Məhkəmə qərarları › İş №2(039)-654/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-654/2022

17.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-654/2022 17.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə , Ərizəçi hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, maraqlı şəxs olaraq Yevlax rayon qeydiyyat şöbəsini qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, atası, 23.01.1958-ci il təvəllüdlü X3 18 fevral 2017-ci il tarixində vəfat etməsi ilə əlaqədar onun ölümünün qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, atası 23.01.1958-ci il təvəllüdlü X6 18.12.2017-ci il tarixində qəfildən vəfat etmişdir. Atasının ölümü ilə əlaqədar təcili yardıma müraciət edilmiş, həkim çatanadək artıq atası vəfat etmişdir. Atasının yas mərasimi aparılmış, atası kənd qəbirstanlığında dəfn edilmişdir. Bu barədə tibbi arayış və ərazi küçə müvəkkilinin müvafiq arayışlar, iddiaya əlavə edilmişdir. Bu sənədlərlə Yevlax rayon qeydiyyat şöbəsinə müraciət etmiş, atasının ölüm şəhadətnaməsini istəmişdir. Atasının ölüm səbəbi ilə təcili və X8 stansiyasının xəbərdarlıq vərəqəsini almış və təqdim etmişdir. Ancaq heç bir halda buradan ölüm şəhadətnaməsini ala bilməmişlər. Ölüm şəhadətnaməsini başqa şəkildə ala bilər. Çünki, qeydiyyat şöbəsinin qeyd etdiyi sənədi almaq mümkün deyildir. O, babasından qalan mirasla bağlı əmlakı qəbul etmişdir. Bu səbəbdən atasının ölüm şəhadətnaməsi də istənilib. Ancaq bu şəhadətnamə alınmamışdır. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Yevlax rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. X4 bildirmişdir ki, Ərizəçi onun kürəkənidir. X12 18 fevral 2017-ci il tarixdə vəfat etmişdir. Lakin başları yas mərasiminə qarışdığından Qərib atasının ölüm haqqında şəhadətnaməsinin alınmalı olduğu zərurətini anlamamış və bu şəhadətnaməni almamışdır. X7 Zazalı kəndində dəfn edilmişdir. X5 bildirmişdir ki, Nəsrəddin İsmayılov onun qudası olmuşdur. Ərizəçi atası Nəsrəddin İsmayılov 18 fevral 2017-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. Yevlax Rayon Mərkəzi şəhər Xəstəxanasının Təcili və X8 Stansiyasının 18.12.2017ci il tarixli Xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, ünvan 1 ünvanına X3 adına çağırış olmuş, yerində həkimə qədər ölüm, kişi cinsli meyit aşkar olunmuşdur. Yevlax şəhər İcra Hakimiyyətinin Başçısının 7№-li Evlər Komitəsi tərəfindən verilmiş arayışda qeyd olunur ki, mərhum X6 həqiqətən ünvan 1 saylı evdə yaşamış və 18.12.2017-ci il tarixdə vəfat etmişdir, Yas mərasimini oğlu Ərizəçi götürmüşdür. Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubunda qeyd edilir ki, atanızın ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra ölüm haqqında şəhadətnamə verilə bilər. Mülki Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.11 qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin atası X3 18 fevral 2017-ci il tarixdə, Yevlax şəhərində ölməsi tam təsdiqini tapır, tibbi arayış verilmədiyindən ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz, bu faktın müəyyən edilməsi ərizəçiyə vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün gərəkdir və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu faktı istisna edən hallar müəyyən edilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 23 yanvar 1958-ci il təvəllüdlü X3 18 fevral 2017-ci il tarixdə, Yevlax şəhərində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar