2 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh2 əşyaları ilə birlikdə çıxarılsın. İddiaçı və uşaqları xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X1 rayonu, Məmmədli kəndində yerləşən 0,2 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar