Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-644/2025 03.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə 03 mart 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, övladı X2 21 dekabr 2024-cü il tarixdə Yevlax rayonunun Tanrıqulular kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, oğlu X4 21 dekabr 2024-cü il tarixdə intihar etmişdir. Yevlax rayonunun Tanrıqulular kənd qəbiristanlığında dəfn olunmuşdur. Onun ölümü barədə şəhadətnamə almamışdır. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusu, həmçinin qudasıdır. Ərizəçinin oğlu 21 dekabr 2024-cü il tarixdə yaşadığı evdə intihar etmişdir. Dəfində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. 21 dekabr 2024-cü il tarixdə yaşadığı evdə intihar etmişdir. Yas mərasimində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 21 yanvar 2025-ci il tarixli 127 saylı məktubundan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayon Səmədabad bələdiyyəsinin 12 fevral 2025-ci il tarixli 04 saylı məktubundan görünür ki, Səmədabad kənd sakini mərhum X4 xx.xx.1992-ci il tarixdə vəfat etmiş və Səmədabad kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, XVİ-ЖГ 256345 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1991-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası Ərizəçi, anası X3r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, cinayət işi başlanmasının rədd edilməsi haqqında 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri əsaslandırıcı hissəsində göstərilənlərə əsasən X2 intihar etməsi ilə bağlı toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikasının CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsin 21 yanvar 2025-ci il tarixli, 18-1-82/2-M-25-31-5/2025 nömrəli məktubundan görünür ki, X4 barəsində ölüm haqqında şəhdətnamənin verilməsi “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin səlahiyyətləri xaricində olduğundan məsələ ilə bağlı aidiyyəti üzrə dövlət qrumlarına müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Ərizəçi mərhum oğlu X4 ölən günə dək Yevlax rayonunun Tanrıqulular kəndində qeydiyyatda olmuş və yaşamışdır. 21 dekabr 2024-cü il tarixdə intihar edərək vəfat etmişdir. Onu Tanrıqulular kənd qəbiristanlığında dəfn etmişlər. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin oğlu X4 21 dekabr 2024-cü il tarixdə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Hazırda ərizəçinin sosial hüquqlarının həyata keçirməsi üçün ölüm barədə şəhadətnamə tələb olunur. Ölümün başqa qaydada təsdiq edilməsi mümkün deyil. Məhkəmə belə hesab edir ki, X2 21 dekabr 2024-cü il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X2 21 dekabr 2024-cü il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X1 Qeydiyyat orqanlarında ölüm faktının qeydi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-644/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-644/2025
03.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver