Məhkəmə qərarları › İş №2(039)-620/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-620/2023

06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-620/2023 06.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum anası X1 xx.xx.2022-ci il tarixdə Yevlax şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, ərizəçinin mərhum anası X5 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və həmin tarixdə də, dəfn edilmişdir. Onun qəbri hal-hazırda Yevlax şəhər qəbristanlığındadır. Onun anasını ölüm kağızını əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Qeyd olunan faktı başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 87 №li məktubda X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. Təcili və X6 Stansiyasının xəbərdarlıq vəsiqəsindən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2023-ci il tarixli, 195/23 №-li arayışdan görünür ki, Yevlax rayonu, Rüstəmli kənd sakini X2 Yevlax RPŞ-nin əməkdaşı tərəfindən xx.xx.2005-ci il tarixdə ona verilmiş AZE 03862027 nömrəli şəxsiyyət vəsiqəsində texniki səhv olaraq təvəllüdü xx.xx.1970-ci il göztərilərək çap edilmişdir. X2 Yevlax qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1964-cü il tarixli, AZ 649732 nömrəli doğum haqqında şəhadətnamədə onun təvəllüdü xx.xx.1940-ci il kimi göstərilmişdir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 6591 saylı arayışdan görünür ki, Yevlax rayonu, Rüstəmli kəndində qeydiyyatda olan X5 xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda vəfat etmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.1964-cü il tarixdə verilmiş AЗ № 649732 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1940-ci il təvəllüdlü X7 atası X3 anası X4r. Maraqlı şəxs tərəfindən xx.xx.1966-cı il tarixdə verilmiş İ-ИE № 497815 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X9 arasında bağlanmış nikah 1966-cı ilin avqust ayının 25-ci günündə Yevlax rayonu qeydiyyat şöbəsinin akt qeydləri kitabında 104 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Gahangirov, arvada isə Gahangirova soyadı verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 və X11 ifadələrində ərizəçinin qonşusu və qohumu olduqlarını, X1 xx.xx.2022-ci ildə Yevlax şəhərində öldüyünü və şəhər qəbirstanlığında dəfn olduğunu bildirmiş və müvafiq fotoşəkilləri təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, X5 xx.xx.2022ci il tarixdə Yevlax şəhərində ölmüşdür. Ərizəçi anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə təmin edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 xx.xx.2022-ci il tarixdə Yevlax şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar