Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1386/2025 03.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ərazidən çıxarılma, daşınmaz əmlakın qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq sahəsindən çıxarılma- əşyanın tərkib hissəsi, vahid mülkiyyət) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı (sonuncu iclasda iştirak etmir) iştirakı ilə Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-792/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi İşin halları
1. AN – İ seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şabran rayonunun Şahnəzərli Bələdiyyəsi İddiaçı ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsini satmışdır.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, İddiaçı xüsusi mülkiyyətində ünvan 1i ünvanında 0,12 ha torpaq sahəsi vardır (daşınmaz əmlakın reyestr nömrəsi: **********27; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi xx.xx.2025-ci il).
3. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh1 şəxsiyyət vəsiqəsinə dair məlumatlar ilə bağlı çıxarışdan görünür ki, o, ünvan 2i ünvanında qeydiyyatdadır.
4. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh2 şəxsiyyət vəsiqəsinə dair məlumatlar ilə bağlı çıxarışdan görünür ki, o, ünvan 3i ünvanında qeydiyyatdadır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Şahnəzərli kəndində yerləşən 0.12 ha ərazidən çıxarılmaları və həmin ərazinin boşaldılaraq cavabdehlərin qanunsuz sahibliyindən geri qaytarılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şabran rayonu, Şahnəzərli bələdiyyəsi mülkiyyətində olan 0.12 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli çıxarış verilmişdir. Qeyd olunan 0.12 ha torpaq sahəsi iddiaçıya satılarkən həmin torpaq sahəsinin üzərində istismara yararsız vəziyyətdə olan tikili mövcud olmuş, həmin tikili yararsız vəziyyətdə olduğundan və həmin tikili üzərində mülkiyyət hüquqlarını qeydə aldırmaq mümkün olmadığından bələdiyyə həmin ərazini boş torpaq sahəsi kimi iddiaçıya satmışdır. Bu səbəbdən daha sonra həmin ərazi boş torpaq sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı qohum olduqlarına görə cavabdehlərin xahişlərini nəzərə alaraq, 0.12 ha torpaq sahəsində yerləşən yararsız vəziyyətdə olan tikilidə onlara müvəqqəti olaraq qalmağa icazə vermiş və onlar da müvəqqəti olaraq həmin tikilidə məskunlaşmışlar. Cavabdehlərdən Cavabdeh1 iddiaçının xalası oğlu, Cavabdeh2 isə Cavabdeh1 həyat yoldaşıdır. Lakin, cavabdehlər iddiaçının mülkiyyətində olan 0.12 ha ərazidən çıxmaq istəmirlər. İddiaçı dəfələrlə cavabdehlərdən mülkiyyətində olan ərazidən çıxmalarını tələb etsə də bunun heç bir nəticəsi omamışdır. Bu hal isə mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozmaqdadır. Belə ki, iddiaçı, həmin yararsız vəziyyətdə olan tikilini söküb yerində fərdi yaşayış evi inşa etdirmək istəyir. 0.12 ha torpaq sahəsindəki tikili yararsız vəziyyətdə olan, sənədsiz tikili olduğundan cavabdehlərin həmin tikilidə qeydiyyatlarından və rəsmi istifadə hüquqlarından söhbət belə gedə bilməz. Göründüyü kimi iddiaçıya məxsus 0.12 ha ərazi cavabdehlərin qanunsuz sahibliyindədir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
7. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-792/2025 nömrəli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən (daşınmaz əmlakın reyestr nömrəsi: **********27; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi xx.xx.2025-ci il) mülkiyyətində olan ünvan 1i ünvanında 0,12 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri qaytarılmasını, yəni mülkiyyətində olan həmin torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq ona verilməsini tələb edir. Bu səbəbdən də hazırki iş üzrə iddia təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Şahnəzərli kəndində yerləşən 0.12 ha torpaq sahəsindən çıxarılmalı və сavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən həmin Şabran rayonu, Şahnəzərli kəndində yerləşən 0.12 ha torpaq sahəsi boşaldılaraq İddiaçı geri qaytarılmalıdır.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyası 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2, 14.1, 152.1, 157.1 157.2, 157.4, 157.5, 178.1, 178.2-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49,68 111-ci maddələri, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
11. Apellyasiya şikayətlərinin məzmunu və dəlilləri əsasən eynilik təşkil etmişdir. Apellyasiya şikayətində göstərilir ki, Şabran Rayon Məhkəməsinin 2(031)-792/2025saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi əsassız və ədalətsizdir. Belə ki, mübahisəli tikili cavabdehlər tərəfindən inşa edilmişdir. İddiaçı cavabdehlərə orada yaşamağa icazə vermişdir. Cavabdehlərin oradan istifadə və yaşamaq hüquqları vardır. Bütün bunlarla bağlı sübutları mövcuddur. Həmçinin tikili iddiaçıya məxsus deyildir. İşə baxan məhkəmə lazımı qaydada araşdırma aparmamışdır. Mülki işin halları obyektiv araşdırılmamışdır. Məhkəmə tərəfindən pozuntulara yol verilməsi ilə işə qərəzsiz, obyektiv və ədalətli baxılmayıb və sonda əsassız qətnamə qəbul edilmişdir. Bu da qətnamənin ləğv edilərək, yeni qətnamə çıxarılması üçün əsasdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin heç bir hüquqi əsası yoxdur. Mübahisəli torpaq sahəsi ona məxsusdur. Torpaq sahəsinin üzərində qeydə alınmamış tikili var. Cavabdehlərin həmin torpaq sahəsindən istifadə yaxud digər hər hansı hüquqları yoxdur. Cavabdehlərin özbaşına hərəkətləri mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılmalarını tələb edir. İşə baxan birinci instansiya məhkəməsi əsaslı və qanuni qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. 14 İş üzrə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyası; Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 (hissə İ). Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29 (hissə İİ). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələrahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 152.5 və 152.6. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdu. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
18. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri Maddə 384.0.1. Apellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətlərindən görünür ki, apellyatorlar Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-792/2025 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
21. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İddia tələbi cavabdehlərin mübahisəli yaşayış evindən çıxarılması barədədir.
24. Kollegiya bildirir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir.
25. Baxılan işin mübahisəsiz hallarından müəyyən edilir ki, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsi Şabran rayonunun Şahnəzərli Bələdiyyəsi tərəfindən İddiaçı satılmışdır. Həmin torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış əsasında iddiaçının xüsusi mülkiyyətindədir.
26. İşin faktiki hallarından həmçinin müəyyən edilir ki, mübahisələndirilən yaşayış evi də həmin torpaq sahəsinin üzərində olmaqla, dövlət qeydiyyatına alınmamışdır.
27. İşin hallarından görünür ki, cavabdehlər iddiaçının qohumu olmaqla, bir müddət ailəsi ilə birlikdə sözügedən torpaq sahəsinin üzərində olan tikintidə (evdə) yaşamış, sonra isə münasibətlər pisləşdikdən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İşə baxan məhkəmə mübahisəni yuxarıda qeyd olunan formada həll etmiş, narazı qalan cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişdir.
28. Cavabdeh tərəf etirazını onunla əsaslandırır ki, onların Şahnəzərli kəndinə qeydiyyatları olmadığı üçün torpaq sahəsi iddiaçının adına alınmış, pulunu da qayınatası ödəmişdir. Ona görə də həmin evdə onun yaşayışı təmin olunmalıdır.
29. Beləliklə, hazırkı işin yuxarıda göstərilən hallarından aydın olur ki, tərəflərin mübahisəli əşyaya (əmlaka) olan faktiki və hüquqi vəziyyətləri fərqlidir.
30. Həmin vəziyyət onu göstərir ki, mübahisəli ev yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir. Bu səbəbdən apellyasiya məhkəməsi əşyanın tərkib hissəsi və onun hüquqi vəziyyəti barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya ilk olaraq qeyd edir ki, qanuna əsasən , torpaq sahələri və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır (Mülki Məcəllə, maddə 135.4)
32. Məlum olduğu kimi, əsas daşınmaz əşya sayılan torpaq sahəsi və ona bağlı olan digər fiziki obyektlər mülkiyyət hüququnun predmetidir. Yəni, mülki hüququn subyektləri onun üzərində mülkiyyət hüququ qura bilərlər.
33. Qeyd edilənlər ona dəlalət edir ki, baxılan iş üzrə iddiaçının torpaq sahəsinə dair dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququ mübahisəli evə (tikiliyə) altında yerləşən torpaq sahəsinə də aiddir.
34. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, iddiaçı tərəfin mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmasına baxmayaraq, cavabdeh tərəfin müdaxiləsi ilə qarşılaşır ki, bu da iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Kollegiyanın qənaətinə görə cavabdehin qaldırdığı məsələ yalnız tərəflərin qarşılıqlı razılaşması yolu ilə həll oluna bilər. Cavabdeh tərəf hər hansı hüquqi əsas olmadan, sözügedən torpaq sahəsinin onlara məxsus olmasını hesab etməklə, dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur.
35. Kollegiyanın qənaətinə görə iddiaçının xüsusi mülkiyyətində olan, barəsində mübahisə gedən torpaq sahəsindən istifadə və sahibliyə yönəlmiş torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərə son qoyulması tələbi qanunvericiliyin tələblərinə tam uyğundur.
36. İddianın hüquqi əsaslarından biri olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir.
37. Məhkəmə kollegiyası işin obyektiv araşdırılması məqsədilə məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə məlumat verməsinə baxmayaraq, sonuncular məhkəmə iclasında iştirak etməmiş, əksinə, məhkəmə iclasından yayınmaqla və işin süni şəkildə dayandırılması barədə vəsatət verməklə ədalətli məhkəmə araşdırmasına maneçilik törətmişlər.
38. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, cavabdehlərin bu cür davranışları mübahisənin daha ətraflı araşdırılmasına maneə olmaqla yanaşı, həm də nəticədə maraqlı olmamalarının göstəricisidir.
39. Beləliklə göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-792/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.